“Gömrük Komitəsi ləğv edilməlidir” – Son dəyişiklik komitəni hədəfə gətirdi
Pandemiya dövründə müxtəlif güzəştlərin tətbiq edilməsi gözlənildiyi halda, Nazirlər Kabineti tərəfindən daha əvvəl edilən güzəştlər də aradan qaldırılır və vətəndaşların sosial rifahına təsir edəcək addımlar atılır. Gömrük rüsumu ilə bağlı son qərar isə cəmiyyətdə böyük narazılığa səbəb olub. Ümumiyyətlə, son dövrlər Gömrük Komitəsinin fəaliyyəti haqqında şikayətlər səngimək bilmir.
Maraqlıdır, Gömrük Komitəsində nə kimi islahatlara ehtiyac var?
İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, gömrüyün ümumi fəlsəfəsində problem var:
“Gömrük Komitəsinin dünən və srağagünkü açıqlaması onu göstərir ki, Gömrük Komitəsi bu işin fəlsəfəsini, yaranmasını, iş qaydalarını doğru qavraya bilməyib. Çünki gömrüyün orta əsrlərdən bəri tarixi vəzifəsi daxildə istehsalçıları qorumaq üçün müəyyən addımlar atmaqdır. Sədrin açıqlamasından məlum oldu ki, qurum bu işdə vətəndaşın rolunu görmür. Hər iki açıqlamada “sui-istifadə halları” ifadəsi tez-tez istifadə edilirdi. Sanki vətəndaş hansısa bir formada cinayət törədib. Büdcədən yayınmanı önə çəkərək başa düşmürlər ki, o büdcə elə vətəndaş üçündür. Büdcəyə yığılan vəsait məhz elə vətəndaşa xərclənir”.
Ekspert bildirib ki, vətəndaşın hansısa bir formada kiçik sahibkarlıqla məşğul olub özünü dolandırması, pul qazanması əslində dövlətin yükünü azaldır:
“Dövlətə 190 manat üçün müraciət etməkmi yaxşıdır, yoxsa müəyyən kiçik biznes qurub pul qazanmaqmı? Dövlət bunu rəsmiləşdirmək istəyirdisə, xarici sifarişlərdə 1500 dollardan yuxarı hissəni VÖEN-ə bağlaya və onun dövriyyəsindən 5 faiz vergi istəyə bilərdi. Məsələn, 10 min dollara qədər mal gətirib satan şəxslər 500 dollaradək vergi verə bilərdilər. Bununla da həm vergi məsələsi həll olunardı, həm də insanlar özünü məşğul edə bilərdi. Kiçik sahibkarlığa kifayət qədər dəstək olmaq mümkün idi. Bunun əvəzinə hər açıqlamada, “vətəndaşlar sui-istifadə hallarına yol verir”,- demək bu işin fəlsəfəsini anlamamağa gətirib çıxarır”.
Həmsöhbətimiz hesab edir ki, Gömrük Komitəsi ayrıca bir dövlət qurumu kimi ləğv edilməli, İqtisadiyyat Nazirliyinin yanında bir department kimi fəaliyyət göstərməlidir:
“Bizim təklifimiz illərdir ki, bundan ibarətdir. Gömrüyün ayrıca bir qurum kimi qalmasının ona görə mənası yoxdur ki, əlavə dəyər vergisi yığır. Bu da absurd bir yanaşmadır. Əlavə dəyər vergisi adından da göründüyü kimi vergi növüdür, bunu Vergilər Departamenti və ya İqtisadiyyat Nazirliyi yığmalıdır. Ona görə də bu sahədə ciddi struktur islahatlarına ehtiyac var”.
Natiq Cəfərli bu tip qərarların iri oyunçuların maraqlarına xidmət etdiyini vurğulayıb:
"Hətta sırağagünkü açıqlamada qəribə bir cümlə də var idi ki, bu qərar ölkədə inhisarçılığa qarşı mübarizənin tərkib hissəsidir.Yəni sanki insanın ağlı ilə zarafat edirlər. 1500 dollara qədər olan dövriyyə nə vaxtdan inhisarçılıq sayılır? Bu, necə inhisarçılığa qarşı mübarizə ola bilər? Hansı yerli istehsal növləri varsa, onunla bağlı müəyyən addımlar atılmalıdır, belə olarsa, mən bunu anlaşıqlı qarşılaya bilərəm. Amma reallıq odur ki, yerli istehsal yoxdur. Ölkəyə mal gətirib satan iri şirkətlərin maraqlarına xidmət edən qərarlar qəbul edib bunu vətəndaşın marağı kimi təqdim etmək sadəcə absurddur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 15:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 15:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti