Bütün cərimələri Ramiz Mehdiyev ödəyib – Nəvə toyu ilə bağlı maraqlı detallar
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qalmaqala səbəb olan nəvə toyu ilə bağlı maraqlı məqamlar üzə çıxmaqdadır.
regionxeberlericom.az “BakuPost”-a istinadən xəbər verir ki, toyda 200-ə qədər adam olub. Qonşuların sözlərinə görə, təkcə sürücüsü ilə gələn qonaqların sayı 50-dən çox imiş. Bağ evində dəbdəbəli mağar qurulub və qonaqlar orda qarşılanıb.
Məlumatlı şəxslər deyir ki, qızın atası, sabiq deputat İlham Əliyev bu toyun baş tutmasında o qədər də maraqlı olmayıb. Quda tərəfini özlərinə çox da uyğun hesab etməyən ailə, toyu imkan qədər uzatmağa çalışıblar. Buna görə də nikah nəzərdə tutulan vaxtdan xeyli gec baş tutub. Görünür, toy qızın israrı ilə olub və belə bir mərasim qurulub. Toyda siyasi elita ilə yanaşı, bir neçə məşhur biznesmen, eləcə də qızın və oğlanın tələbə yoldaşları, dostları iştirak ediblər.
Səhəri gün, yəni avqustun 19-da baş verənlər, qudaların qandallanması isə toya qonaq qismində qatılanlarda şok effekti yaradıb. Hətta onlardan bir neçəsinin xaricə getdiyi deyilir. Axşama doğru isə toyda iştirak edənlərin əksəriyyətinə polis zəngi gəlib və onlara cərimələndikləri ilə bağlı məlumat verilib.
İşin ən maraqlı tərəfi isə odur ki, Ramiz Mehdiyev də həmin adamlara zəng etdirib. Toy sahibi baş verənlərə görə üzrxahlıq kimi bütün cərimələri özü ödəyəcəyini bildirib. Və belə də olub.
Nəvə toyu ilə bağlı əlavə məlumatlarımız olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 17:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 17:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti