İlqar Abbasovun da durumu gərgindir... - İşçisi başçının əleyhinə "ÖTÜB"?
Hazırda Şirvan şəhərinə rəhbərlik edən İlqar Abbasovun durumu kifayət qədər gərgindir və onunla bağlı yaxın günlərdə qərar verilə bilər. Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynaq iddia edir ki, İlqar Abbasov da keçmiş PA rəhbəri Ramiz Mehdiyevin "əlindən su içmiş" köhnə eşalon təmsilçilərindəndir və buna qədər Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasovun həmin postunda necə "xarüqələr yaratdığı" hər kəsə məlumdur.
Xatırladaq ki, bu yaxınlarda, bu ilin iyun ayında Şirvanda bir səs-küylü həbs həhyata keçirildi. Belə ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu.
Məlumatda deyilirdi ki, İlqar Abbasovun işçisi vətəndaşların müraciəti əsasında hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib. Belə ki, edilən müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, əslində bu işdə icra başçısı İlqar Abbasovun da iştirakı danılmazdır: "Hər halda, inandırıcı deyil ki, Eyyub Gülməmmədov özbaşına olaraq belə bir cinayətə əl qoysun və həm də inandırıcı olmayanı odur ki, bu hadisə Gülməmmədovun ilk cinayət xarakterli əməlidir. Bu işdə isə İlqar Abbasovun iştirakının dərəcəsi hüquq-mühafizə orqanları tərəfindən mütləq araşdırılmalı idi və belə olub da..."
Mənbə iddia edir ki, təkcə özünün bu məsələyə görə həbs olunmasına etiraz edən Gülməmmədov onunla bərabər sorumlu olan icra başçısı İlqar Abbasovun daəleyhinə kifayət qədər məlumatları açıqlayıb: "İndi bu faktlar üzrə hərəkətə keçilməsi gözlənilri".
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2020, 09:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2020, 09:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52