“91-lər”in üzvü qalmaqallı toydan danışdı: - “Onların əmlakı müsadirə olunmalıdır”
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərt karantin rejimində nəvəsinə toy etməsi ilə bağlI qalmaqal davam edir.
Ölkənin nüfuzlu ziyalıları, hakim partiyanın qurucuları Ramiz Mehdiyevin əməlini qınayırlar. Məhşur “91-lər”in üzvlərindən biri olan Ariz Abduləliyev Cebhe.info-ya müsahibəsində son günlər qalmaqallı toydan sonra yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib.
“Mehdiyev, toyda iştirak edənlər dövlət siyasətinə qarşı çıxıblar və saymamazlıq ediblər”
-Ariz bəy, Ramiz Mehdiyevin hərəkətləri sizcə təsadüfdürmü? Ya karantin dövründə toy etməklə dövlətə meydan oxumaq istəyirdi?
- AMEA-nın prezidenti, akademik, siyasətçi Ramiz Mehdiyev kürəkəni və yaxın ətrafı ilə birlikdə toy məclisi təşkil edəndə yaxşı bilirdilər ki, dünya pandemiya təhlükəsi yaşayır, xüsusi təhlükəsizlik tədbirləri görülür, respublikamızda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması təmin olunur və bütün bu məsələlər şəxsən cənab Prezidentin nəzarətindədir. Ramiz Ənvəroviç bilməmiş deyildi ki, rəsmi sərəncam ilə Operativ Qərargah yaradılıb. Onun məlum və vacib qərarları var, bu qərarlara hamının bir nəfər kimi riayət etməsi tövsiyə olunur. Mehdiyevin öz kürəkəni və "sadiq ətrafı" ilə belə bir vəziyyətdə toy məclisi təşkil etməsi,bununla tövsiyə olunan qadağalar əleyhinə getməsi, əlbəttə, tamamilə gözlənilməz və yanlış addım idi. Bu tədbirin keçirilməsində siyasi motiv də yox deyil. Başda Ramiz Mehdiyev olmaqla, toyda iştirak edənlər faktik olaraq ölkə başçısının təhlükəsizlik siyasətinə qarşı çıxıblar və saymamazlıq ediblər. Nümayişkaranə toy məclisi keçirmək, üstəlik "mühüm hadisə" kimi onun videosunu yaymaq qanunları da, milli maraqları da, xalqın inamını da, adi insanlıq normalarını da tapdalamaq demək idi. Toy keçirməklə dövlət səviyyəsində təhlükəsizlik tədbirlərinə etinasızlıq göstərmək kimi bağışlanmaz səhv siyasi addımı Hadı Rəcəbli, bəzi məlumyüksək ranqlı məmurlar və iş adamları da atıblar. Təəssüf edirəm ki, deputatlar arasında onun bu səhvini yaltaqcasına dəstəkləyənlər də oldu: "Gənclər həddən çox nişanlı qalırlar" və s. Görəsən, kasıb zümrə 15 nəfərlik nişan məclisinə görə cərimələnəndə bunlar niyə susurdular? Sanki özləri kimi saxta olan dostluq və sevgilərini Mehdiyevə göstərmək üçün yararlanmağa bir bəhanə, imkan gözləyirlər. Yəni Azərbaycanın ictimai-siyasi həyatında, oliqarx və hakim siyasətçi mənliyində "Ramiz Mehdiyev xofu" bu qədərmi özünə yer edib? Bəlkə Ramiz Mehdiyev "dövlət içində dövlətdir", yoxsa "hakimiyyət daxilində mustəqil hakimiyyətdir" deyə düşünürlər?
“400 manatlıq cərimə onlar üçün kiçik cəzadır”
-Sizcə karantin rejimini pozan yüksək rütbəli şəxslərə qarşı davranış ədalətli idimi?
- Bu addımın cəmiyyətdə böyük etirazla, tənqidlə qarşılanması tamamilə gözlənilən və ədalətlidir. Çünki bu toy məclisi kifayət qədər düşünülmüş, hazırlanmış addımdır. Artıq ictimaiyyətdə toy haqqında birmənalı, ciddi rəy var, etiraz dalğası var. Rəy budur ki, Ramiz Mehdiyev hakimiyyətə, qanunlara açıq-aşkar saymamazlıq göstərib. "Qanun mənəm" deyə 25 il dövlətə, Əliyevlər hakimiyyətinə, xalqa, məmur kəsiminə, idarəetmə sisteminə, daxili siyasətə qarşı açıq meydan sulayan "boz kardinal" bu dəfə ölkədə pandemiya təhlükəsizliyi tədbirlərini saymadığını nümayiş etdirməklə, bəlkə siyasi dirəniş göstərmək istəyib? Bəlkə "ölkədə qərarları tanımaya bilən güclər də var" demək istəyib? Ehtimal ki, bu addımı ilə siyasi dairələrə "mən hələ gücəm"mesajı ötürüb. Amma açığı, ona öz oliqarx komandası ilə birlikdə layiqli "cavab mesajı" verildi - Özünü yığışdır! Həmişə ətrafına, qabiliyyətli və doğru olan məmurlara, dövlətə və hakimiyyətə sədaqətli insanlara qarşı ədalətsiz, qəddar, amansız olan R.Mehdiyev indiyə qədər bir gün cəza alacağını, bu qədər geniş ictimai qınaq hədəfi olacağını ağlına belə gətirmirdi. Qanunsuz yollarla əldə etdikləri sərvətlər, mülklər, vəzifələr, pullar və bütün bunların müqabilində özlərinə qarşı əldə etdikləri cəzasızlıq mühiti onların nəinki qəlbini, insanlığını, heç beynini, ağlını da normal işləməyə qoymur. Bunlar illər ərzində bu qədər sərvətlə bərabər insanların, mənsub olduğu xalqın nifrətini də qazanıblar. Düşünürəm ki, 400 manat cərimə məlum toyun iştirakçıları üçün kiçikdən də kiçik cəzadır. Bütün məclis iştirakçılarına cərimə məbləği ilə bərabər, 15 günlük həbs qəti imkan tədbiri də görülməli idi. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycan xalqından, elmi ictimaiyyətdən üzr istəməli və vəzifəsindən istefa verməlidir. Onun və yaxınlarının, eləcə də toyda iştirak edən iş adamlarının, keçmiş məmur və indiki oliqarxların bütün şirkətlərinin bank hesablarına həbs qoyulmalıdır. Bax, bu olar xalqın istəyincə. Bəli, o, həmişəki kimi yenə də istədiyini elədi və yenə də toxunulmaz kimi yerində qaldı və yəqin gözləmək olar ki,nə vaxtsa öz "5-ci kolonu" ilə daha bir "yumşaq siyasi dirəniş" tədbirinə əl ata bilər.
“Onları akademik, doktor, elm adamı kimi "Biləcəridən o tərəfə" tanıyan yoxdur”
-Toya gələnləri “Mehdiyevin komandası” adlandırmaq olarmı?
- Həmin məclisə dəvət olunan elm, iş adamlarından və məmurladan heç biri, elə Ramiz Mehdiyevin özü də çox yəqin ki, nə dissertasiyasını, nə kitablarını özləri yazıb. Pul ilə kitablar, dissertasiyalar, məqalələr yazdırıb elmi dərəcələr, rütbələr, titullar alıblar. Bir-iki nəfər istisna olmaqla, elmi dərəcə daşıyan məmurlar və deputatlar da pulla özlərinə doktorluq dissertasiyası yazdırıblar, rüşvətlə elmi dərəcə və ad alıblar. Onları akademik, doktor kimi, elm adamı kimi "Biləcəridən o tərəfə" tanıyan yoxdur. Dünyaya hansı elmi yenliklərini, yeni ideyalarını, səmərəli kəşflərini təqdim ediblər? Bu gün ölkədə bir akademik varmı, virusa qarşı təsiredici vasitələr tapıb, ölkəyə elmi şöhrət və qazanc gətirsin? Bu günün özündə də elmi monoqrafiyalarını və məqalələrini pulla başqalarına yazıdırırlar. Elə bütün bunlara görə də xalqın ziyalısı, alimi səviyyəsinə yüksələ bilmirlər. Acınacaqlıdır ki, hələ də elm və elmi texnologiyalar ölkəsi kimi tanınmırıq. Əsl alim, əsl ziyalı öz dövlətinin xalqın sağlamlığı üçün həyata keçirdiyi siyasəti bu qədər aşağılamazdı.
“Siyavuş Novruzov YAP-a üzqaralığı gətirib”
-İlk gündən YAP-da təmsil olunan Siyavuş Novruzovun hərəkətlərini ncə qiymətləndirirsiniz?
- Açığı, mən bu hadisələrdə deputat Siyavuş Novruzovun mövqeyindən çox təəssüflənirəm. Təəssüf edirəm ki, S.Novruzov YAP-dan millət vəkili ola-ola mətbuata utanmadan, məsuliyyətsizcəsinə "əcəb eləyib toya getmişəm" deyir. Cəmi bir gün sonra isə bu qəhrəmanlığından qorxuya düşüb arxaya çəkilir və bəyanat verir ki, "Ramiz Mehdiyev məni aldatdı". Görəsən, bu qədər əlaqəsiz, məsuliyyətsiz danışmasının fərqindədirmi? Görəsən, siyasi səhv buraxmasının fərqindədirmi? Açıqlama verəndə niyə əvvəl düşünüb sonra danışmır? Necə yəni "əcəb eləmişəm"? Belə alınır ki, S.Novruzov toya getməklə, əslində YAP Sədrinin təhlükəsizlik siyasətinə tam etinasızlıq göstərib, partiyanın nizamnamə və proqram tələblərini kobud şəkildə pozub, YAP-a üzqaralığı gətirib. Öz səhvi, düşünülməmiş addımı azmış kimi, hələ özü ilə dövləti vəzifə daşıyan xanımını da toya aparıb. Digər tərəfdən, o, "Ramiz Mehdiyev mənə prezidentdən icazə aldığını dedi" fikrini ortaya qoymaqla, ikinci səhvi də etmiş oldu. Yəni Ramiz Mehdiyevin guya ölkə Prezidenti ilə birbaşa əlaqə saxladığını, ailəvi yaxınlığını təbliğ eləmiş oldu. Bu adam başa düşməliyidi ki, Ramiz Mehdiyev kimdir axı Prezidentə toya görə zəng edə və icazə ala? Onun Prezidentə nəinki zəng etmək səlahiyyəti, cəsarəti yoxdur, heç Prezident Aparatına da icazəsiz daxil ola bilməz.
İctimaiyyətdə hamılıqla təəssüf doğuran bir məsələ də budur ki, görün, 28 il YAP-ın təşkilati məsələlərinə kim rəhbərlik edib? Belə hadisədən, nizamnaməni pozan belə məsuliyyətsiz funksionerlərdən sonra "xalqın partiyasına" xalqın inamı qalarmı? Siyavuş Novruzovun guya R.Mehdiyevin ona maneələr yaratması barədə dedikləri tam qeyri-səmimidir. O, bəzi keçmiş buqələmun məmurlar kimi situasiyadan istifadə edib anti-Mehdiyev rəyi yaradır, bununla özünə bəraət qazandırmaq istəyir. Əslində, Siyavuş Novruzovun özü hakim partiyada nizamnaməyə zidd olan ədalətsiz, qeyri-sağlam mühiti formalaşdıran, nizamnaməni pozanları, partiyada"qoçuluq" edənləri himayə edənlərdən biri, bəlkə də birincisidir. Onun əli ilə nə qədər layiqli partiya üzvləri ədalətsizliklərə, maneələrə tuş gəldilər. Bilən bilir ki, o, vaxtilə Xalq Cəbhəsinin üzvü idi və Elçibəyin ilk cangüdənlərindən olub. Buna görə də, 91-lərin müraciətinə imza atmamışdı...
“Bu cür adamların əmlakı müsadirə olunmalıdır”
-Belə bir fikir var ki, Ramiz Mehdiyev “91-lər”i hakimiyyətə yaxın buraxmayıb...
- 91-lərə ara-sıra etimad olundu. Məsələn, biri elə Hacıbala Abutalıbov. O, bu etimaddan sadiq Əliyevçi kimi istifadə edə, özünə əbədi savab qazana bilmədi. Qışqıra-qışqıra "əmin ola bilərsiniz", "Heydər Əliyevimiz" deyib, insanları aldatdı. Ətrafına ideyalara, dövlətçiliyə sadiq kadrları, 91-lərdən bir nəfəri də dəvət etmədi. Dünya ölkələrində XXI əsrdə bunun kimi 18 il (!) işləyən mer olmayıb və yəqin olmayacaq da. Bu isə 18 il paytaxtın ərazilərini dələduz, mövqesiz, yalançı iş adamlarına, oliqarxların cinayətkar tikinti şirkətlərinə qarış-qarış satdı. Dəyərli ziyalı insanlara deyil, gözəlçə müğənillərə, səviyyəsiz veriliş aparan düdüklərə mənzil bağışladı, bulvardakı konsertlərə "mamlı-matan" oxuyanları "müsabiqə" ilə buraxdı. Jurnalistə "ömür qısa, dəyməz qıza" deyən bu adam "qısa ömründə" çox-çox "işlər" görməyə yaxşıca-bolluca vaxt tapdı. Ən azı Bakının tarixi simasını, şəhər memarlığını, Bakının özünəməxsus ekoloji tarazlığını bərbad günə qoydu. Onun zamanında minlərlə insanın mülkiyyət hüququ pozuldu, paytaxt meriyası rüşvətxorluqda, yalançılıqda, qanunları pozmaqda, özbaşınalıqda, vətəndaşları incitməkdə, hakimiyyətə kütləvi narazılıq yaratmaqda ad çıxartdı. İndi də utanmadan R.Mehdiyevi tənqid edir ki, bəlkə hadisənin fonunda mələk insan, sadiq məmur kimi tanına bildi. Sənin özünü yaxşıca tənqid edən lazımdır, elə sən də bu xalq üçün onların bir tayısan, "o komandanın" üzvüsən. Belələrini YAP üzvlüyündən, İdarə Heyətindən xaric etmək, hakim partiyanın nüfuzunu, sağlam mühitini özünə qaytarmaq lazımdır. Belələrinin özünün, övladlarının, yaxınlarının qanunsuz əmlakı, bankdakı pulları, əl-qol atması dondurulmalı, mütləq müsadirə olunmalıdır ki, cəmiyyət haqq-ədalətə daha çox inansın.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2020, 13:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2020, 13:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16