"İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalıdır" - hamının fəaliyyəti ölçülməlidir
Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir.
Bu barədə FED.az-a müsahibəsində beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, «Bureau De Qualite» şirkətinin rəhbəri Asif İbrahimov bildirib.
- Asif müəllim, son vaxtlar Azərbaycanın dövlət qurumlarında islahatlar və idarəetmə üsullarının dəyişməsi ilə bağlı müzakirələr artıb. Mütəmadi olaraq dövlət qurumlarının rəhbərləri də dəyişdirilir. Kadrların dəyişməsi idarəetməni də dəyişirmi? Yoxsa hər şey elə əvvəlki kimi qalır?
- Miqyasından asılı olmayaraq, hər bir müəssisə və ya təşkilat canlı orqanizmdir və onu idarə etmək lazımdır. İdarə etmək üçün isə, bunu necə adlandırırsan fərqi yoxdur, əlində idarəetmə vasitəsi, üsullar, metodlar olmalıdır ki, bu idarəetməni həyata keçirə biləsən. Necə ki insan orqanizmində qan dövranı normal olmadıqda və beyinə qan normal işləmədikdə müəyyən fəsadlar yaranır, təşkilatlarda da hər hansı bir proses düzgün təşkil edilməyibsə, idarə edilə bilmirsə, ümumi idarəetmə sisteminə problemlər yaradacaq. Təşkilatın proseslərində problemlər olduğu təqdirdə ümumilikdə İdarəetmə Sisteminə ciddi təsir edir. Hər bir təşkilatın (fərqi yoxdur dövlət qurumudur, yoxsa özəl təşkilat) özünün strukturu, bölmələri, daxili personalı, xarici əhəmiyyətli maraqlı tərəfləri var.
Ölkəmizdə ümumi idarəetmədə ciddi problemlər var. İstər özəl, istərsə də dövlət təşkilatlarında. Ümumilikdə götürəndə, özəl şirkətlərin özünəməxsus çatışmazlıqlarının mövcud olmasına baxmayaraq düşünürəm ki, özəl şirkətlərdə vəziyyət dövlət qurumlarına nisbətən daha yaxşıdır. Çünki sahibkar qurduğu, yatırım etdiyi sahibkarlıq subyektindən daim az yatırım edib daha çox fayda əldə etmək istəyir və anlayır ki, daim inkişaf etməli və böyüməldir. Bu baxımdan da özəl şirkətlər dinamik işləməyə məcburdur. Dövlət qurumlarında isə vəziyyət nisbətən qəlizdir. Heç təsadüfi deyil ki, ölkə başçısı dövlət şirkətlərinin hər ili zərərlə başa vurması məsələsinə toxundu. Həqiqətən də dövlət qurumlarında köklü islahatların aparılması şərtdir.
- Azərbaycanda dövlət qurumlarının idarəetməsində hansı problemlər var?
- Azərbaycandakı idarəetmə modeli çoxdan dəyişdirilməli idi. Çünki dünya artıq bizim istifadə etdiyimiz idarəetmə yanaşmasından imitina edir. Biz isə SSRİ dönəmindən bizə miras qalmış idarəçilik üsulunu davam etdiririk, ölçülə bilən idarəçilik tam təmin edə bilməmişik, üfuqi və şaquli məsuliyyət bölgüsünı də düzgün həyata keçirməmişik.
Hamımız yaxşı bilirik ki, Azərbaycan dünyada ən çox məmur sayına malik olan ölkələrdəndir. Sovet dövründə olduğu kimi rayon katibləri-icra başçıları hələ də mövcuddur. Dövlət büdcəsindən vəsaitlər hesabına öz fəaliyyətlərini israfçılıqla davam etdirirlər, hətta reqionlarda sahibkarlığın inkişafına da maneçilik törədirlər. Qazanmadığın pulları xərcləməyə nə var ki? Belə olduğu halda hansı inkişafdan, ixracdan iqtisadiyyatdan danışmaq mümkündür? Bilirisiniz ki, ölkə başçısı reqionların inkişafı məsələsini xüsusi nəzarətdə saxlayır və bu illər ərzində yüz milyarddan çox vəsaiti reqionların inkişafına yönəltmişdir. Hanı bu yüz milyardlıq inkişaf?
- Azə rbaycanda ən problemli sahəyə - icra hakimiyyətlərinə toxundunuz. Son vaxtlar icra başçılarını bir-birini ardınca dəyişdirirlər– vəzifədən normal gedən də demək olar ki yoxdur, hamısı həbs edilib işdən qovulur. Bu proses nəticəsində yerli icra hakimiyyətlərində idarəetmə dəyişə bilərmi?
- İnsanlar bizə tez-tez sual verirlər ki, 5 rayonun icra başçısı həbs edilməsinə baxmayaraq yerdə qalanları niyə hələ də rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma və bir sıra dövlət əleyhinə fəaliyyətlərlə məşğul olurlar, hələ 6-cı rayonun da İcra başçısı həbs edilir?
Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur? Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir. Bu istiqamətdə yeni idarəetmə modelinin tətbiq edilməsi atıq şərtdir.
- Bəs rayonları kim idarə etməlidir?
- Bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, lakin fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır. Bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməldirlər.
- Asif müəllim, tutaq ki, rayonu bələdiyyələr idarə edir və onlara dövlət büdcəsindən pul ayrılmayacaq. Bəs onda bələdiyyə tələb olunan vəsaiti haradan alacaq? Onlar heç özlərinə həvalə olunan vergiləri tam yığa bilmirlər. Bu vergilər onların fəaliyyəti, normal fəaliyyəti üçün kifayət edəcəkmi?
- İlk növbədə bələdiyyələrin statusları artırılmalıdır. Ləğv edilmiş İcra hakimiyyətlərinin səlahiyyətləri onlara verilməldir. Fəaliyyət göstərdikləri ərazilərdə nəqliyyat, tikinti, turizm, ictimai iaşə obyektlərinə və digər sahələrə verilən icazələrdən əldə edilmiş vəsaitlər hesabına, eyni zamanda yerli və xarici investorların cəlb edilməsindən əldə etdikləri vəsaitlər hesabına maliyələşməlidir. Və təbii ki, əvvəllər də mövcud bir sıra vergilər hesabına.
Bir sözlə qardaş Türkiyədə mövcud olan Bələdiyyə sisteminə uyğun olaraq bələdiyyə sistemimizi qura bilərik. Bunun nəyi pisdir ki, biri var rayonun aqibəti haqqında bir nəfər qərar verir, biri də var ki, bir rayonun aqibəti haqqında rayonun bütün əhalisi.
- Bəs xarici investorların cəlb edilməsi üçün nə etmək lazımdır?
- Bütün xarici investorlar dünyada mötəbər araşdırma təşkilatlarının reytinqlərinə nəzər yetirmədən həmin ölkəyə yatırım etmək haqqında heç vaxt düşünmür. Bu reytinqlər içərisində ən mötəbəri isə Dünya Bankının reytinqi olan “Doing Business” reytinqidir ki, xarici inesvtor bu reytinqdə əsas kriteriya kimi ölkədə mövcud məhkəmə-hüquq sisteminə, lisenziya və icazələrin əldə olunması məsələlərinə diqqət yetirir. Yalnız bundan sonra həmin ölkəyə yatırım etmək haqqında düşünür. Biz reytinq üzrə son illər ərzində əhəmiyyətli dərəcədə ön sıralar yüksəlmişik. Lakin,biz anlamalıyıq ki, bununla işimiz bitmir. Yerli özünü idarəetmə qurumları bu istiqamətdə ölkəmizin ciddi şəkildə tanıtımını həyata keçirməli, daha çox investorla ünsiyyətdə olmalı,onları inandırmalıdılar. Bu bizim son illərdə müşahidə etdiyimiz qaydada yox, yəni investorların ölkəyə dəvət edilməsini ölkə başçısı yox, yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirməlidir.
- Dövlət aparatının başqa sahələrində hansı dəyişikliklər olmalıdır sizcə?
- Bu dediklərimə birləşdiriməyi mümkün olan nazirliklər, bir-birini təkrarlayan komitələr, dövlət agentlikləri də daxildir. Bəzi nazirliklər ya ləğv edilməli və ya birləşdirilməlidir.
Bu qurumları ləğv etsək həm bu qurumların saxlanma xərclərinə qənaət edərik, həm də rüşvət nöqtələrinin tən yarısını ləğv etmiş olarıq.Bundan başqa azad biznesə müdaxilə və tenderlərə fəsad qarışdırma hallarının sayını azaltmış olarıq. Bu israfçılığa heç bir dövlətin büdcəsi tab gətirməz. Dövlət qurumlarının fəliyyətlərinin səmərəlilik əmsalını ölçsək inanın kı, ümumilikdə 30%-ı keçməyəcəklər. Dövlət qurumları nə qədər çoxdursa, rüşvət faktları, mənbələri da bir o qədər çoxdur.
- Bəs sizin fikrinizcə Azərbaycanda idarəetmə hansı prinsiplə qurulmalıdır?
- Beynəlxalq praktikaya əsaslansaq, şaquli və üfuqi məsuliyyətlər bölünəndə, təşkilatlarda struktur və bölmələrin yaradılanda ilk növbədə baxmaq lazımdır ki, biz hansı fəaliyyət və proseslərimiz mövcuddur və biz nə idarə edəcəyik. Buna idarəetmədə proses yanaşma deyilir.
Sadə desək, hər hansı təşkilatı yaradanda və ya dəyişəndə əvvəlcə tam dəqiqləşdirməliyik ki, o nə ilə məşğul olacaq, burada hansı proseslər baş verəcək.Daha sonra bu fəaliyyətləri hansı üsullarla, hansı resurslarla, hansı məsul şəxslərlə icra edəcəyəmizi və bu proseslərin ölçü meyarlarını, yəni gələcəkdə necə ölçəcəyimizi planlaşdırırıq. Daha sonra isə bu proseslər arasında qarşılıqlı əlaqəni müəyyənləşdiririk. Buna da idarəetmədə «Sistem yanaşma» deyilir.
- Bəs Azərbaycanda dövlət idarəçiliyində belə sistem varmı?
- Xeyr, hökümət qurumlarımızda isə vəziyyət tamamilə fərqlidir. Daha öncə dediyim kimi bir birinin fəaliyyətini təkrarlayan və ya oxşar fəaliyyətləri icra edən nazirliklərimiz, komitələrimiz və dövlət agentliklərimiz mövcuddur. Hökümətimzə, Baş nazirimizə təşkilati strukturun yenidən gözdən keçirilməsini və fəaliyyətlərə/proseslərə uyğun olaraq struktur və bölmələrin, təşkilatların yaradılmasını tövsiyyə edirəm.
- Asif müəllim, Azərbaycanda hər hansı dövlət məmurunun və ya təşkilatın fəaliyyətinin səmərəliliyinin ölçülməsi üçün meyarlar varmı?
- İdarəetmədə belə bir ifadə var ki, «Ölçə bilmədiyin heç nəyi idarə edə bilməzsən». Bu baxımdan hökümətimizə dövlət müəssisələrinin fəaliyyətini qiymətləndirmək üçün indikatorların hazırlanmasının çox vacib olduğunu xüsusilə bildirmək istərdim. Azərbaycanda isə dövlət qurumlarının heç birində ölçülə bilən idarəçilik tam təmin edilməyib. Mən tövsiyyə edərdim ki dövlət qurumlarında da sırf bu sahədə işlər aparılsın, proseslər və onların qiymətləndirmə meyarları müəyyən edilsin, faydalı iş əmsalları müəyyəşdirilsin, yeni texnologilardan sözdə yox, əməldə istifadə etməklə çevik idarəetmə təmin edilsin. Hətta deyərdim ki, dövlət və ya dövlətdən maliyyələşən təşkilatların fəaliyyət indiqatorlarını yerləşdirməyin zamanı çoxdan çatıb. On ilə yaxındır ki, KPİ ların (Fəaliyyət indiqatorlarının) dövlət qurumlarında tətbiqi ilə bağlı təkliflər veririk və bu barədə heç danışan yoxdur.
Dövlət qurumlarının fəaliyyətlərini ölçə bilmirik və nəticə göz qabağındadır. Dövlət qurumlarında Şəffaflıq, hesabatlılıq, məsuliyyət prinsiplərinə əməl edilməldir. Ölkə başçısına təqdim edilən məlumatlar o qədər ustalıqla düzgün şəkildə emal edilib təqdim edilməlidir ki, o asanlıqla, çevik şəkildə qərarlar qəbul edə bilsin. Ölkə başçısı və vətəndaşlarımız təqdim edilmiş məlumatların düzgünlüyünü eyni zamanda real həyatda da müşahidə etməlidirlər.
- İndi vəziyyət bir qədər dəyişib, həm pandemiya, həm də neft gəlirlərinin azalması bir sıra problemləri üzə çıxardı. Sizcə pandemiya, onun gətirdiyi həm maddi, həm də təşkilati çətinliklərdən sonra hökumət islahatlara gedəcəkmi?
- Baş vermiş pandemiyanın ağır nəticələri dünyada bir çox hökumətlər kimi Azərbaycan hökumətinə də bir siqnalıdır ki, dövlət büdcəsindən asılılığın aşağı salınması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi təmin edilsin, bir çox yerli özünüidarəetmə qurumlarının fəaliyyətləri yenidən gözdən keçirilərək özünümaliyyəşədirmə moduna keçirilsin, fondverimliliyi aşağı olan investisiya layihələrinin icrası yenidən gözdən keçirilsin və dövlət büdcəsinə əlavə gəlir gətirə biləcək yeni sahələr ciddi təhlil edilsin.60-cı illərdə ABŞ-da baş verən böhran zamanı hökümət sırf tikinti sektorunu inkişaf etdirərək böhrandan çıxdı.
Bu yaxınlarda ölkə başçısı tərəfindən dövlət şirkətlərində olan yarıtmaz idarəçilik haqqında məsələ gündəmə və ölkə başçısına idarəçilikdə olan problemlərinin aradan qaldırılması üçün yeni holdinqin yaradılması ilə bağlı təkliflər verildi. Düşünürəm ki, dövlət vəsaitləri hesabına maliyyələşən yeni qurum yaratmaq əvəzinə, beynəlxalq korporativ idarəetmə standartların ölkəmizdə tətbiqi daha məqsədəuyğun olardı.
- Belə çıxır ki, yeni Holdinqin yaradılmasından müsbət yenilik gözləmirsiz?
- Sözügedən qərarın müsbət perspektivinə gəldikdə xatırladım ki, daha əvvəllər də İqtisadiyyat Nazirliyinin nəzdində investisiya qurumu, məsələn, «Azərbaycan İnvestisiya şirkəti» var idi. Bu şirkətin fəaliyyətini qənaətbəxş hesab etmirəm. Çünki biz bu günə qədər yatırdığımız investisiyaların fondverimliyini heç vaxt hesablamamışıq, heç bir dövlət qurumunda da Faydalı iş əmsalları (KPİ) və ya ölçü meyarları mövcud deyil.
Azərbaycanda yatırılan investisiya layihələrinin heç birində fondverimlilik hesablanmayıb. Yatırdığımız hər manata görə nə qədər mənfəət əldə etdiyimizi bilmirik. Əgər ayrı-ayrılıqda hər qurumda korporativ idarəetmə standartlarını tətbiq etsək, daha müsbət nəticələr əldə edərdik. Gəlin AZAL haqqında danışaq:Kim deyə bilər yeni istifadəyə verilən hava limanının hər kvadrat metrindən dövlət büdcəsinə nə qədər vəsait daxil olur. Onu da deyim ki, bazarda rəqabət mühiti formalaşdırmadan AZAL, Dəmiryol QSC kimi qurumlardan inkişaf gözləməyə dəyməz.
- Fondverimlilik anlayışı çox maraqlıdır. Bu yalnız şirkətlərə tətbiq edilir, yoxsa onun vasitəsilə başqa sahələrin də səmərəsini ölçmək olar?
- Bu üsulu başqa sahələrdə də tətbiq etmək olar. Məsələn, ölkə başçısının tapşırığı ilə reqionların inkişafına yüz milyarddan çox vəsait xərclənib. Eyni zamanda dövlət tərəfindən bir çox layihələrə də külli miqdarda investisiyalar cəlb edilmişdir.
Biz bu halda indikator olaraq yatırılmış “investisiyaların fondverimliyini” (yəni ayırdığımız hər manata görə nə qədər qazanc əldə etmişik) götürə bilərik. Bundan başqa
- reqionlara cəlb edilmiş vəsaitlərdə yerli və ya xarici investisiyaların xüsusi çəkisini,
- İstifadəyə verilən dövlət binalarının hər kvadrat metrinə görə dövlət büdcəsinə daxil olan vəsaitin miqdarını,
- İcra hakimiyyətlərində yaradılmış infrastruktur layihələrinin həyat üçün faydalılıq əmsalını,
- ixrac əməliyyatlarından dövlət büdcəsinə daxil olmuş vəsaitlərinin xüsusi çəkisi,
- yeni yaranmış sahibkarlıq subyektlərinin ümumi sayda xüsusi çəkisi,
- Dövlət enerji təchizatı şirkətlərində itki faizi,
- Dövlət tədarük şirkətlərində anbar ehtiyatlarının dövretmə sürətini,
- əməyin məhsuldarlığını,
-qiymətləndirilmiş risklərin sayı və qiymətləndirilmiş risklərə görə nəzarət tədbirlərinin icra səviyyəsini ölçmə meyarı olaraq müəyyən edə bilərik və s.
Ölçmə meyarlarını müəyyən etdikdən sonra isə hesablanma qaydasını, məsul şəxsləri və aşağı-yuxarı həddləri müəyyən etməliyik. Fəaliyyət indiqatorlarının istənilən dövlət qurumuna, hətta məhkəmə hakimiyyətinə, eyni zamanda AR Milli Məclisinə tətbiq etmək mümkündür.
- Asif müəllim, regionların inkişafı ilə bağlı çəkdiyiniz misal bizə başqa dövlət proqramlarını da xatırlatdı. Son illər müxtəlif sahələrdə belə proqramlar həyata keçirilir. Onların nə qədər səmərəlidir və həmin sahələrdə vəziyyəti yaxşılığa dəyişirlərmi?
- Bir diqqət yetirmisizsə hansı sahənin inkişafını təmin etmək məqsədi ilə dövlət proqramına daxil edilir və nədənsə həmin sahədə inkişaf çox çətin müşahidə edilir.
Sizin tez tez verdiyiniz suallardan biri də "Dövlət proqramlarının lazımı qaydada və dəqiq icra olunmamasının səbəbləri" dir. Gəlin, bir nümunə üzərindən Sizin verdiyiniz bu sualı cavablandırım. Aşağıda nümunə gətirdiyim sənəd "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI" nın 9-cu səhifəsindədir. Belə ki, tək bu sənəddə yox, bir çox sənəddə qeyri-peşəkar yanaşmanın şahidi oluruq.
Halbuki, Beynəlxalq standartlar deyir ki, qarşına qoyduğun hədəf və fəaliyyətlər, tələb olunan resurslar, bu hədəflərin icrası üzrə məsul şəxslər dəqiq müəyyən edilməli, eyni zamanda müəyyən etdiyin hədəflər ölçülə bilən olmalıdır. Yəni, nəyi (hədəf), necə (tədbirlər), nə ilə (resurslar), kim tərəfindən (məsul şəxs) və nə vaxt, hansı müddətə (icra müddəti) icra edəcəksən?
Daha yaxşı olardı ki, qoyulmuş hədəfə çatmaq üzrə fəaliyyətlər də dəqiq (ümumi sözlərlə yox) müəyyənləşdirilsin,hər bir fəaliyyət müvafiq dövlət qurumları arasında bölünsün,bu hədəfin yerinə yetirilməsi üzrə lazımı resurslar dəqiq müəyyən edilsin,bu hədəfin icrasına məsul qurumun aidiyyatı şöbəsi müəyyənləşdirilsin,hədəfin ölçüləməsi mexanizm müəyyən edilsin və bu proqramın giriş hissəsində aidiyyatı dövlət qurumlarının öz öhdəsinə düşən öhdəlikləri yerinə yetirməməsi halında hansı cəza mexanizminin onları gözlədiyi qeyd edilməlidir.
Təəssüflər olsun ki, təcrübəmizdə bu kimi hallara təkcə təsdiq edilmiş dövlət proqramlarinda yox digər qanunverici-normativ sənədlərdə də rast gəlirik.
- Düzgün qurulmayan idarəçiliklə bağlı misallar deyə bilərsinizmi?
- Bütün İdarəetmə standartlarının fəlsəfəsi amerikalı alim Edvard Demiqin P-D-C-A sikli üzərində qurulmuşdur. Bu nə deməkdir? – P-planlaşdır, DO-icra et, CHECK- yoxla, ACT-Fəaliyyətə keç (təkmilləşdir). Bizim baxışımız odur ki müəssisə varsa, iş varsa orada problemsiz ola bilməz. Bunun üçün də bütün fəaliyyətlərimizi planlaşdırmamış icra etməməli, daimi yoxlamalı, ölçməli və təkmilləşdirmə üçün zəmin yaratmalıyıq.
Əgər günorta saatlarında küçə işıqları hələ də yanırsa, Mingəçevir SES-də partlayış verirsə deməli, bura İSO 50001 Enerji Resurslarının İdarəolunması Sistemi qurulmayıb.
Digər misal, Daşınmaz Əmlakın Dövlət Reyestri üçün «Ulduz» metrostansiyasının yanında yeni bina inşa edilib, gözəl şərait yaradılıb, lakin, çox sadə bir prosedur olan “Dövlət reysterindən çıxarış” sənədinin vətəndaşa təqdim edilməsi prosesi əgər 27 dəqiqə davam edirsə, deməli bura İSO 9001 və 10 002 standartı lazımdır.
Təhsil sistemimizdən danışım, 7 il ərzində 3 nazir dəyişir, lakin təhsil sistemimizdə heç nə dəyişmirsə, deməli burada İSO 21001 standartına tətbiqinə ehtiyac duyulur. Belə misalları artırmaq olar.
- Hazırda ölkə iqtisadiyyatında geriləmə baş verir. Bu pandemiyanın nəticəsidir, yoxsa, indiyədək yığılıb qalan problemlərin?
- Əminliklə cavab verim ki, iqtisadiyyatımızda müşahidə olunan geriləmə tək bu günün deyil, uzun illərin məhsuludur.
Doğrudur, Azərbaycan dünya iqtisadiyyatının aktiv oyunçularından biri olduğu üçün bu təhdid bizə təsirsiz ötüşə bilməzdi. Biz Azərbaycanda olan iqtisadi tənəzzülü dünya iqtisadiyyatında son üç ayda olan geriləmə ilə müqayisə etməməliyik. Azərbaycan iqtisadi modeli bütün dünyada özünəməxsusluğu ilə seçilir.Ona görə də biz Azərbaycanda bu geriləməni cütrəqəmli faiz indeksi ilə nəzərdə tutmalıyıq.
Təəssüflə qeyd edim ki, son 5 ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı bu tipli fövqəladə vəziyyətlərə hazırlıqsız idi. Baş verə biləcək hallar üçün «B» və «C» ssenarilərimiz mövcud deyildi.
Buna baxmayaraq, pandemiyanın rəsmi elan olunduğu ilk gündən öz vətəndaşlarının yanında olan ölkə başçısı Azərbaycan vətandaşlarının və sahibkarlarının dəstəyi nəticəsində vəziyyəti nəzarət altına götürdü, bir çox istiqamətlərdə profilaktik tədbirlərin görülməsinə tapşırıq verdi. Prezidentin müvafiq sərəncamları ilə iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. 9 addımdan ibarət dövlət proqramının əsas istiqamətləri zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyini, fərdi (mikro) sahibkara maliyyə dəstəyini, Əhalinin maddi vəziyyətinin düzəldilməsini, sahibkarlara kreditlərin verilməsini , vergi güzəştlərinin azaldılmasını və bir sıra məsələri özündə ehtiva edir.
Ümumilikdə isə iqtisadi geriləmənin əsas səbəbi olaraq ixracın azlığını, xüsusi ilə dünyanın ən böyük bazarlarına - Avropa İttifaqi və ABŞ bazarına çıxışın məhdudluğunu, kölgə iqtisadiyyatını (məmur biznesi) və bir çox başqa önəmli məsələləri göstərərdim.
- Gəlin xaricə ixracdan başlayaq, əsas məsələlərdən biri dediyiniz kimi, ixracda neftin payının yüksək olması, və xaricə ciddi məhsul (yəni xammal və meyvə tərəvəzdən fərqli olaraq) çıxara bilməməyimizdir. Bu məsələni necə həll etmək olar?
- Heç kimə sirr deyil ki, Azərbaycan istehsalçısı xüsusi ilə Rusiya və MDB ölkələri bazarlarına fokuslanıb. Bu hal hər zaman qeyd etdiyim kimi ciddi problemdir. Çünki alternativ bazarların olmamasını yüksək risk hesab edirəm. Doğurdan da alternativ bazarlara çıxış təcili olaraq təmin edilməlidir.
Lakin bu barədə danışan hər bir məmur aşağıdakı sualları özünə və ətrafındakılara verməlidir:
1.Azərbaycanın yeni bazarlara çıxışını təmin etmək üçün səlahiyyətləndirilmiş qurumlar öz işlərini lazımı qaydada yerinə yetirirmi?
2.Azərbaycan Qanunvericiliyi dünyanın ən böyük satış bazarları olan Avropa İttifaqının və ya ABŞ bazarının qanunvericiliyi ilə uyğunluq təşkil edirmi?
3.Azərbaycanda akkreditasiya olunan laboratoriyaların akkreditasiyaları məhsul ixrac etdiyimiz ölkələrdə tanınır mı?
4.Gömrük sistemimiz bu ixrac əməliyyatlarının aparılmasında hansı maneələri törədir?
5.Bizim məhsullarımızın maya dəyəri niyə yüksəkdir?
6.Hansı qanunverici sənədimiz müvafiq beynəlxalq standartların tələblərini nəzərə alaraq hazırlanmışdır?
7.Keyfiyyətin təmin edilməsinə nəzarət funksiyasını həyata keçirən dövlət qurumlarının özlərinin səriştəlilik əmsalı nə qədərdir?
8.İxracı stimullaşdıran mexanizmlərimiz nə dərəcədə işləyir? Və s.
Bu sualları vicdanla cavablandırsaq onda, bizə nə etməli olduğumuz gün kimi aydın olacaq.
Xüsusi qeyd edim ki, qanunvericiliyimiz dünyanın ən böyük bazarlarının qanunları ilə ziddiyət təşkil etdiyi üçün Azərbaycan istehsalçısı dünyanın ən böyük bazarları olan Avropa İttifaqı, ABŞ bazarlarına mal sata bilmir və biznes faktikmi olaraq Rusiya bazarının ümidinə qalıb.
Halbuki bu sahədə yeni imkanlar var. Məsələn, «Covid 19» virusunun yayılması ilə əlaqədar Avropa İttifaqında orqanik kənd təsərrüfatı məhsullarına tələbat 2 dəfə artmışdır. Avropada insanlar artıq orqanik, sağlam, immuniteti gücləndirən qida məhsullarına daha çox üstünlük verməyə başlayıblar. Düşünürəm ki, Azərbaycan məhsullarının dünyanın ən böyük bazarına çıxışına hamımız dəstək olmalı,Ümumdünya Ticarət təşkilatına üzv qəbul olunmaq haqqında işlər görməliyik.
- Asif müəllim, Azərbaycanda kölgə iqtisadiyyyatının bu qədər böyük paya malik olmasının (hətta görülən tədbirlərdən sonra da) səbəbi nədir və sizcə bunun qarşısını necə almaq olar?
- Azərbaycanda «kölgə iqtisadiyyatı»nın (məmur iqtisadiyyatı) mövcud olmasının səbəbi bir sıra dövləti qurumlarının düzgün fəaliyyət göstərməməsidir. «Qara mühasibatlıq» və dövriyəyə mənbəyi bəlli olmayan vəsaitlərin cəlb edilməsi, eyni zamanda nəğd pul dövriyyəsi kölgə iqtisadiyyatını stimullaşdırır. Bu sadaladıqlarımın ən başlıca yaranma səbəbi məmur bizneslərinin şaxələnməsidir.
«Qara mühasibat»lığı yaradan amillərdən biri də qanunvericiliyimizdə olan boşluqlar, bəzi faktiki halların nəzərə alınmamasıdır. İqtisadi, sosial, aqrar, əmək qanunvericiliyimizdə çoxsaylı boşluqlar var.
- Asif müəllim, yenə qayıdaq strukutur islahatlarına, sizcə hansı sahələrdə dəyişiklik olmalıdır?
- Məsələn, əgər Dövlət Neft şirkəti (SOCAR) Sənaye və Energetika Nazirliyinə, AZAL və Dəmiryolu İdarəsi isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe deyillərsə bu nazirliklər niyə ləğv edilmir və ya Nazirlik statusları niyə əllərindən alınmır? Qeyd edim ki, heç Bakı Nəqliyyat Agentliyi də Nəqliyyat,Rabitə və Texnologiyalar Nazirliyinə tabe deyil.
Ümumiyyətlə dövlət strukturlarının yenidən təşkili, eyni zamanda hökümətin təşkilati strukturunun sadələşdirilməsi vacibdir. Bu istiqamətdə islahatlar aparılsa da, bir-birini təkrarlayan qurumlar hələ də kifayət qədərdir. Azərbaycan adam başına düşən məmur sayına görə dünyada liderlik edir. Bu idarəçəlik üsuluna heç bir büdcə tab gətirməz.
Üstəlik, bütün qurumlarda rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma, dövlət vəsaitini mənimsəmə kimi hallar var. Mənə elə gəlir ki, bu sahədə ciddi nizam yaratmaq üçün struktur islahatlara getmək lazımdır.
- Hazırda belə görünür ki, yerli icra hakimiyyətlərinin ləğvindən söhbət getmir. Əksinə onlara fəaliyyyətlərini yenidən qurmaq tapşırılır. Mövcud olduqları müddətdə onların işinin səmərəsini necə artırmaq olar?
- Nə qədər ki fəaliyyət göstərirlər, icra hakimiyyətlərinə münasibət dəyişməli, onların dövlət təminatı dayandırılmalıdır.
Baxın, prezident dəfələrlə icra başılarına rayona investisiya cəlb etməyi tapşırır, ancaq bu sahədə irəliləyiş yoxdur. Çünki icra başçısı bilir ki, bunu etsə də, etməsə də, ona dövlət büdcəsindən vəsait veriləcək. Amma dövlət təminatı olmasa, məcbur qalıb həmin addımı atacaq ki, özünü saxlaya bilsin.
Bir daha təkrar edim ki, yerli özünüidarəetmə orqanları dövlət büdcəsindən maliyyələşməməlidir. Özü özünü dolandırmalı, sahibkarlığın inkişaf etdirilməsi üçün yerli və xarici istiqamətlərdə investisiyalar cəlb etməlidir.Biz bunu qəbul etməliyik ki,dünya artıq dəyişib.
Həbs edilən icra başçılarına elan olunan maddələrə fikir verin. Hamısı rayona ayrılan pulların müxtəlif yollarla mənimsənilməsində, ruşvət almaqda təqsirli bilinir. Qurumun strukturu dəyişsə, onlar pulu talamaq yox, qazanmaq üsulları barədə fikirləşəcəklər. Onda əldə etdikləri qazanc da rəsmi olacaq. Mən bu vəziyyətdən çıxış yolunu fərdlərlə əlaqələndirmək istəməzdim. Yaxşı olar ki, biz bu istiqamətdə təklif etdiyimiz struktur islahatını nəzərdən keçirək. Bizim əksər rayonlarımızın gözəl və cəlbedici imkanları var. Sadəcə, bu istiqamətdə səylər göstərmək lazımdır. Məncə, icra başçılarının bölgələrə xarici investorlar cəlb etməsini stimullaşdırmaq üçün fəaliyyət indiqatorları qoymaq və onların bu istiqamətdəki addımlarını nəzarətdə saxlamaq olar.
Beynəlxalq standartlara görə buna keçid mümkündür. Əvvəl onların fəaliyyət istiqamətlərini müəyyənləşdirməliyik, sonra iş alqoritmini və fəaliyyətə cavabdeh şəxslərin üfuqi və şaquli məsuliyyətlərini müəyyənləşdirmək lazımdır.
Bu məsələni ümumiləşdirsək, nəticə odur ki, iqtisadi inkişaf istəyiriksə, hökümət öz təşkilatı strukturunu yenidən gözdən keçirməli,bir birini təkrarlayan və ya oxşar fəaliyyətləri həyata keçiriən qurumları ləğv etməli, büdcə yükünü azaltmalıdır və verigisini alıb kənarda dayanmalıdır, biznesə müdaxilə etməməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-08-2020, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-08-2020, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24