Sahil Babayev əlilin pensiyasını kəsib - GİLEY

Sumqayıtda 18-ci mikrorayon, ev 5-də yaşayan Yusubov Rafiq Tapdıq oğlunun heç bir səbəb olmadan əlillik pensiyası dayandırılıb. 1962-ci l təvəllüdlü əlil üç aydır üz tutmadığı dövlət qurumu qalmayıb. Haqqını bərpa edə bilməyən R.Yusubov məcbur qalaraq aclıq aksiyasına başlayıb.
Reportyor.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər qurumların nümayəndələri onu aclığı dayandırmağa çağırıb, problemin həllinə söz veriblər.
Amma beş dəfə nazirliyə gedən, sonra gah Abşeron, gah Sumqayıtdakı müvafiq qurumlara göndərilən R.Yusubovun əlillik pensiyası məsələsi yoluna qoyulmayıb. Aclığı dayandırmasına, DSMF-yə müraciətinə baxmayaraq, 20 gün keçib, heç nə həllini tapmayıb.
Onun sözlərinə görə, ƏƏSMN və digər qurumlar tərəfindən aldadılmaqdadır, pensiya verilmir deyə dərman pulu yoxdur. R.Yusubovla bağlı nazirlikdən açıqlama gözləyirik. Bu dəfə də əlil aclıq elan etsə, başına bir iş gəlsə, bunun məsuliyyətini kim daşıyayacaq, cənab nazir Sahil Babayev?!
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2020, 11:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-09-2020, 11:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
20-02-2025, 14:36
20-02-2025, 10:45
20-02-2025, 09:49

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR