reklam
Regionxeberlericom.az » Gündəm » "85 min leriklinin haqqını yeyən İqbal Məmmədova kim səs verəcək" - İTTİHAM

reklam

"85 min leriklinin haqqını yeyən İqbal Məmmədova kim səs verəcək" - İTTİHAM

 Lerik Rayon İcra Hakimiyyəti və “Relax”ın məşhur sahibi, deputat İqbal Məmmədov barəsində elə gün olmur ki, şikayətlər, müraciətlər daxil olmasın.
Həm sosial şəbəkələrdə, eləcə də nüfuzlu media orqanlarında Lerikdə baş verən neqativ hallarla bağlı kifayət qədər faktlar işıqlandırılır. Buna baxmayaraq, adıçəkilən şəxslərin vəzifəsi də, özləri də problemlərin həllinə deyil, əksinə alovlanmasına şərait yaradır.

"Demokratik.Az" bildirir ki, əslən Lerik rayonundan olan Mais Hüseyn özünün facebook səhifəsində bu dəfə belə yazıb:

“Haqqı demək nə gözəl işimiş, iki kəlmə yarı yarımçıq kəlmələrimlə Lerikimi talayan İqbal Məmmədov haqqında yazmışam, mənə dövlət işçilərindən daha zəng eləməyən qalmayıb.

Əziz dostlar, qardaşlar, müəllimlər, bələdiyə işçiləri, qohumlar, bu gün İqbal Məmmədov kimi 85 min Leriklinin haqqını yeyən insanın yanında yer alanların Kərbəla hadisəsində qənimətlərə və vəzifələrinə görə İmamın başını kəsməyə tələsənlərdən heç bir fərqi yoxdur…

Əlbəttə bu, təzyiqlərə əhmiyyət verməyən əziz insanlara aid deyil…”


Paylaş:


Müəllif : Tarix:
2-09-2020, 12:13
Sikayət   


loading...
Загрузка...