Lerikdı büdcə pulları belə xırıd edilir... - FAKT
Lerik Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə 535 min 600.06 manat dəyərində müqavilə imzalayıb. ANAXEBER.info-nun məlumatına görə, müqaviləyə əsasən şirkət Lerik rayonunun Boykəndil kəndində 180 şagird üçün nəzərdə tutulan orta məkətb tikməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, yarım milyonluq tenderi udan şirkətin nizamnamə kapitalı 1 manat 60 qəpikdir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşən “Elnur-2” şirkətinin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Zaur Abıyev təkcə “Elnur-2” şirkətinin deyil, həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı isə 50 manatdır. Zaur Abıyevin qanuni təmsilçisi olduğu bu şirkətlər iri məbləğli dövlət satınalmalarının qalibi olub. Maraqlıdır ki, onun şirkətləri daha çox cənub regionundakı rayonların yerli icra hakimiyyətlərinin elan etdiyi tenderləri udur. Məsələn, bu ilin iyununda Astara Rayon İcra Hakimiyyəti “Birlik 3A” MMC ilə maliyyə dəyəri 542 min 615.01 manat olan müqavilə imzalayıb. Dövlət satınamalrında Niyaz Abıyevin şirkətlərinə yaşıl işıq yandırılması təsadüfi deyil. Onun atası Niyaz Abıyev 2009-2014-cü illərdə Gəyəçöl kənd bələdiyyəsinin sədri olub. Qardaşı Xudayar Rəhimov isə Masallıda “tender kralı” kimi tanınır. O, “Elnur-2” şirkətinin sahibidir. Xudyar Rəhimov bu şirkətin rəhbəri kimi Koronovirusla Mübarizə Fonduna 10 000 AZN köçürüb. “Elnur-2” şirkəti Masallının dövlət qurumlarının keçirdiyi tenderlərin daimi qalibidir. Hər halda mediada gedən xəbərlər bu qənaəti yaradır. Xudayar Rəhimov Masallının keçmiş icra başçıları Qəzənfər Ağayev və Rafil Hüseynovun dövründə özünü rayonun səlahiyyətli şəxslərindən biri kimi aparıb. Mediada gedən təkzib olunmamış materiallara əsasən Xudayar Rəhimovun hətta yerli idarəetməyə də təsir imkanları olub. Yeri gəlmişkən, Qəzənfər Ağayev hazırda Astara Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır. Xudayar Rəhimovla qardaşı oğlu Niyaz Abıyevin adı “MTN işi”ndə də keçir. Əmi və qardaşoğlu bu işdə zərərçəkən qismində tanınıblar. Xudayar Rəhimov məhkəmə istintaqı zamanı bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaqa ifadəsindən fərqli olaraq heç kimə pul vermədiyini, dindirmə zamanı on beş dəqiqə ərzində verilən suallara cavab verdiyini, ifadəni oxumadan imzaladığını deyib. Zaur Abıyev isə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da MTN əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt yanında digər zərərçəkmiş Elton Cəfərli də olub. Onlar “Texnikabank”ın “Proqress” filialından 620 min manat götürüb çıxarkən pul torbası ilə birlikdə MTN-ə aparılıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxılıblar. Zaur Abıyev sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub. Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib. “Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb. Bu işdə təqsirləndirilən şəxslər isə MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2020, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2020, 12:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39