Şəki İcra Hakimiyyətində qanunsuzluq – Abadlıq üçün 30 yaşlı bələdiyyə üzvünə 566 min manat veriləcək
Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Abadlıq Təmir Təmizlik” MMC olub.Şəki şəhər İcra Hakimiyyəti “Abadlıq Təmir Təmizlik” MMC-yə 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işləri üçün 566 min 582 manat 71 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Abadlıq Təmir Təmizlik” MMC 05.02.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfəndizadə Hafiz Amil oğludur.
Onu da bildirək ki, 1990-cı ildə anadan olan Əfəndizadə Hafiz Şəki bələdiyyəsinin üzvüdür. “Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib.
Qeyd edək ki, “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cu maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2020, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-09-2020, 14:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video