Sahibkar pul qazanır, biz toz uduruq... - NARAZILIQ...
Azərbaycanda daş karxanalarından şikayətlər artır. Sputnik Azərbaycan-ın məlumatına görə, yaşayış məntəqələrinə yaxın yerləşən daş karxanaları ətraf mühit, eləcə də yaxınlıqda yaşayan insanların həyatı üçün əsl təhlükə mənbəyinə çevrilib. Nərgiz Qafarova adlı sakin bildirir ki, Nardaran daş karxanası işə başlayandan dayandırılanadək toz əlindən göz-gözü görmür. Sakin hər gün bu karxananın tozunu udduqlarını söyləyir. N.Qafarova deyir ki, karxananın tozu və səsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, dövlət qurumları tozun və səsin norma həddində olduğuna dair rəy verir:
“Tozun hansı norma həddində olmasını görmək üçün bizim evlərimizin həyətinə, ağacların üzərinə çökən tozu görmək kifayətdir. Çox təəssüf ki, biz şikayət etsək də, karxananın fəaliyyətinə qadağa qoyulmur. Sahibkar pul qazanır, biz toz uduruq”.
Daş karxanalarına yaxın yaşayan sakinlərin sözlərinə görə, karxanalar vaxt rejiminə də əməl etmir. Onlar axşam saatlarında da işləyir ki, bu da insanların istirahətinə ciddi mane olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, Nardaran karxanası qanuni fəaliyyət göstərir. Onun sözlərinə görə, karxanaların ətraf mühitə mənfi təsiri var və buna görə onlara fərdi qaydada illik ödəmələr müəyyən edilir. Lakin onların fəaliyyətinin dayandırılması tikinti bazarında qiymətlərin dəfələrlə artmasına və ölkəmizin qarşıya qoyduğu inkişaf planlarının pozulmasına səbəb ola bilər.
Qeyd edək ki, yaşayış massivlərinə yaxın yerləşən karxanalar çoxdur. Həmin qəsəbələrdə yaşayanlar karxanaların tozundan, səsindən rahat həyat yaşaya bilmədiklərindən şikayətlənirlər.
Ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karxanaların fəaliyyətinə ciddi nəzarət edilmir. Onun sözlərinə görə, daş karxanaları ilə bağlı əhalinin şikayətlərində haqq var: “Çox təəssüf ki, daş karxanaları sahiblərini ətraf mühit, yaxınlıqda yaşayan insanlar düşündürmür. Əslində daş karxanaları nəhəng tozsoran nasos qoymalıdırlar. Bu nasoslar ətrafa tozun yayılmasının qarşısını alır. Amma həmin nasosların qiyməti çox bahadır. Hətta daş karxanası açmaq üçün qeyri-leqal ödənilən puldan iki dəfə çox. Ona görə də karxanalar bu nasosu alıb qoymurlar. Nəticədə ətraf toz-dumana çevrilir”.
T.Zeynalovun sözlərinə görə, karxanalar müasir və yeni avadanlıqlardan istifadə etmədiklərindən səs də ətrafa yayılır. Bu isə insanların rahatlığını pozur.
Qeyd edək ki, məsələyə aydınlıq gətirən nazirlik səlahiyyətlisi karxanaların ətrafında məskunlaşmanın əksər hallarda sonradan baş verdiyini söyləyib.
Bununla belə, karxanalara yaxın yaşayış varsa, ekspertlər orada yaşayan insanların sağlamlığına təhlükə olduğunu söyləyirlər.
Məşhur ftiziatr Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daş karxanalarının tozu sağlam insanların da həyatı üçün təhlükədir: “İnsan ciyərlərinin toz udma ilə bağlı norması var. Bu norma artarsa, ağciyərdə müəyyən dəyişikliklər baş verər. Digər xəstəliklər baş qaldırmağa başlayar. Daş karxanalarında toz ilk növbədə orada çalışan insanların həyatı üçün təhlükəlidir. Hər gün o qədər toz udmaq olmaz. Əgər tozun qarşısı alınmırsa, insanlar oradan uzaqlaşdırılmalıdırlar. Əks halda, mütləq bir müddətdən sonra səhhətlərində problemlər yarana bilər".
Qeyd edək ki, son illər ölkəmizdə daş karxanalarının sayı azalıb. Üç il əvvəl Azərbaycanda 800-dən artıq daş, çınqıl və qum karxanası fəaliyyət göstərirdisə, hazırda onların sayı 300-ə düşüb. Ümumilikdə fəaliyyəti dayandırılan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Bunun 15 milyon 600 min manatı Ətraf Mühitin Mühafizəsi Fonduna artıq ödənilib, ödənilməyən hissəsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib, hətta bir hissəsi barədə qərar çıxarılıb və məcburi qaydada ödənilməsi həyata keçiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-09-2020, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-09-2020, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33