Orta məktəb müəllimi oğurlandı - Beyləqanda şok olay
Azərbaycanda adam oğurluğunda təqsirli bilinən 1991-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ruslan Məcidzadə və 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Vasif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ruslan Məcidzadə və Vasif Hüseynov cinayət işi ayrı icraatda araşdırılan şəxslərlə 21 fevral 2017-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kənd sakini Əsmər Abbasovanın oğurlanması ilə bağlı razılığa gəliblər. Onlar bununla Ağdam rayon Prokurorluğunda ibtidai istintaqı aparılan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə nail olmaq istəyiblər.
Müəyyən pul mükafatı müqabilində Əsmər Abbasovanı təkrar oğurlayaraq Eldəniz Mehdiyevlə bir müddət gizli ər-arvad münasibətlərində yaşatmaq, təqsirləndirlən şəxslər barəsində şikayət və tələbinin olmadığını təsdiqləyən ərizə almaq, ərizəni hüquq-mühafizə orqanlarına göndərməsini təmin etmək barədə sövdələşiblər.
Ruslan Məcidzadə və Vasif Hüseynov mütəşəkkil dəstənin digər üzvlərinin sifarişi ilə 29 may 2017-ci il tarixdə “Mercedes-Benz” markalı avtomobillə Lənkəran şəhərindən Beyləqan rayonuna gəliblər.
Əsmər Abbasovanın yaşadığı Beyləqan rayonunun Eyvazalılar kəndinin girəcəyinə yaxınlaşıblar. Orada Əsmərin evdən çıxıb məktəbə getməsini gözləyiblər.
Əsmər Abbasova evdən çıxıb, piyada məktəbə doğru getdikdə dəstə üzvləri onun arxasınca hərəkət ediblər, zorla onu avtomobilə mindiriblər.
Adam oğruları müəlliməni Ağcabədi rayonuna gətiriblər.
Əsmər Abbasovanı həmin yerdə gözləyən Elxan Abzarovun idarə etdiyi “KİA RİO” markalı avtomobilə mindiriblər, Vasif Hüseynovun qohumuna məxsus, həmin vaxt heç kimin yaşamadığı Yevlax şəhərindəki evə aparıblar.
Əsmər Abbasovanı Eldəniz Mehdiyevə təhvil verib, bunun müqabilində qrupun digər üzvündən hər birinə 795 manat alıblar.
İstintaq orqanı tərəfindən Ruslan Məcidzadə və Vasif Hüseynovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmənin hökmü ilə Ruslan Məcidzadə və Vasif Hüseynovun hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.
Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Apelyasiya şikayətləri təmin olunub.
Ruslan Məcidzadənin cəzası 10 aya, Vasif Hüseynovun cəzası isə 4 aya qədər endirilib.
Qeyd edək ki, mütəşəkkil dəstənin digər üzvlərinin barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb.(teleqraf.com)
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2019, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2019, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36