ƏLİ HƏSƏNOVUN MÜALİCƏ ALMASI XƏBƏRİ YALAN ÇIXDI - “Klivlendə getmək üçün bəlli zamanı gözləyirəm” (Yeniləndi)
Prezidentin keçmiş köməkçisi Əli Həsənov əslində Türkiyədə müalicə almadığı, ailə üzvləri ilə birgə villasında dincəldiyi barədə yerli mətbuatda dərc olunan xəbərlərə münasibət bildirib.
"Mənimlə bağlı demək olar ki, hər gün nəsə uydurub şəklimi də əlavə etməklə yayırlar və insanları çaşdırmağa çalışırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar? Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir!", - deyə o "Facebook"-dakı hesabında yerləşdirdiyi açıqlamasında bildirib.
Keçmiş köməkçi müayinə sənədlərinin bəzilərini səhifəsində paylaşaraq daha sonra yazıb: "2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm. Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm..."
Əli Həsənov sonda 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasında keçdiyi müayinələrin və müalicənin bəzi detallarını təqdim edb.
***
Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub.
Demokrat.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir.
Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.
Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur "Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb. Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb.
"Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2020, 14:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-09-2020, 14:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11