"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
"Cənab Prezident, bu gün məhz Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün azad söz, azad mətbuat, fikir sərbəstliyi kimi demokratiya atributları ölkəmizdə tam təşəkkül tapıb". Bu sözlər DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoyun Prezident İlham Əliyevə müraciətindəndir.
Daha sonra müraciətdə deyilir: "Amma görünür, bu hal kimlərəsə sərf etmir və məqsədli şəkildə ölkədə demokratiyanı təhdid etməyə çalışanlar var.
Cənab Prezident, onlardan biri keçmiş PA rəhbəri Ramiz Mehdiyevin "qara kassası" kimi tanınan (bu barədə mətbuatda iddia edilib) və hələ də gömrükdə kifayət qədər ciddi imtiyazları olan "Çin Karqo"nun sahibi, "Karqo Şamil" kimi tanınan Şamil Heydərovdur. Barəmizdə Səbail məhkəməsinə absurd iddia ilə müraciət edib, bizi astronomik məbləğdə cərimələtmək istəyir. Düşünür ki, bizim də Ramiz Mehdiyev kimi 100 minlərimiz var. Problem ondadır ki, bu absurd iddianı Səbail məhkəməsi icraata qəbul edib.
Cənab Prezident. Biz azad media təmsilçilərinin yeganə sığınacağı Sizin ədalətinizdir. Bizim üçün Avropa Məhkəməsi kimi dövlətimizlə üz-üzə gəlinəsi şübhəli ünvanlar mövcud deyil. Ədaləti Sizdən gözləyirik və inanırıq ki, bu absurd məhkəmə baxışının ləğvinə müdaxilənizlə köməklik göstərəcəksiniz".
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti