Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti - Foto

Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər bir müddət öncə istirahət etdiyi bildirilirdi.
Yayılan məlumatlara görə, sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı rayonunun Gürsu məhəlləsində yerləşir.
Yenisabah.az bildirir ki, Axar.az-ın məlumatına görə, adıçəkilən ərazidə ən ucuz villaların qiyməti 3 150 000 Türkiyə lirəsindən, yəni təxminən 787 500 manatdan başlayır.
Həmin ərazidəki “ultra lüks” kateqoriyalı ən bahalı VİP villaların minimum qiyməti isə 27 milyon türk lirəsidir. Bu da Azərbaycan manatı ilə 6 milyon 750 min manat deməkdir.
Gürsuda min kvadrat metrdən çox ərazisi olan və iki ailənin rahat istirahət edəcəyi dördmərtəbəli lüks villaların qiyməti 31-35 milyon türk lirəsi (8-9 milyon manat) arasında dəyişir.
Prezidentin keçmiş köməkçisinin qudası Səttar Möhbalıyevlə birgə eyni villada ailəvi istirahət etdiyini nəzərə alsaq, çox güman ki, Əli Həsənov Antalyada məhz 30-35 milyonluq “ultra lüks” villada dincəlir.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2020, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-09-2020, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video