Məktəb direktorundan Təhsil Nazirliyinin əməkdaşlarına İTTİHAM: - “Alıcı quş kimi məktəbə şığıdılar…”
Azərbaycanda məktəb direktoru Təhsil Nazirliyi tərəfindən əsassız olaraq işdən kənarlaşdığını iddia edib.
Cebhe.info xəbər verir ki, bu iddia ilə Lənkəran rayonu M.M. Əbilov adına Şağlaküçə kənd orta məktəbin direktoru Məmməd Səfərov çıxış edib.
Direktorun sözlərinə görə o, əvvəlcə məktəbdə monitorinq keçirən Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri Aydın Rəhimovun, daha sonra isə Lənkəran rayon Təhsil İdarəsininn rəhbəri Ülviyyə Əliyevanın əsassız iddialarına məruz qalıb. Haqsızlığa uğradığını iddia edən director bildirib ki, hər iki qurumun təkidi və tələbi ilə işdən çıxarılıb.
2017-ci ildə Təhsil Nazirliyinin keçirdiyi müsabiqə və müsahibələrdən uğurla keçərək Lənkəran rayonunun M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunduğunu vurğulayan Məmməd Səfərov keçən 3 il ərzində bir dəfə də olsun inzibati qaydada cəzalanmadığını deyib. Hətta infrastrukturu olduqca zəif olan təhsil müəsisəsində məktəb kollektivi ilə köklü uğurlara nail olunduqlarını dilə gətirib:
“Uzun müddətdir ki, içimdə saxladığım bu haqsızlığı daha ram edə bilmirəm. 3 illik fəaliyyətim və müsbət nəticələr göz önündədir. Uzun müddət ali məktəblərə yalnız bir və iki nəfər qəbul olunurdusa, bu il məktəbimizin 7 şagirdi ali məktəblərə qəbul olunub. 2020-ci ilin 19 fevral tarixində Təhsil Nazirliyinin daxili nəzarət şöbəsindən Aydın Rəhimovun rəhbərliyi ilə məktəbimizə iki nəfərdən ibarət monitorinq aparmaqdan ötrü yolayıcı gəldi. Onlar ezamiyyə vərəqlərini təqdim etmədən, şikayətçi olmadan, monitorinqin məqsədləri barədə məktəbin pedaqoyi heyətinə məlumat vermədən alıcı quş kimi məktəbə şığıdılar.
İlk iddiaları məktəbdə üç müəllimin Rusiya Federasiyasında yaşadığı, lakin onların adına pul yazıldığı oldu. Bu iddiada olan Aydın Rəhimov məktəbin bütün 3 illik əmək haqqı cədvəllərini yoxladıqdan sonra iddiasının əsassız olduğunu görüb digər iddiasını ortaya qoydu. O, məktəbin ingilis dili müəllimlərindən birinə Rusiya Federasiyasında yaşadığına baxmayaraq əməkhaqqı yazıldığını israrla qeyd etdi. Lakin araşdırdıqda bunun da əsassız olduğunu gördü. Məktəbədə heç bir qanun pozuntusunu aşkar edə bilmədiyində isə məktəbin texniki işçilərinin fəaliyyətini yoxlamağa başladı. Bir xadiməyə (adını qadın olduğuna görə yazmıram) "Sənin geyimindən görünür ki, sən xadimə deyilsən",-dedi.
Xadimə ona "Mənim geyimimin ən bahalısı ayaqqabılarımdır ki, onların qiyməti də 17 (on yeddi) manatdır",- dedi. Aydın Rəhimov özündən çıxdı və xadiməni təhqir etdərək ona "Sən burada işləmirsən, səni buradan qovaram",- dedi. Xadimənin psixoloji durumu ağırlaşdı, ağlamağa başladı. Başqa iki nəfər müddətli müqavilə ilə işləyən texniki işçini (məktəbin peçyandıranlarını) bu minvalla təhqir edən Aydın Rəhimov onları da işdən qovmaqla hədələyib otaqdan qovdu.
Özünü məktəbdə ağa kimi aparan Aydın Rəhimov bir gün ərzində məktəbdə apardığı yoxlama əsasında hər üç nəfər texniki işçiyə buraxılmış maaşın cərimə olaraq geri qaytarılması barədə qərar qəbul etdi. Bunu görən texniki işçilər işlərini itirmək qorxusu qarşısında aldıqları əmək haqlarını onsuz da məhdud olan şəxsi vəsaitləri hesabına qaytarmaq qərarına gəldilər. Mən onlara "Bunu etməyin",-dedim.
Onlar pulu ödəmədiyim təqdirdə işdən çıxarılacaqlarını bildirib israrla pulu qaytarmaq istədiklərini bildirdilər və sonradan bunu mənim köməkliyimlə Beynəlxalq Bankın Lənkəran filalı vasitəsilə həyata keçirdilər. Bu hadisə 2020-ci ilin 19 fevral tarixində baş verib”.
Direktor iddia edib ki, bu hadisədən 7 ay sonra Lənkəran Şəhər Təhsil İdarəsinin rəhbəri onu öz arzusu ilə işdən çıxarılmasını tələb edib:
“Lənkəran rayon Təhsil İdarəsinin rəhbərliyi 3 nəfər texniki işçiyə ödənilmiş əmək haqqını güya mənimsədiyimə görə işdən öz arzumla çixarılmağım üçün ərizə verməyimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarılmamağım üçün israrla, qorxu və təhdid altında tələb etdi. İşdən çıxacağım təqdirdə 6 saat dərslə müəllim işləməyimə köməklik göstərəcəklərini söylədilər. Mən razılaşdım və ərizəi verdim.
Nədənsə bununla razılaşmayan Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva məktəb həmkarlar təşkilatına müraciət etdi. Məktəb həmkarlar təşkilatı bir daha məktəbdə bu hadisəni araşdırıb Ülviyyə xanıma araşdırma protokolunu, işçilərin izahatını və məktəb həmkarlar təşkilatının qərarını göndərdi. Mənim əmək müqaviləmə xitam verilməsini əsassız hesab etdi. Bununla nə Ülviyyə Əliyeva, nə Lənkəran Təhsil işçiləri, nə də həmkarlar təşkilatının sədri Qürbətəli Zeynalov razılaşdılar.
Qürbətəli Zeynalov başa düşmür ki, həmkarlar təşkilatı öz üzvlərinin hüquqlarını qorumalıdır. O, işlədiyi bütün müddət ərzində bir nəfər barəsində belə həmkar olaraq müsbət qərar etməyib. Yalnız ona verilən tapşırıqların icrası ilə məşğul olaraq "Bu qərarı verməsəm məni işdən çıxararlar" ifadəsini təkrar-təkrar söyləyir. Məktəblər üçün ayrılan yardım və tədbirlər üçün ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. İşlədiyim üç il ərzində məktəbə vəsaiti onunla bölüşmədiyimə görə iki dəfə yardım verdikdən sonra buna son qoydu. Həmkarların pulunu ardıcıl olaraq mənimsəyənin biri indi mənim barəmdə rəy verməklə karyerama son qoymaq istəyir.
Çox həyəcanlıyam. Amma inana bilmirəm ki, bu ədalətsizlik ayaq tutub yeriyə... Lənkəran rayonunun Şağlakücə kəndinin sakinləridən soruşun. Bu üç il ərzində mən necə işləmişəm?”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2020, 11:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-09-2020, 11:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11