“Mədəniyyət nazirinin ölkə mədəniyyətindən xəbəri yoxdur” – Elçin Əlibəyli
“Mədəniyyət, o cümlədən televiziya, radio ölkənin əsas təbliğat tribunasıdır. Yəni vətəndaşlarda mədəniyyət immuniteti yaradan, həmçinin vətənpərvərlik hisslərini aşılayan ən böyük tribunadır. Bu gün o tribuna internet platformasına keçib”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında teleaparıcı Elçin Əlibəyli deyib. Sosial şəbəkə vasitəsi ilə ölkə prezidentinə etdiyi müraciətdən danışan aparıcı narazı olduğu məqamları dilə gətirib. Onun sözlərinə görə, qonşu ölkələrin bütün telekanalları artıq internet üzərindən işləyirlər:
“Amma bizim yerli telekanalların saytları hələ normal vəziyyətdə deyil. Yəni yeni texnologiyaları belə onlar öz sahələrinə tətbiq edirlər. Çox vacib məsələdir ki, televiziyalarımız, mədəniyyətimiz məhz yeni zamanla ayaqlaşsın və o təbliğatı aparsın ki, mədəniyyət immuniteti yaransın. Mədəniyyət immuniteti xarici, kənar qüvvələrin təsirindən xalqı qorumaqdır. Buna televiziyaşünaslıqda “Bekçika sindromu” deyirlər. Bu nə deməkdir? Belçika dövləti yarı fransızlardan, yarı almanlardan ibarətdir. Fransızlar Fransa telekanallarına , almanlar isə öz telekanallarına baxırdılar. Faktiki olaraq Belçika dövləti vahid dövlət kimi parçalanmaq qarşısında idi. Ona görə, Belçika bununla bağlı çox ciddi tədbirlər gördü. Özəl və ictima telekanallarla bağlı xüsusi konsepsiya hazırladılar ki, onlar güclənsin, vahid Belçika təbliğatı, idealogiyası ortadan çıxmasın.
Bu gün Azərbaycanda da çox ciddi təhlükə var. Biz Türkiyə, Rusiya telekanallarını izləyirik. Kabel TV vasitəsilə onların reklamına baxırıq. Xarici şirkətlər, xüsusən də böyük büdcəsi olan transmilli şirkətlər yerli telekanallara pul ayırmırlar. Deyirlər ki, bu reklama onsuz da Türkiyə kanalından baxırlar”.
E.Əlibəyli bildirib ki, telekanallar çox cüzi məbləğlərin qarşısında qalıblar: “Kanallar çox ucuz şoulara, kim gətirib pul verdisə onun üçün verilişlər hazırlamağa məcburdurlar. Özəl telekanalların rəhbərliyində birbaşa marketinq, menecerliyi bilən adamlar olmalıdır. Amma bu gün heç bir kanalda baş prodüser, layihələr düşünən, təklif edən insanlar işləmirlər. Nəticə etibarilə televiziyalarda yeni layihələr yoxdur. Beləliklə, bir-birini təkrarlayan, nimdaş, uğursuz layihələr efirə çıxır. Telekanalların bütün prodakşn və aparıcılardan istədikləri yalnız bir şeydir. Reytinq…
Bu rəqəm asılılığının da qarşısını almaq üçün konkret təkliflər, yollar var. Bunları başqa ölkələrdə tətbiq ediblər. Bütün bunlar çox ciddi məsələlərdir. Hesab edirəm ki, milli təhlükəsizlik səviyyəsində olan problemlərdir. Bu məsələyə ancaq ölkə başçısı qarışmalıdır ki, öz həllini tapsın. Kifayət qədər milli təhlükəsizliyə bərabər olan məsələlərdir”.
Teleaparıcı prezidentin mədəniyyət nümayəndələri ilə görüşündən də söz açıb: “Son görüşdə də məlum oldu ki, Mədəniyyət Nazirliyinin ölkənin mədəniyyətindən xəbəri yoxdur. Orada Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından demək olar ki, heç kim iştirak etmirdi. Orada yalnız Azərpaşa Nemət və Hacı İsmayılov iştirak edirdi. Axı Akademik Teatr təkcə onlardan ibarət deyil. Teatrda kifayət qədər böyük aktyorlar var.
Eyni zamanda cənab prezidentin Rasim Balayevə özünün zəng etməsi bir daha təsdiq etdi ki, qurumlarda – istər Mədəniyyət Nazirliyində, istərsə də Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsində çox ciddi boşluqlar var. Əminəm ki, prezidentin iradəsi ilə bu məsələlər aradan qalxacaq. Çünki prezident görüşdə səslənən bütün təkliflərə dərhal reaksiya verdi. Ardınca neçə sərəncamlar imzalandı. Çox işlər görüldü və görülməyə davam edəcək”.
E.Əlibəyli vurğulayıb ki televiziyalar hesabat verməlidir: “Bu gün televiziyalara pul vermək yox, daha başqa məsələlərdə yardım etmək lazımdır. Pul dilənmək üçün bu görüşü istəmirəm. Bu görüşdə konkret, planlı şəkildə yol qurulmalıdır ki, özəl telekanallar vahid yola gəlsinlər. O cümlədən, dövlət və İctimai TV də parlamentdə hesabat verməlidirlər. Biri ildə 56 milyon, digəri isə 20 milyona yaxın dövlət büdcəsindən pul alırlar. Bunlar il ərzində hansı böyük layihələr həyata keçiriblər? Mədəniyyətin, təhsilin, elmin inkişafı, sosial problemlərin qabardılması, vətəndaşın yanında olması üçün nə ediblər? Hesabat vermədən gedirlər. Dövlət televiziyasında rəhbərlik dəyişdi. Əminəm ki, bu rəhbərlik daha uğurlu işləyəcək. Amma bu hesabatlar parlamentdə olmalıdır ki, daha açıq və şəffaf olsun. Çünki 56 milyon Azərbaycan büdcəsi üçün çox böyük puldur. Televiziya üçün də kifayət qədər böyük puldur. Bu pulla hər şey qurmaq olar. Təəssüf ki, biz reallıqda eyni verilişlərin təkrarlarının, səriştəsiz adamların hazırladığı qəlib, 60-cı illərin verilişlərinin şahidi oluruq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2019, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2019, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24