AMEA-da “moyka” və yağdəyişmə biznesi — Milyonlarla manat elmə yox, profilaktoriya biznesinə yatırılır
İki gün əvvəl Prezidentin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-təsərrüfat və Təmir-tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərilə tanış olarkən AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov maraqlı məlumatla çıxış edib.
E.Məmmədovun dediyinə görə, akademiyanın Nəqliyyat-təsərrüfat şöbəsinin ərazisinin ekspertizası aparılıb, eskiz layihəsi hazırlanıb və müvafiq dövlət qurumlarının icazəsindən sonra təmir-bərpa və yenidənqurma işləri aparılıb. İdarə rəisi şöbədə müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu deyib.
E.Məmmədovun verdiyi məlumatdan aydın olub ki, hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsi var. Onlardan 122-sindən xidməti, 43-dən isə texniki sahələrdə istifadə edilir. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu deyib. Həmçinin qeyd edib ki, bu gün akademiyaya məxsus avtomobillərin park edilməsi işindəki pərakəndəlik aradan qaldırılıb və yenidənqurma işlərindən sonra bütün nəqliyyat vasitələri vahid mərkəzdən idarə olunur.
Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. Həmin ərazinin də uzun müddət baxımsız vəziyyətdə qaldığını fotofaktlarla diqqətə çatdıran E.Məmmədov drenaj, kanalizasiya sisteminin yenidən qurulduğunu, anbarların inşa edildiyini, şöbənin ərazisinin akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcəyini söyləyib.
Maraqlıdır ki, Prezidentin köməkçisindən sonra AMEA Prezidenti Ramiz Mehdiyev Rəyasət Heyəti üzvləri ilə birlikdə də eyni şöbələrdəki işlərlə tanış olub. AMEA saytında verilən məlumatda şöbələrdə görülən işlərlə bağlı R.Mehdiyevə də E.Məmmədovun məlumat verdiyi qeyd edilir.
AMEA Azərbaycanda elm sahəsinə ayrılan vəsaitlərin ən böyük istifadəçisidir. 2018-ci ildə dövlət büdcəsindən elm sahəsinə ayrılan 128 milyon 120 min 367 manatın 81 milyon 444 min 406 manatı Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılmasına ayrılıb. 2019-cu ildə elmə ayrılan 136 milyon 290 min 498 manatın 89 milyon 496 min 822 manatı AMEA-ya verilib. Bu ilin ilkin büdcəsində elmə yönəldilməsi nəzərdə tutulan 187 milyon 317 min 72 manatın 119 milyon 29 min 430 manatını R.Mehdiyevin rəhbərlik etdiyi qurum xərcləməli idi.
Lakin koronavirus pandemiyası ilə bağlı dövlət büdcəsinə edilən dəyişikliklər AMEA-ya ayrılan vəsaitlərdən də yan keçməyib. Maliyyə Nazirliyinin təklifi ilə qurumun bir sıra xərc maddələrində ixtisarlar aparılıb. Ümumilikdə, AMEA bu il ilkin proqnozdakından 3 milyon 310 min 190 manat az xərcləməli olacaq.
İyunun 10-da AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən R.Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun müəyyənləşdirildiyini, “Akademiyanın kadr təminatı, maliyyələşdirilməsi, innovasiya siyasəti sahəsində müşahidə olunan bir sıra neqativ halların aradan qaldırıldığını” deyib.
Lakin maraqlıdır ki, ümumi yığıncaqda AMEA-nın maliyyə fəaliyyətinə dair heç bir məlumat dinlənilməyib. Ümumiyyətlə, büdcədən ayrılan vəsaitlərin kifayət qədər böyük alıcısı olan Akademiya maliyyə fəaliyyətinin qapalılığına görə Azərbaycanda yəqin ki, ilk yeri tuta bilər. Qurumun saytında, mövcud resurslarda bir cümlə belə maliyyə fəaliyyəti barədə məlumata rast gəlmək mümkün deyil.
Hətta Prezidentin köməkçisinə, daha sonra R.Mehdiyevin özünə verilən məlumatlarda belə təmir tikinti və nəqliyyat şöbələrində aparılan böyük yenidənqurma işlərinə nə qədər vəsait xərcləndiyi açıqlanmayıb. Halbuki yuxarıdakı məlumatlardan da görünür ki, AMEA büdcədən birbaşa 10 milyonlarla manat alır. Eyni zamanda Akademiyanın bu və digər strukturlarına dövlət büdcəsinin digər xərc maddələri üzrə də irihəcmli vəsaitlər ayrılır.
Qeyd edək ki, son vaxtlar AMEA-nın balansında olan torpaq sahələrindən başqa məqsədlərlə istifadə olunmasına dair bir sıra məlumatlar yayılmaqdadır. R.Mehdiyevin sərəncamı ilə qurumda İnventarlaşdırma Komissiyası yaradılıb. Komissiyanın ilk iclası iyulda baş tutub. Komissiya akademiyanın elmi müəssisə və təşkilatlarının balansında olan torpaq sahələri, çoxillik əkmələr və digər kənd təsərrüfatı təyinatlı materiallar barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə onların siyahıya alınmasını həyata keçirmək məqsədilə yaradılıb. Böyük ehtimalla, AMEA-ya məxsus torpaqlarla bağlı yayılan məlumatların bir qismi bu komissiyanın fəaliyyətə başlaması ilə əlaqədardır. Belə ki, ilk iclasda AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini Ələddin Eyvazov bildirib ki, elmi-tədqiqat bazaları və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində problemlər var. AMEA saytında verilən məlumatda Ə.Eyvazovun “müvafiq qurumların bir çoxunun əsasnaməsinin mövcud olmadığına, torpaq istifadəsi zamanı institutların mandatlarına və elmi fəaliyyət istiqamətlərinə riayət edilmədiyinə diqqət çəkdiyi” qeyd olunub. Məlumatdan aydın olur ki, hələlik inventarlaşma Bakı ətrafındakı sahələrdə aparılıb, bu işin regionlarda da davam etdiriləcəyi nəzərdə tutulur.
AMEA-nın hər birində onlarla əməkdaşın çalışdığı 6 bölməsi var. Bunlar Fizika-riyaziyyat və texnika elmləri, Kimya elmləri, Yer elmləri, Biologiya və tibb elmləri, Humanitar elmlər və İctimai elmlər bölmələridir. Bölmələrin tərkibində isə ümumi sayı 39 olan institut və muzeylər var.
Bundan əlavə, qurumun Naxçıvan və Gəncə regional bölmələri, Şəki, Lənkəran və Qubada regional elmi mərkəzləri fəaliyyət göstərir.
AMEA-nın strukturuna həmçinin AMEA Yüksək Texnologiyalar Parkı, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” nəşriyyatı, "Aşqar" Elmi İstehsalat Birliyi, “Nafta” Elmi İstehsalat Birliyi, Təbiət Tarixi Muzeyi, Sərbəst Elektron Resurslar Mərkəzi, AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası(2018-ci ildə yaradılıb, sədri R.Mehdiyevdir), YAP AMEA ərazi təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası, Qadınlar şurası, Birləşmiş Veteranlar Şurası, Azad Həmkarlar İttifaqı da daxildir.
Ötən ilin oktyabrında quruma rəhbərliyə başlayan R.Mehdiyevin təşəbbüsü ilə AMEA-da birinci vitse-prezidentlik institutu yaradılıb. Onun iki birinci vitse-prezidenti, onların hər birinin 1 nəfər köməkçisi, 2 nəfərdən ibarət xidməti fəaliyyət göstərir. Bundan əlavə, R.Mehdiyevin 5 vitse-prezidenti, onların köməkçiləri, 3 vitse-prezidentin xidməti, həmçinin akademik-katib, onun köməkçisi, xidməti, AMEA müşavirləri(3 nəfər) də var.
AMEA aparatının 3 idarə və 8 şöbəsi fəaliyyətdədir. Bu idarələrdən biri olan İşlər İdarəsinin özü bir neçə idarədən ibarətdir.
Beləliklə, R.Mehtiyev AMEA-da yeni qaydalar, yeni idarəetmə modeli tətbiq etməkdədir. Tətbiq olunan yeniliklərin arasında hələlik şəffaflıq və hesabatlılıq nəzərə çarpmır.
Dünya Sakit
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2020, 20:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-09-2020, 20:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti