reklam
Regionxeberlericom.az » Gündəm » Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA

reklam

Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA


"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə 2020-ci il yanvar ayının 7-dən sonra əvəzlənməsini istəyib.
Faktinfo.az saytına mənbənin verdiyi məlumata görə, ASC sədri yaşlandığını, səhhətində bir sıra problemlərin yaşandığını əsas gətirərək, münasibdirsə, özünün "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovla əvəzlənməsini istəyib. Bir neçə həftəlik gözləmədən sonra, Əhməd Əhmədzadəyə yuxarı dairələrdən bunun mümkünsüz olduğu, vəzifəsini icra etməsi bildirilib.

Bununla da, Rafiq Aslanovun Əhməd Əhmədzadəni əvəzləməsi, Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun isə Rafiq Aslanovun yerinə gətirilməsi mümkünsüz olub.

Qeyd edək ki, bir müddət əvvəl "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası, şirkət və əmlakı barəsində araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yaymışdı.



Paylaş:


Müəllif : Tarix:
19-09-2020, 13:28
Sikayət   


loading...
Загрузка...