Deputat “Kapital Bank”dan şikayət etdi: - “Əziyyət verməkdən həzz alırlar”
“Onlarla müəllim zəng edərək üzləşdikləri problemi haqlı olaraq əsəbi şəkildə söylədilər. Mənim üçün Azərbaycanın ən həyati əhəmiyyət daşıyan peşələrindən birinin təmsilçisi olan Azərbaycan müəlliminin bu cür incidilməsi çox ağır gəldi. Məsələnin mahiyyəti belədir: Müəllimlər üçün verilən maaş kartının müddəti bitib. "Kapital Bank" yeni kartları hazırlayıb və müəllimlərə verilməsi üçün onları müvafiq şöbələrinə dəvət edib. İndi üç gündür, sübh tezdən adamlar növbə tutub, sadəcə, kartlarını almaq istəyirlər, növbə o qədər çoxdur ki, iki-üç gündür ala bilmirlər. Demək ki, "Kapital Bank"da müəllimin kim olduğunu anlamayanlar bu şərəfli peşə sahiblərinə pandemiyanın bu çətin şərtlərində əziyyət verməkdən həzz almaq istəyiblər”.
regionxeberlericom.az-un Pravda.az-a istinadən xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.
F.Mustafa deyib ki, burada iki optimal yol var: “Ya kartların vaxtını uzaldıb, müəllimləri bu qədər əziyyətə salmırdılar, ya da əgər yeni kartlar hazırlanmışdırsa, onların hər bir məktəbdə müəllimlərə çatdırılmasını təmin edirdilər. İlin, günün bu vaxtında vətəndaşı, xüsusilə də müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram və bu özbaşınalığa son qoyulmasını istəyirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2020, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2020, 10:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11