Xanım deputatla bağlı ilginc iddialar... - Qardaşı ayı saxlayırmış...
“Ən yeni deputat” rubrikamızda bu dəfə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova ilə tanış olacaqsınız.
regionxeberlericom.az Reportyor.info-a istinadən xəbər verir ki, hakim partiyadan deputat olan A.Həsənova 2012-2015-ci illərdə Qubanın icra başçısının müavini, 2015-2020-ci illərdə isə Suraxanı icra başçısının müavini vəzifəsində çalışıb.
Afət Həsənova sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır. 2020-i ildə isə onun ulduzu parlamentlə parlayıb və mandat sahibi olub. A.Həsənova ictimaiyyətin bir o qədər də tanımadığı deputatdır. A.Həsənovanın bioqrafiyasında deputatlıq fəaliyyəti ilə bağlı geniş məlumatlara rast gəlinmir.
Əvəzində internet resurslarında ikimərtəbəli obyekt tikdirməsi ilk qarşımıza çıxan xəbər olur. Görünür, həmin tikintiyə başçı müavini vəzifəsində olarkən başlanıb. Hər halda indi bina təhvil verilmiş olar. Lakin onun biznesi haqda əlavə informasiyalar üzə çıxmır.
Həmin obyekt rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanında inşa edilib. Ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin avqustunda icazə verilib. Dövlət məmurunun obyekt tikdirməsi korrupsiya deyilmi?
Xanım deputatın adı mediada bir dəfə isə qardaşına görə hallanıb. Məlum olub ki, qardaşı Abbas Zeynalov Qubanın Mirzəqışlaq kənd ərazisində özünə məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlayırmış.
Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəqələri və meyvə bağları var. Oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq “Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü.
A.Həsənovanın Milli Məclis üzvü kimi aktivliyinə gəlincə, cəmiyyət onun səs-küylü çıxışını, hansısa təkliflər səsləndirməsini, seçicilərin problemlərinə isti münasibətini xatırlamır.
Ümumiyyətlə, ən yeni deputatlar ümidləri doğrultmur. Onlarla bir sırada olan Afət Həsənova da fəal millət vəkillərindən sayılmır. Onun istər ölkənin siyasi-iqtisadi, təhsil, istər Qarabağ problemi ilə bağlı çıxışları demək olar ki, yoxdur, efirlərdə, mətbuatda görünmür. Bəs deputatın işi nədir?
Deputat danışandır, siyasətçidir. Bəlkə Afət xanım da həmkarı Jalə Əhmədova kimi siyasətən uzaq olduğunu düşünür?!
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2020, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2020, 12:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11