Azərbaycanda toyların bərpası dəqiqləşdi — ŞADLIQ SARAYLARINDAN AÇIQLAMA
Toylar oktyabr ayından bərpa edilə bilər.
Son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.
Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Saray rəsmiləri hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.
8 km ərazisində yerləşən şadlıq saraylarından birinin administratorunun sözlərinə görə, icra hakimiyyətindən restoranın ərazisinin neçə kvadrat metr olması, zalların ölçüsü, müştəri tutumları ilə bağlı dəqiqləşmələr aparılır. "İcradan zəng edib açılacağını deyiblər. Lakin hələ dəqiq tarix bəlli deyil. Bütün obyektlərdən say, sahə soruşurlar. İndi ona uyğun tarix və qonaq sayı deyəcəklər. Məsələn, 400 nəfərlik zala nə qədər adam, 200 nəfərlik zalda necə adam olsun. 99 faiz toyların bərpa ediləcəyini gözləyirik".
Həmin ərazidəki başqa bir şadlıq evində isə 1-2 günə şərtlərin açıqlanacağı və əmrin çıxmasını gözlədiklərini deyiblər. "Biz də gözləyirik. Sifarişləri dekabr, noyabr aylarına da qəbul edirik. Sifarişlərimiz çoxdur. Bunların əksəriyyəti toyları təxirə salınanlardır. Gözləyirik ki, əmr verilsin, biz də işimizi bilək".
20 Yanvar ərazisində yerləşən şadlıq evlərindən birinin rəsmisi də qeyd edib ki, bütün ərazilər üzrə həm mərasim zalları, həm şadlıq evləri ilə bağlı siyahı hazırlanır, tutumla bağlı məlumat toplanır. "Sözsüz ki, məhdudiyyətlə olacaq. 300-500 nəfərlik toyların olacağını gözləmirik. Ümumiyyətlə, oktyabr ayında mərasimlərin başlayacağına da inanmırıq".
Paytaxtın daha bir populyar sarayından icra hakimiyyəti tərəfindən hazırlanan siyahının Operativ Qərargaha təqdim edilmək üçün hazırlandığı qeyd edilib. "Mənim özümlə danışıblar. Deyiblər ki, bizdən siyahını Operativ Qərargah götürəcək. Ehtimal ki, toylar Məhərrəmlikdən sonra başlayar. Oktyabrda bizdə ümumilikdə yer yoxdur. Ayın 18-dən axırına kimi doluyuq. Onların arasında təxirə düşənlər də, yeni müştərilər də var".
Bakının şadlıq saraylarının daha çox olduğu istiqaməti - Çobanzadə küçəsindəki obyektlərdə zalların tutumunun yarısı qədər qonaqla toy etməyə icazə veriləcəyini gözləyirlər. "Yəqin ki, 300 nəfərlik zallarda 150-120 nəfərlə toya icazə verərlər".
Şadlıq evləri ilə bağlı qeydiyyat Bakı ilə yanaşı rayonlarda da başlayıb. Şəkidən verilən məlumata görə, qurumdan zalların sahəsi, qonaq tutumu ilə bağlı məlumat toplanılıb. "Soruşduq ki, nə məsələdir. Dedilər, ola bilsin ki, şadlıq evləri açıldı. Bakıdan istəyiblər. Rəsmi məlumat hələ ki yoxdur. Elə etməliyik ki, nə müştəri, nə də biz ziyana düşməyək. Qiymət artımı da gözləniləndir. Amma təki açılsın, bir təhər həll edərik".
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2020, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-09-2020, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32