Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Füzuli rayonunda əkinçiliklə məşğul olan fermerlər yeni probrlemlə üzləşiblər.
FED.az xəbər verir ki, rayonda bir sıra fermerlərə məxsus olan əkin sahələrinin suyu kəsilib. Nəticədə 20-yə yaxın fermerin əkin sahələrinə su verilməsi dayanıb. Ərazidə 30 hektar sahəyə malik olan Sabir Novruzov FED.az-a bildirib ki, tezliklə su verilməsə, onlar əkin məhsullarını itirəcəklər.
FED.az-a müraciət edən fermerlər əkin sahələrinə verilən suyun Füzuli suvarma sistemləri idarəsinin rəisi Əhməd Əsgərovun göstərişiilə kəsildiyini bildiriblər. İdarə rəhbəri bunu «limit» başa çatması ilə əlaqələndirib. Amma fermerlər bildirir ki, suyun kəsilməsi fermerlərə qarşı ayrı-seçkilik və şəxsi qərəzlik səbəbi ilə baş verib.
İş adamlarının tələblərinə və müraciətlərinə baxmayaraq su verməkdən imtina edilib və təqribən iki həftədir ki, əkin sahələri susuz qalıb
«Meliorasiya və su təsərrüfatı» ASC-dən FED.az-a bildirilib ki, suyun kəsilməsi enerji limitinin bitməsi ilə bağlıdır və bu fasilə kanalların bərpası və profilaktika üçün istifadə edilir. ASC-dən şikayətçi fermerlərin su pulu borcu olduğu da bildirilib, amma bu məbləğ açıqlanmayıb. İş adamları isə su pulu borcu olmadıqlarını bildiriblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2020, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2020, 14:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11