Hələ on gün belə davam edəcək, sonra isə... - daha böyük şad xəbərlərə sevinə bilərik
Artıq beş gündür ki, cəbhənin bütün istiqamətlərində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Ayın 27-də, döyüşlərin səhəri günü qələbə xəbərlərinə, yeddi kəndimizin azad olunmasına sevindik. İndi də bu sayaq müjdəli xəbərlərin davamını arzulayırıq, gözləyirik. Hətta qələbə xəbərlərinə təşnə olan insanlarımız ordumuza daim dəstək verirlər. Bu mənada kimi döyüşə qatılmaq üçün Səfərbərlik Xidmətinə yollanır, kimi qan verir, kimi… Bütün bunlar isə ölkəmizdə vətənpərvərlik ruhunun kifayət qədər yüksək olmasından xəbər verir.
Vəziyyəti dəyərləndirən ehtiyatda olan polkovnik Elxan Qaniyevin “Sherg.az”a bunları deyib:
“Ermənilər 1992-ci ildən sonra səngərlərdə möhkəmləndilər. İlk gün-özü də Ağdarədən yox, başqa istiqamətdən əks-hücuma keçdiyimizə görə, ermənilər hazırlıqsız yaxalandılar. Axı biz həmişə Ağdarədən həmlələr edirdik.
Ona görə Füzuli istiqamətində düşmən qüvvəsi az idi. Sonradan isə bütün qüvvələrini səfərbər etdilər. 1000-2000 nəfəri birdən-birə düşmən üzərinə göndərmək, əlbəttə, düzgün olmaz.
Amma ordumuzun taktikasını, seçdiyi strategiyanı çox bəyənirəm. Biz düşmən texnikasını, hərbi bazalarını, həmçinin şəxsi heyətini məhv edərək onları bezdiririk. Ermənilərin tədricən geri çəkildiyi də bunu sübut edir.
Hər gün başlarına güllə yağır. Buna tab gətirmək asan deyil: ya dəli olacaq, ya da qaçacaqlar. Yəni biz düşmənə həm də psixoloji zərbə vururuq. Məncə, hələ on gün belə davam edəcək. Sonra isə daha böyük şad xəbərlərə sevinə bilərik”.
Ehtiyatda olan polkovnik, həmçinin ordumuza tövsiyələrini də verdi: “Açıq ürək əməliyyatı olmuşam. Amma əgər çağırsalar, bu dəqiqə də döyüşə getməyə, təcrübəmi bölüşməyə hazıram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |