Azərbaycan təzminatı necə alacaq? - "Bütövlükdə Ermənistana qarşı qətllə bağlı iddia qaldırmaq olar"
Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər 100 ildən artıqdır ki, davam etdirilir.
Belə ki, sentyabrın 27-dən Ermənistanın törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb. Hazırda cəbhə xətti boyu gərgin döyüşlər davam edir.
Düşmənin silahlı qüvvələri dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər şəxs isə həlak olub. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin 41 mülki obyektə külli miqdarda ziyan vurulub. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Buna görə də işğalçı ölkədən təzminat tələb etmək olarmı? Beynəlxalq konvensiyalar nə deyir?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, qeyd olunan məsələ siyasi olduğu qədər həm də siyasi və hüquqi mübarizədir:
“Baş Prokurorluq mülki şəxslərin öldürülməsi və onların əmlakına zərər dəyməsi ilə bağlı cinayət işi açıb. Güman edirəm ki, istintaq mülki şəxsləri öldürənləri və ya kimin tapşırığı ilə qətllərin baş verməsini müəyyyən etsə, konkret şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına qarşı hərəkətlər başlayacaq. Bu, cinayətkarlar barədə axtarış elan olunması, müəyyən sənədlər vasitəsilə, əsir düşmüş ermənilərin izahatları, həmçinin onların təhvil verilməsi üçün Ermənistan hökumətinə müraciət olunması və beynəlxalq axtarışa cəlb olunması prosesi ilə həyata keçiriləcək. Hər halda konkret şəxsləri müəyyən etmək çətin olacaq. Çünki bunu yalnız Ermənistan hökuməti bilir. O zaman bütövlükdə Ermənistana qarşı qətllə və əmlaka dəymiş ziyanla bağlı iddia qaldırmaq olar.
Bu iddialar Avropa Məhkəməsində qaldırılsa, daha səmərəli olar. Qeyd edim ki, bu yaxınlarda Ermənistan Avropa Məhkəməsinə müraciət etmişdi. Bu addım məhkəmənin reqlamentinin 39-cu maddəsi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi xarakteri daşıyır. Hansı ki, iddia edirdilər ki, Azərbaycan Ermənistanın mülki şəxslərini öldürür və əmlaklarına ziyan vurur. Avropa Məhkəməsi də hər iki hökumətə müraciət etmişdi ki, mülki şəxslərin təhlkəsizliyinin pozulmasına, onların sağlamlığına, həyatına və əmlakına qarşı qəsdin qarşısını alsın.
Ermənistan hökuməti bunu etmir və qəsdlə insanların yaşadığı əraziləri atəşə tutur, onlara qarşı silah işlədir. Hesab edirəm ki, Avropa Məhkəməsində Konvensiyanın 2-ci maddəsi (yaşama hüququnun pozulması), Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi (əmlaka ziyan vurulması ) 14-cü maddələrlə (birgə ayrı-seçkilik) təcili sürətdə Ermənistana qarşı çoxlu sayda iddia qaldırmaq lazımdır. Həmçinin bu işə təcrübəli vəkilləri cəlb etmək lazımdır. Çünki Ermənistanın Avropa Məhkəmsində belə bir iddialar qaldırmas qabaqdangəlmişlikdir. Bundan əlavə etnik təmizləmə məsələsini Beynəlxalq İnsan Haqları məhkəməsində qaldıırmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2020, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2020, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11