Ermənistan rəhbərliyindən Azərbaycana qarşı daha bir TƏXRİBAT
Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspor üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə, Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal olunmuş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir.
“Bir çox halda Ermənistan hökuməti və xaricdə fəaliyyət göstərən erməni diaspora təşkilatları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində davam edən hərbi əməliyyatlarda iştirak etmək məqsədilə erməni diaspora üzvlərinə Ermənistana təcili gəlmə çağırışları edilir, bu ölkələrdə Ermənistana bilet satışı və yığım məntəqələri təşkil olunur. Bundan əlavə, xeyriyyə cəmiyyətləri və ya qeyri-hökumət təşkilatları statusunda fəaliyyət göstərən bəzi erməni diaspora təşkilatları diaspora üzvlərindən maliyyə ianəsi və digər təchizat materialları toplayaraq Silahlı Qüvvələrimizə qarşı döyüşən silahlı birləşmələrə göndərir.
Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” “əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir.
Ermənistan və erməni diaspora təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətini həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.
Eyni zamanda, öz ərazilərində Ermənistanın Azərbaycan qarşı terror fəaliyyətlərinin təşkili və maliyyələşməsinə imkan yaradan dövlətlər üçün də beynəlxalq hüquq və bu dövlətlərin milli qanunvericiliklərinə müvafiq məsuliyyət təsbit edilmişdir.
BMT Nizamnaməsinə əsasən icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT TŞ-nin 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə əsasən BMT üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.
Mənşə ölkələri özlərinin qeyd edilən beynəlxalq və milli qanunvericilikdən irəli gələn öhdəliklərinə əlavə olaraq, həm də nəzərə almalıdırlar ki, onların vətəndaşları olan “Erməni terrorçu döyüşçülər” sonradan öz ölkələrinə qayıda biləcəkləri halda, terror təlimi görmüş potensial terrorçu olaraq, həmin cəmiyyətlərin təhlükəsizliyi üçün real təhdidə çevriləcəklər.
Bu xüsusda, Azərbaycan tərəfi bütün mənşə və tranzit dövlətlərdən öz vətəndaşlarının Ermənistana artan səfərlərinə xüsusi sayıqlıq nümayiş etdirməsini və sərhədlərdə müvafiq qabaqlayıcı sərhəd nəzarəti tədbirləri görməsini, eləcə də öz əraziləri daxilində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə və Azərbaycanın mülki əhalisinə qarşı terror fəaliyyətinə dəstək və belə fəaliyyətin maliyyələşdirilməsinə imkan verməməsini tələb edir.
Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsnin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir”, - açıqlamada bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2020, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-10-2020, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52