Gürcüstandakı soydaşlarımız SAVAŞA HAZIRDIR - Hər kəsin ürəyi Azərbaycanla döyünür
Son günlər Marneulidə çayxanalar xüsusilə qələbəlikdir. Kişilər səhərdən buraya toplaşıb isti çay içir və son xəbərləri bir-birləri ilə bölüşürlər.
Dağlıq Qarabağ uğrunda Azərbaycan və Ermənistan arasında münaqişənin yenidən alovlanması burada gedən söhbətlərin əsas mövzusudur – əsasən etnik azərbaycanlıların yaşadığı regionda bu məsələ gözlənilən parlament seçkilərini və koronavirus epidemiyasını kölgədə qoyub.
Gürcüstanın Kvemo Kartli regionunda informasiyasnı əsasən Azərbaycan kanallarından alırlar. Yerli sakinlər Rusiya kanallarına da baxırlar. Gürcüstan kanallarına baxan isə azdır, çünki çoxları gürcü dilini bilmir.
“Biz Azərbaycan prezidentinə inanırıq”
Yerli azərbaycanlıların əksəriyyəti Azərbaycan hakimiyyətini və prezident İlham Əliyevi dəstəkləyir.
“Mən müharibəni dəstəkləyirəm, çünki bu müharibə başqasının torpağını tutmaq üçün deyil, bizim torpaqların düşməndən azad edilməsi üçündür. Bu müharibə nəticəsində Azərbaycanın bilyondan çox qaçqını var və biz qələbə qazansaq, bu dinc insanlar evlərinə qayıda biləcəklər”, – 65 yaşlı Marneuli sakini Dilqar Qaniyev deyir.
“Biz Azərbaycan prezidentinə inanırıq, tezliklə Azərbaycan hərbçiləri bizim şərəfli bayrağımızı Qarabağda qaldıracaqlar. Bura erməni torpağı deyil, bura düşmən torpağı deyil, biz öz torpaqlarımızı geri qaytarırıq”, – Kvemo Sarali kəndinin 54 yaşlı sakini Məzahirə Əliyeva deyir.
Yerli azərbaycanlılar arasında Qarabağ münaqişəsinin müharibəsiz həll edilməyəcəyini düşünənlər çoxdur:
“Mən çox tez-tez keçmiş zamanları xatırlayıram, gözəl Şuşanı [Dağlıq Qarabağda əsasən azərbaycanlıların yaşadığı şəhər. Ermənilər bu şəhəri Şuşi adlandırırlar — JAMnews]. Elə istəyirəm ki, qələbə qazanaq və Qarabağda insanların Azərbaycan dilində danışdığını eşidək! Mən müharibəni dəstəkləyirəm, çünki Azərbaycan başqa yolla torpaqları qaytara biləməyəcək”, – Solmaz Yusifova deyir. Tələbə olan vaxt Qarabağa staj üçün getdiyini xatırlayır.
“Bu, böyük ədalətsizlikdir ki, münaqişə 30 ildir həll edilmir. Dünyanın aparıcı dövlətləri bu dialoqa cəlb olunmalıydı, amma bu baş vermədi. Çox gecdir – Azərbaycanın ancaq bir yolu var – öz torpaqlarını müharibə ilə qaytaraq. Mən müharibəni dəstəkləyirəm, çünki Qarabağ torpaqlarında Azərbaycan bayrağı qaldırılsın. Azərbaycan bu qələbəyə layiqdir. 90-cı illərdə Azərbaycan xalqının lazımi hərbi texnikası yox idi, bu da torpaqlarımızın işğalına gətirib çıxardı. Amma bugün Azərbaycan güclüdür, bizim hərbi qüvvələrimiz var və buna görə də qələbə gözləyirik”, – Kvemo Sarali kəndindən 58 yaşlı Vaqif Quliyev deyir.
“Biz qorxuruq, canımız yanır, hər bir şəhid bizim ağrımızdır. Müharibə yaxşı deyil. Gənclər ölür. Hər iki tərəfdən ağlayırlar. Amma Azərbaycanın başqa yolu yox idi. Qələbə gözləyirik. Mən sevinirəm ki, bu gün Azərbaycanın dəstəyi var, bu çox şey deməkdir. Öz vətənim Gürcüstana da eyni dəstəyi və gücü arzu edirəm Bu gün Qarabağda kəndlər qaytarılır, mən istəyirəm ki, Abxaziyada da eyni şey olsun və biz bu gözəl torpaqlara qayıda bilək”, – Marneuli sakini 52 yaşlı Tahirə Məmmədova deyir.
Gürcüstanda yaşayan etni azərbaycanlı gənclər və tələbələr Tbilisidə Azərbaycana dəstək aksiyasına çıxıblar.
Gənclər Facebook qruplarında müharibəni müzakirə edir
Mitinq Tbilisinin tarixi rayonunda Heydər Əliyevin heykəli önündə keçirilib.
Gənclərin əlində “Qarabağ Azərbaycandır” yazılı tranparantlar olub.
Toplaşanlar bildiriblər ki, Azərbaycan dövləti həmişə Gürcüstanda yaşayan həmvətənlərini dəstəkləyib, buna görə də onlar çətin zamanda Azərbaycanla həmrəylik nümayiş etdirməyə borcludurlar.
Etirazçılar Azərbaycan hərbçilərinin hərbi uğurlara nail olduqlarını və hərbi əməliyyatlar nəticəsində daha əvvəl ermənilərin nəzarətində olan bir neçə kəndi azad etdiklərini alqışlayıblar.
Mitinqdə iştirak edən gənclər JAMnews-a bildiriblər ki, Gürcüstan vətəndaşı olsalar da, ehtiyac olacağı təqdirdə Azərbaycan ordusuna yazılmağa və ön cəbhədə döyüşməyə hazırdırlar.
“Gürcüstan azərbaycanlıları 1990-cı illərdə Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüblər. Həmçinin bu ilin iyulunda Tovuz yaxınlığıındakı döyüşlərdə də. Tovuz ətrafındakı döyüşdə həlak olan polkovnik İlqar Mirzəyev gürcüstanlı idi, Qardabanidəndi”, – etirazçılardan biri Aygül İsayeva deyib.
Onun sözlərinə görə, ümummilli səfərbərlik halında Gürcüstanda yaşayan azərbaycanlılar da müharibəyə hazır olduqlarını bildirəcəklər.
Gürcüstanda yaşayan etnik azərbaycanlı gənclər, sosial şəbəkələrdə fəaldırlar.
Facebook-da minlərlə gəncin birləşdiyi bir neçə qrup var.
Bu qruplarda onlar müxtəlif məsələləri, o cümlədən də mitinqlərin və tədbirlərin planlaşdırılmasını müzakirə edirlər.
Qarabağ müharibəsi başlayandan burada xüsusi fəallıq müşahidə olunur.
Qrupların birində gedən müzakirələrdə yer alan bir neçə populyar şərhi təqdim edirik:
“Məncə, bu, danışıqlarla və sülh yolu ilə həll olunacaq məsələ deyil”.
“Biz unutmamalıyıq ki, bizim vətənimiz Gürcüstandır, biz Gürcüstan vətəndaşlarıyıq, Gürcüstanda doğulmuşuq. Gənclərimizin müharibəyə qoşulması doğru deyil, mən hesab edirəm ki, bu problemi sülh yolu ilə həll etmək lazımdır”.
“Bir çox gənc neytraldır, amma bu məsələdə neytrallıq yoxdur. Nə olursa olsun, bizim damarımızda azərbaycanlı qanı axır”.
“Bu münaqişənin sülh yolu ilə həlli yoxdur, yeganə həll yolu müharibədir”.
“Gürcüstan bu məsələdə neytral olmalıdır, əks halda hər iki tərəfdən itki verə bilər”.
“Gürcüstan ərazi itirməyin nə demək olduğunu bilir, buna görə də Azərbaycanı dəstəkləməlidir”.
Gürcüstanlı deputatlar da Azərbaycan uğrunda döyüşməyə hazırdırlar.
Gürcüstan parlamentinin etnik azərbaycanlı deputatları Qarabağla bağlı fəal bəyanatlar səsləndirir və Azərbaycana dəstək ifadə edirlər.
Müxalif “Vahid Milli Hərəkat” partiyasından (keçmiş prezident Mixail Saakaşvilinin partiyası) olan deputat Azər Süleymanov Azərbaycan prezidentinə müraciət ünvanlayıb. Gürcüstanlı deputat Azərbaycan uğrunda döyüşə hazır olduğunu yazıb.
Süleymanov qeyd edib ki, Gürcüstanda azərbaycanlılar 1990-cı illərdə Abxaziya və Qarabağda müharibədə iştirak etdikləri kimi yenə də Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə qarşı yönələn istənilən təhdidin qarşısında durmağa hazırdırlar.
“Gürcü arzusu” iqtidar partiyasından olan deputat Ruslan Hacıyev baş verənləri “uğurlu hərbi əməliyyat” adlandırıb, həmçinin Abxaziya məsələsi ilə paralellər aparıb. Onun sözlərinə görə, Gürcüstanda da separatçılıq davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2020, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-10-2020, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09