reklam
Regionxeberlericom.az » Gündəm » Xəzərdəki donanmadan da düşməni vura bilərik - BTC-ni vurmaq istəyən Ermənistana xəbərdarlıq

reklam

Xəzərdəki donanmadan da düşməni vura bilərik - BTC-ni vurmaq istəyən Ermənistana xəbərdarlıq


Azərbaycan işğal edilmiş Qarabağ ərazilərindən terrorçu dəstələri və erməni silahlı qüvvələri təmizləmək üçün Füzuli-Cəbrayıl istiqamətində uğurlu əməliyyatları davam etdirir. Hazırda mübarizədə daha çox artilleriya savaşı gedir və ordumuz işğalçı gücləri sıradan çıxarır.

Ermənistan son günlər təxribatlarını tam terror səviyyəsinə qaldıraraq, beynəlxalq neft və qaz kəmərlərini də vurmaq istəyib. Lakin ordumuz düşmənin raketlərini göydəcə zərərsizləşdirib.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkəmizin hərbi potensialı təkcə quru qoşunları ilə məhdudlaşmır. Azərbaycanın hərbi donanması da böyük gücə malikdir.

Baxmayaraq ki, son hərbi əməliyyatlarda hərbi gəmilərdən düşmənə zərbələr endirilmir, lakin buna kifayət qədər gücümüz çatır.

Ona görə də istəsək, Xəzərdəki hərbi gəmilərdən ermənilərə sarsıdıcı zərbələr endirə bilərik. Amma cəbhə bölgəsində gedən döyüşlərlə əldə olunan qələbələr hələ ki hərbi donanmadan istifadəyə zərurət yaratmır.

Yeri gəlmişkən, I Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırılmışdı.

Ağdam, Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərilib və iyulun 25-də vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə dönüblər.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a hərbi dəniz qüvvələrinin silah arsenalında olan raket sistemlərindən hər hansı zərbə endirməyə ehtiyac olmadığını açıqladı.

Onun sözlərinə görə, ön xətdə Silahlı Qüvvələrin taktik raket komplekslərindən lazım olan hədəflərin məhv edilməsi üçün istifadə olunur.

Hərbi ekspert bildirdi ki, hazırda Silahlı Qüvvələrin raket artilleriya qoşunları prosesi icra etməkdədir:

“Hərbi gəmilərimizdə taktik raket kompleksi var. Amma bu gün onlardan istifadə real görünmür. Çünki buna ehtiyac yoxdur”.

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bldirdiyinə görə, Azərbaycan hərbi gəmilərlə erməniləri vurmaq potensialına malikdir. Onun fikrincə, sadəcə, hazırda buna ehtiyac yoxdur: “Çünki çoxlu raket qurğularımız və artilleriyamız var. Biz hələ Naxçıvanda yerləşən ordudan istifadə etməmişik.

Ona görə donanmadan istifadə edə bilərik, amma mənə elə gəlir ki, lazım olmayacaq. Digər tərəfdən, Xəzərdəki neft yataqlarına ziyan vurulmasını istəmirik".

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb.

Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təşkil edib. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılıb.

Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
8-10-2020, 09:06
Sikayət   


loading...
Загрузка...