Məlumata görə, Qaraçinarlı kəndində sakinlər hər şeyə rəğmən öz evlərini tərk etməyəcəklərini bildirirlər. Əhalinin mal-qara təsərrüfatı məhv olub, bir çox yaşayış evlərinə ciddi ziyan dəyib.
Lakin əhalinin əzmi, ruh yüksəkliyi hər gün daha da artır. Kənd sakinləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə xalq olaraq Ali Baş Komandanın yanında olduqlarını ifadə edirlər.





