Terrorla mübarizəni bayraq edən dövlətlərin GERÇƏK MAHİYYƏTİ... - Ermənistana qarşı niyə lal-dinməz olublar?
Ermənistan Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı muzdlu terrorçulardan istifadə edir və bunu təsdiq edən xeyli fakt aşkara çıxarılıb. Azərbaycan nəinki ermənilərin muzdlu döyüşçülərini aşkarlayıb, hətta onlardan bir neçəsi gedən döyüşlərdə öldürülüb.
Azərbaycan ordusu tərəfindən həm canlı qüvvəsi, həm də texnikası sıradan çıxarılan Ermənistan bunu əvəzləmək üçün muzdlu döyüşçülər, terrorçularla işbirliyini genişləndirir. Məhz Ermənistan sayəsində indi də terrorçuların regiona axını davam edir. Lakin ilboyu terrorla mübarizə ilə bağlı bəlağətli cümlələr quran Qərb dövlətləri rəhbərləri bu gün PKK, İŞİD, ASALA terrorçularının Dağlıq Qarabağa toplanmasına göz yumur, utanmazcasına xalqların müqəddəratını təyinetmə hüququndan danışır. Halbuki həmin terrorçular zaman-zaman Qərb dövlətlərində, elə məhz ən çox canfəşanlıq edən Fransada terror aktları törədiblər. Mövzu Qərb ikən bütün dünyanı terrorla mübarizəyə cəlb edən AB dövlətləri, indi terrorçularının Avropada rahat şəkildə pul toplayıb, silah alıb Dağlıq Qarabağa göndərməsjnə göz yumurlar.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, səbəb Avropanın məlum ikili standartlarıdır: “Qərb ölkələri nələrə göz yummadılar ki. Xocalı soyqırımına göz yumdular, ASALA 90-cı illərdə də Qarabağda var idi, o zaman da seyrçi qaldılar, indi də seyrçi qalırlar. ASALA-nın rəhbərlərindən biri Parisin Orly hava limanında terror aktı törətmişdi, orada Fransız vətəndaşları da ölmüşdü. Həmin terrorçu həbs edilmişdi, bir müddət sonra azad etdilər və Dağlıq Qarabağa gəldi. Orada da terror aktları törətməyə başladı, o zaman da susdular. Hətta hərbi dəstək də verdilər ki, terrorçu Dağlıq Qarabağa gəlsin, Azərbaycana qarşı savaşsın. Biz bunları görə-görə gəlmişik. Hazırki təhlükəni biz görürük, Türkiyə görür, ancaq Qərb dövlətləri görmək istəmir. Qərb dövlətləri çalışır ki, erməni lobbisini dəstəyini almaq yönündə siyasət yürütsünlər. Makronun bugünkü siyasəti də məhz ondan xəbər verir. Ancaq təkcə Makron və Fransa deyil, Almaniya da göz yumur, PKK-çılar orada rahat hərəkət edir, pul yığır, silah alıb göndərirlər. Qərbin siyasətində yeni heç nə yoxdur, həmişəki siyasətini yürüdür. İndi də susurlar. Biz onsuz da bilirdik ki, əks hücuma başlayanda bu cür problemlərlə üzləşəcəyik. Almaniyadan və Fransadan da absurd bəyanatlar gəldi ki, guya biz Dağlıq Qarabağın ərazisini tərk etməliyik. Aydın məsələdir ki, bu cür absurd fikirlər səsləndirən dövlətlər terrorçuların Qarabağda toplaşmasına da seyrçi qalacaq”.
Politoloqun sözlərinə görə, bəzi hallarda erməni lobbisinin dəstəyini qazanmaq üçün Qərb liderləri bu terrorçulara dəstək də verir: “Ermənilər yalandan hər yerə səs yayırlar ki, guya Azərbaycan tərəfindən döyüşənlər arasında Suriyadan gətirilən muzdlular var. Ancaq bir fakt da ortaya qoya bilmirlər. Lakin Ermənistan tərəfində muzdluların döyüşdüyünə dair konkret faktlar var. Bir neçə gün öncə Rusiya mətbuatında böyük bir yazı yayımlandı. Orada müxbir Fransadan gələn erməni əsilli muzdlu ilə söhbət edib və onun dilindən faktları verib. Bunu bilə-bilə Qərb dövlətləri seyrçi qalırlar, düşünürlər ki, bu terrorçular yalnız Türkiyə və Azərbaycana problem yaradacaq, onlar üçün heç bir problem olmayacaq. Ona görə də göz yumurlar, ən pis halda isə özləri dəstək verirlər”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu terror təşkilatları Avropa üçün də çox ciddi təhlükədir: “Ümumiyyətlə, Ermənistan elə bir siyasət yürütdü ki, o terrorçuları gətirməklə guya dinc ermənilərin məskunlaşması ilə bağlı siyasətlərini həyata keçirirlər. Avropanı aldatdılar. Ancaq sonradan məlum oldu ki, bunlar terrorçulardır, eyni zamanda muzdlulardır, PKK, İŞİD və digər terror təşkilatlarının nümayəndələridirlər. O zaman bir az gec oldu. Avropa başa düşməlidir ki, son köç vaxtı da, İŞİD-in formalaşmasında, digər terror təşkilatlarının formalaşmasında Avropadan gedən təlimatçıların da rolu var. Hər bir dövlətin tərkibində terror təşkilatları ilə işləyən, onların formalaşmasında maraqlı olan qruplaşmalar da var. Avropa bu gün birmənalı şəkildə öz qarşısında məqsəd qoymalıdır ki, Dağlıq Qarabağ ərazisində və ya digər regionlarda terrorçuluqla mübarizə aparırlarsa, onlar da bu işə diqqəti artırmalıdırlar. Bu terror təşkilatları Avropa üçün də çox ciddi təhlükədir. Sadəcə olaraq erməni lobbisinə görə bu prosesdə siyasəti terrorla mübarizədən daha önə qoydular”.
A.Nağıyevin sözlərinə görə, Qərb dövlətləri seçkilərdə qələbə çalmaq üçün erməni lobbisindən istifadə edirlər: “Ona görə də son zamanlar bəzi liderlərin bəyanatına da öz əksini tapır ki, seçkilər olacağı üçün diqqəti hər millətin öz müqəddəratını təyin etmə hüququnu təmin etməyə çalışırlar. Makronun çıxışında da bu məqamlar var idi. Yəni dünya marağındadır ki, müəyyən qruplaşmalar onlara xidmət etsin. Bunun adı terror təşkilatıdır və ya başqadır, bu artıq onlar üçün ikinci məsələdir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16