Hazırda Ermənistana üç istiqamətdən silah daşınır: Bir gündə 24 təyyarə reysi...
Rusiya kriminalı ilə sıx təmasda olan Moskvadakı diasporanın yaratdığı Ermənistana qeyri-leqal silah tədarükü kanalı humanitar atəşkəs barədə razılaşmanın bağlanmasından sonra da tam gücü ilə işləyir.
Mülki aviasiyanın bortları, yəni əslində sərnişin təyyarələri tərəfindən həyata keçirilən yüklərin həcmi bütün qanunlara zidd olaraq artır, onların nomenklaturası genişlənir.
Daha əvvəl bildirdiyimiz kimi, kriminal uçuşları Atlantis Air Lines hava yolları həyata keçirir. Amma görünür, bunun öhdəsindən gələ bilmir, ona görə də kriminal daşımalara daha bir şirkət- tütün qutusundan şeytan kimi çıxmış Elit-Avia da qoşulub.
“Yeni Sabah” bildirir ki, sutkada Moskvadan Yerevana 24 reys yola düşür - yük trafiki misilsizdir. Onların göndərilməsində problem yaranmaması üçün isə Moskva aeroportlarında, o cümlədən Vnukovoda erməni diasporunun media təmsilçilərindən dəstək briqadaları növbə çəkir. Onların əsas vəzifəsi heyətə və polisə sənədlərə diqqətlə baxmağı və mülki laynerlərin yük bölmələrinə yerləşdirilməsini yoxlamaqdan ibarətdir.
Oraya isə çoxlu maraqlı şeylər yüklənir - "Kornet", "Solnerspek", "Smerç" kompleksləri üçün sursatlar, D-20 haubitsaları (152 mm çaplı) və D-30 “nənələri” (122 mm çaplı) üçün atışlar, hansı ki, istehsalı iki il əvvəl dayandırıllb, ancaq Moskva anbarlarında onlara uyğun kifayət qədər sursat var.
Yerevan qanuni yolla bütün bunları heç vaxt Moskvadan ala bilməzdi, amma erməni diasporunun Rusiya kriminalı və korrupsiyalaşmış məmurlarla əlaqəsini nəzərə alsaq, onların alınmasında çətin heç nə yoxdur. Ən ekstremal halda- biz tezliklə Moskva regionundakı bəzi hərbi anbarlarda, bəlkə də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsində böyük yanğın haqqında məlumat əldə edəcəyik.
Ermənistan rəhbərliyi növbəti dəfə-artıq saymağın faydası yoxdur,- ən həyasız formada aldatdığı Moskvanı pis vəziyyətdə qoyur. Əgər aydınlaşsa ki, Gəncəyə də məhz bu yolla oğurlanmış raketlər yağdırılıb?
Bəs Moskva, istəmədən olsa belə, onun ərazisindən cinayətkar erməni hakim dəstəsinə silah gəlirsə, vasitəçi olaraq qala bilərmi? Biz Rusiyanın müvafiq qurumlarına bir daha müraciət edirik ki, ərazisində cinayət törədən və Azərbaycan-Rusiya əməkdaşlığına düzəlməz zərər vurmağa çalışan şəxslərin cinayətkar fəaliyyətinin qarşısını alsınlar.
Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, "bu iki həftədə Rusiyanın bəzi kanallarında biz azğınlaşmış antiazərbaycan təbliğatını, saxtalaşdırmanı, manipulyasiyanı görürük". Bu neqativ halın azərbaycanlıların şüurunda və qəlbində uzun müddət qalmamasını təmin etmək Moskvanın imkanları daxilindədir - sadəcə Moskvanın xarici siyasət səylərinə arxadan bıçaq vuran cinayətkarları dayandırmaq lazımdır.
Amma erməni diasporu kriminal silah biznesində qarmağını təkcə Rusiyada atmayıb. Bu gün Leyj-Yerevan reysi üzrə uçan “Boinq-757” təyyarəsi də Ermənistan paytaxtına bu cür ölümcül və kriminal yüklə enib.
Bu gün ABŞ-dan gələn və bu uçuş üçün Ümumerməni Beynəlxalq Fondu “Hayastan” tərəfindən kirayəyə götürülən digər bir təyyarədən yarısı odlu silah olan 20 ton "humanitar yardım" boşaldılıb.
İndilərdə isə Yerevana Reykjavikdən (İslandiya) daha bir təyyarə yaxınlaşmaqdadır. Onun yükü dərman, qida və ya paltar deyil, xüsusi ticarətçilərdən təcili olaraq satın alınan rus silahlarıdır. Onlar indi döyüşlərdə uduzan, lakin bundan heç də ağıllanmayan erməni müharibə qızışdırıcılarına daha çox lazımdır./Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2020, 08:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2020, 08:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11