Ermənistanda döyüşçü qıtlığı – döyüşə ələngələr gedir
Azərbaycan əsgəri Ermənistan silahlıları ilə döyüşdə həmişə qalib olub. Sentyabrın 27-dən bu qalibiyyət davam edir.
Ermənistan beynəlxalq vasitəçilərin yardımı ilə atəşkəsə nail oldu. İşğal etdikləri Azərbaycan torpaqlarından çıxıb, danışıqların şərtlərini müzakirə etməkdənsə, yeni qüvvə toplayıb, hücuma keçməyə cəhd göstərirlər.
Atəşkəs üçün canfəşanlıq edən beynəlxalq vasitəçilər Ermənistana silah-sursat və hərbi texnika göndərsə də, onlardan istifadə edəcək canlı qüvvə çatışmır. Bunu Dağlıq Qarabağda separatçı rejimin başçısı Araik Arutunyan da etiraf edib: “Vəziyyət son dərəcə ağırdır. Keçmiş döyüşçülərlə tez-tez görüşürəm”.
Onun sözlərinə görə, döyüşə Qarabağ müharibəsinin əvvəlki iştirakçıları gedir.
Bu, onu göstərir ki, Ermənistandakı ermənilər və Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasının nümayəndələri öz gənc övladlarını, oğullarını döyüşə göndərmir, yaxud ordu sıralarından yayındırırlar. Bu yaxınlarda Ermənistandan Ukraynaya getmək istəyənlərin sayının çox olması ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, onların çoxu hərbi xidmətə yararlı yaşdadır. O da məlum oldu ki, Ukraynaya mühacirət edən ermənilərin çoxu koronavirus daşıyıcısıdır. Rəsmi Kiyev yoluxmuş insanların Ukraynaya girişinin qarşısını almaq məqsədi ilə rejimi sərtləşdirib.
Pandemiya ilə əlaqədar Ermənistandan Rusiyaya da səfər etmək mümkün deyil. Bundan başqa, Rusiyada pandemik vəziyyət son günlər daha da acınacaqlı hala düşüb. Ölkə rəsmiləri sərt tədbirlər həyata keçirməyə başlayıb. Bu isə o deməkdir ki, Ermənistan vətəndaşları belə tezliklə Rusiyaya səfər edə bilməyəcək.
Lakin gənclər hər hansı yol tapıb Ermənistanı tərk edirlər. Bu səbəbdən də Ermənistanda muzdlu terrorçular və keçmiş döyüşçülərdən istifadə etməli olurlar.
Nəzər almaq lazımdır ki, 26 ildən artıqdır döyüşlər olmur. 1994-cü ildə döyüşən gənclərin indi 50 və 50-dən yuxarı yaşı var. Bu isə o deməkdir ki, Ermənistan Qarabağa yaşı 50-ni keçən vətəndaşlarını göndərməyə məcbur olur. Onlar da ağır sosial vəziyyətə görə vəd edilən müəyyən maliyyə məbləği qarşılığında döyüşə getməklə razılaşırlar.
Elə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki keçmiş erməni döyüşçülər də bu yaşda olar. Bu baxımdan Ermənistan döyüşmək üçün canlı qüvvə sarıdan da çətinlik çəkir. Belə çıxır ki, oktyabrın 9-da qəbul edilən humanitar atəşkəsdən sonra Ermənistan silah-sursat və hərbi texnika, bir müddət sonra isə canlı qüvvə toplamaq üçün beynəlxalq vasitəçilərə müraciət edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-10-2020, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-10-2020, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
31-10-2024, 08:31