Anam deyir ki, sən niyə cəbhəyə getmirsən? - HAMIMIZ BU DURUMDAYIQ...
Bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba o qədər yaşlıdır ki, işğaldan azad olunmuş torpaqlarımızı görməsi Allahın möcüzəsi olacaq. Dünyagörmüş adam olan Hikmət Musayev özü də bunu bilir. Amma əmindir ki, özü görməsə də, nəvə-nəticələri, kötücələri o torpaqları görəcək, azad, firavan Azərbaycanda məsud ömrü sürəcək...
“ASAN” Könüllüləri Hikmət babanın yaşadığı Şəkinin Baş Küngüt kəndində olublar. Mətbuatda yazılanları oxuyanda bu qənaətə gəldim ki, həmin 180 manata hamıdan çox Hikmət kişinin özünün ehtiyacı var. Maddi sıxıntıları neçə illərdi ona köhnə, uçuq-sökük evini təmir etdirməyə imkan vermir. O da çoxlarımız kimi sadə, təvazökar ömür sürür. Hikmət babanın timsalında bir daha əmin oldum ki, bu çətin günlərdə Silahlı Qüvvələrimizə maddi dəstək olmaq üçün pullu olmaq yox, ürəkli olmaq lazımdır...
Anam dünən soruşdu ki, sən nə vaxt cəbhəyə gedəcəksən? Dedim ki, hərbi komissarlığın əməkdaşına zəng vurub, könüllü olmaq istədiyimi bildirmişəm. Deyirlər ki, yaşın çoxdur, səni apara bilmərik...
Narazı halda başını bulayıb, belə dedi: “Şənbə-bazar imkan elə Cəbrayıl tərəfə get. Əsgərlərimiz üçün yarpaq dolması bişirəcəm”.
Biləsuvarda yaşayan qohumlarım dünən zəng etmişdilər. Məndən xahiş etdilər ki, əsgərlərimiz üçün toxuduqları yun corabları ünvanına çatdırım...
Tovuzun cəbhəyə yaxın kəndində yaşayan tanışım danışır: “Həyat yoldaşım hər səhər məni evdən çıxarır ki, get əsgərlərin çirkli paltarlarını gətir, yuyum...”
Bu cür faktlar yüzlərlədir. Xəritədə Qarabağın yerini tapmağa çətinlik çəkən adamlar da bu gün Qarabağ üçün fədakarlıq edirlər. Bunun çox sadə səbəbi var: biz təkcə torpaq davası aparmırıq, həm də ləyaqət davası aparırıq. Qarabağ bizimçün şərəf, ləyaqət məsələsidir. Soy-kökü bəlli olmayan bir ovuc erməninin torpaqlarımızı işğal etməsi qürurumuza toxunub, bizi rəncidə edib. Xar olmaq növbəsi indi düşmənindir. Bu savaşda çoxu lal, kor, hətta kar olacaq, amma hamısı mütləq xar olacaq...
Seymur VERDİZADƏ //yenisabah/az//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-10-2020, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-10-2020, 11:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26