Azərbaycan bazarında rus malları sıxışdırılmalıdır - Ekspert müharibədən sonrakı dönəm barədə
Son günlər sosial şəbəkələrdə müzakirə olunan əsas məsələlərdən biri də dünya dövlətləri ilə iqtisadi əlaqələrdir. Belə ki, hazırda Dağlıq Qarabağda gedən müharibə bizə dost və düşmənlərimizi daha yaxşı tanımağa şərait yaratdı. Elə isə niyə onlara adekvat cavab verməyək?
Dostlarımıza, qardaşlarımıza oxşar jest edək, işğalçını dəstəkləyənləri isə iqtisadi cəhətdən boykot edək.
Bu mövzuda iqtisadçı-ekspert Nazim Bəydəmirlinin “Facebook” hesabında yazdıqları səciyyəvidir: “Rusiyadan idxal olunan mallar gömrük rüsumsuz, ancaq ƏDV ödənilməklə ölkəyə gətirilir. Türkiyə mallarının əksəriyyətinə isə həm 15 faizlik gömrük rüsumu, həm də 18 faizlik ƏDV tətbiq olunur...”. Deməli, iqtisadi davranışlarımızı dəyişməkdə fayda var.
Məsələyə dair “Sherg.az”a daha ətraflı danışan N.Bəydəmirli fikrini belə izah edib:
“MDB Sovet İttifaqı dağılandan sonra yaradılıb və faktiki olaraq ölü qurumdur. Təşkilatın yaradılmasında əsas məqsəd keçmiş sovet ölkələri arasında siyasi və iqtisadi hegemonluğu təmin etməkdir. Bu, həm də rus mallarını daha yaxşı sata bilməkdən ötrüdür. Sözügedən qurumun tərkibində bir neçə hərbi, iqtisadi, siyasi birliklər olduğuna görə, bizim burada qalmağımız deklorativ xarakter daşıyır. Amma indiki məqamda üzvlükdən çıxmaq da məqsədəuyğun deyil. Çünki qurumun tərkibində strateji tərəfdaşlarımız var. Və bizim də üzvlükdə qalmağımız həmin ölkə mallarının Azərbaycana rahatlıqla daxil olmasına şərait yaradır. Fikrimcə, Rusiya ilə bağlı iqtisadi güzəştlər Türkiyəyə də tətbiq edilməlidir. 2009-2010-cu illərdə bu barədə məqalələr yazmışam və göstərmişəm ki, türk malları Rusiya məhsullarından heç də geri qalmır. Doğrudan da, belədir. Əksinə, Rusiya bizə keyfiyyətsiz məhsullar satır. Biz də həmin malları almaqla, Qərb, xüsusilə Türkiyə məhsullarının ölkəmizə daxil olmasına əngəl törədirik”.
N.Bəydəmirli mövcud problemlərin həll edilməsindən ötrü çıxış yollarını da göstərdi:
“Yaxın gələcəkdə Avropa ilə azad ticarət sazişinə qoşulmalıyıq. Biz də Gürcüstan, Ukrayna, Moldova... kimi azad ticarət etməliyik. Həm də gediş-gəliş asanlaşar, ölkəyə daha keyfiyyətli məhsullar gələr.
Bundan başqa, gömrük prosedurları sadələşməlidir, gömrük siyasəti kökündən dəyişməlidir. Gömrük strukturunun vergilər xidmətin birləşdirilməsi məntiqin və zamanın tələbidir”.
İqtisadçı, həmçinin dünya ölkələri ilə ticarət əlaqələrindən də danışıb:
“Vətəndaşlar narazılıqlarında haqlıdırlar. Düşünürəm ki, ictimai qınaq hökumətin qərarına təsir göstərməlidir. Bizi dəstəkləməyən, haqq səsimi eşitməyən ölkələrin mallarını alaraq niyə onları gücləndirməli, ölkəmizə təsir mexanizmlərini artırmalıyıq?!
Məncə, hökumət daxili istehsalı stimullaşdırmalı, daxili bazarı yerli istehsal hesabına zənginləşdirməlidir. Belədə xarici ölkələrlə ticarət əlaqələrinə də ehtiyac qalmaz.
Yox, əgər dediyim məqam mümkün deyilsə, onda vətəndaş şüuraltı seçim edəcək və təbii ki, dost ölkənin malını seçəcək. Vətəndaş məhsul almayanda da, sahibkar gətirməyəcək.
Beləliklə, vətəndaş ölkənin xarici iqtisadi siyasətinə və sahibkar davranışına təsir edəcək. Ümumiyyətlə, iqtuisadi çarxları döndərən vətəndaşdır. Əgər başqa dövlətlər bizimlə iqtisadi tərəfdaşlıq istəyirsə, onda haqq səsimizi eşitsin, heç olmasa, neytral mövqe sərgiləsin.
Təkrarlayıram, təcavüzkarı dəstəkləyinin, düşmənə zəhər verənin malını niyə almalıyıq?!”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11