ALÇAQ DÜŞMƏN YENƏ GƏNCƏNİ VURDU - 13 nəfər həlak olub, 40-dan çoxu yaralanıb + FOTOLAR/VİDEOLAR (Yenilənib)
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
"Report"un yerli bürosunun məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
***
"Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib".
Bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.
"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd edilir.
***
Ermənistan silahlı birləşmələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Nəticədə 20-ə yaxın ev dağılıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, dağıntılar altında olan vətəndaşlardan ölən və yaralananlar var.
Onun verdiyi ilkin məlumata görə, raket zərbəsi nəticəsində 2-si uşaq olmaqla 5 nəfər həlak olub, 35 nəfər isə ağır yaralanıb. Yaralılar arasında azyaşlı uşaq da var.
"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı 3 raketdən ikisi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirilib. Bir raket isə mülki əhalinin yaşadığı binanın üzərinə düşüb.
***
"Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar”.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“İlkin məlumata görə 20-dən çox ev dağıdılıb”- deyə, paylaşımda qeyd olunub.
*
***
Son məlumata görə, Gəncə istiqamətinə atılan 2 raketdən biri Gəncənin "Tekstilni" deyilən səmtində yaşayış binasına düşüb. Digəri isə havada məhv edilib.
Gəncədəki jurnalistlər raketin düşdüyü yerə gediblər. Böyük dağıntı var. Mülki əhali arasında həlak olanların və yaralalanların olduğu bildirilir.
Hazırda orada xilasetmə işləri görülür.
“**
Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Ermənistan dövləti terror siyasətinin təzühürüdür”, - o bildirib.
New missiles systems have been brought to Armenia. Immediately they started to attack civilians in Azerbaijani cities in treacherous and cruel manner. In Ganja casualties among civilians are reported. Manifestation of Armenia's state policy of terror.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020
***
Ermənistan silahlı qüvvələri humanitar atəş arxasında gizlənərək, terror və hərbi cinayət əməllərini davam etdirir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb. Xəsarət alanlar və dağıntılar müəyyənləşdirilməlidir”, - deyə o, bildirib.
"AzPolitika.info" Türkiyə telekanallarının bölgədəki müxbirinə istinadən xəbər verir ki, Gəncəyə iki raket atılıb. Biri boş əraziyə, dogəri isə fabrikə düşüb.
“Report”un yerli bürosuisə xəbər verir ki, mərmilərdən biri yaşayış evinə düşüb.
Ermənistanın silahlı qüvvələrnin Gəncə şəhərini növbəti dəfə atəşə tutduğunu Müdafiə Nazirliyi də təsdiqləyib.
APA-nın yerli müxbirinin Gəncədən verdiyi məlumata görə, atəş nəticəsində bir sıra yaşayış binaları dağılıb. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Hazırda xilasetmə işləri davam etdirilir.
Düşmənin artilleriya batareyası məhv edilib, alay komandirinin müavini...
Paylaş:
Müəllif : Fuad
Tarix:17-10-2020, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-10-2020, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24