APELLYASİYA ŞURALARI SAHİBKARLIĞA ƏNGƏL TÖRƏDİR
Azərbaycan Respublikasının Prezidenti sahibkarlıqla məşğul olan şəxslərin hüquqlarını qorumaq amacı ilə 03.02.2016 tarixli 762 saylı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında “ Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının nümunəvi əsasnamələrini təsdiq edib. Bu əsasnamələrə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinlərindən biri, müavin ştatı olmayan qurumlarda aparat rəhbəri şuranın sədri təyin olunur. Bütün icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının sədrləri icra başçılarının 1-ci müavinləridir . Bu müavinlərin – şura sədrlərinin işi sahibkarların və dövlət qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərini obyektiv araşdırmaqdan ibarətdir. İctimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərən şuraların tərkibi sədrlə birlikdə 7 nəfərdən ibarətdir və hamısı müvafiq icra hakimiyyəti orqanlarının strukturlarına daxil olan vəzifələrdə çalışan şəxslərdir. Aydındır ki, şuralar, istəsələr də, icra hakimiyyəti başçısından edilən şikayətlərə obyektiv baxa bilməzlər və bu da Apellyasiya Şuralarının işini effektsiz edir. Axı, hansı müavin, yaxud aparat rəhbəri onu bu vəzifəyə və eyni zamanda şura sədrliyinə təyin edən icra hakimiyyəti başçısına qarşı şikayətə obyektiv baxa bilər? Elə belə “siçanın pişikdən pasport tələb edə bilməzliyi “ , sahibkarlıqla icra hakimiyyəti orqanlarının özlərinin məşğul olmaları Apellyasiya Şuralarnı formal kollegial ictimai orqana çevirib. Bu şuralar keçmiş şura-sovet hakimiyyətinin komsomol təşkilatlarının pis nümunələridir. Təsəvvür edin, vətəndaş sahibkar hansısa rayonun icra hakimiyyətinin Apellyasiya Şurasının sədrinə sahibkarlıqla məşğul olmağa yer ayırmaq üçün müraciət edir və. .. bəlli olur ki, elə həmin ictimai əsaslarla fəaliyyət göstərən sədr və dövlət qulluğunun ən yuxarı dərəcəsini daşıyan müavin özü sahibkarın istədiyi yeri öz əlinə keçirib. Biz konkret misallar da çəkə bilərik, amma bəyəm elə rayon , orqan varmı ki, başçısı, müavinləri qohumlarının (hətta yaxın qohumlarının) adına bizneslə məşğul olmasın ?! Uzağa niyə gedib, köhnə palan içi tökək, bu yaxınlarda qanunverici orqanın “1-ci xanımı”nın , deputatlıqla Dövlət Neft Şirkətinin başçısı vəzifələrini “uğurla calaşdıran” şəxsin oğlunun biznes imperiyaları haqqında bilgilər gündəmi zəbt edən “yeni palan içlərindəndir”. Heç bir biznesi olmayan ,ortalıq 20 Qarabağ əlili, şəhid ailəsinin aylıq pensiyaları həcmində -cəmi 5-6 minlik quruca deputat maaşına acından günorta yox, axşam durduğundan çox vaxt iclaslara da qatıla bilməyən ANA VƏTƏN təəssübçiləri isə bu ər-arvad, ata -oğul, qohum -qardaş biznesinə “əri spikerdir, atası deputat-şirkət prezidentidir deyə, ailələri ac qalmalı deyil ki “ “topdağıtmaz” məntiqi ilə haqq qazandırır. İndi gəlsin sahibkarlıqla məşğul olmaq istəyən Qarabağ əlili, şəhid ailəsinin üzvü Apellyasiya Şurasının sədrindən balaca bir köşk yeri istəsin, anındaca həmin yerin satıldığını görəcək.
Bir neçə ay öncə Qarabağ əlili 10 ildir məhkəmə qərarı ilə sahibkarlıqla məşğul olmağa ona verilən qeyri-yaşayış otağını borclular Nizami RİH və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK), Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələrinin məhkəmə qərarından 2 il sonra 14 yaşlı uşağın adına sənədləşdirmələrindən ali dövlət, hüquq hakimiyyəti orqanlarına , baş prokurorluğa şikayətlərinin sonuc vermədiyini görüb müvafiq Apellyasiya Şuralarının sədrlərinə son 3 ildəki şikayətini yenidən edib. ƏMDK Apellyasiya Şurasının sədri , ƏMDK sədrinin müavini Rüstəm Şahbazov , axırı , 3 ildən sonra şikayətə “baxıb” və. ..“Apellyasiya Şuraları haqqında nümunəvi əsasnamə”nin 1.9.4 (şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) bəndini əsas tutub şikayətə baxmaqdan imtina edib. Xatırladaq ki, həmin əsasnamə dəyişdirilərək, 1.7-1.9 bəndləri 05.04.2018-ci ildə Prezident sərəncamı ilə əlavə olunub. Yəni ƏMDK Apellyasiya Şurası 3 il gözləyib ki, əsasnamə dəyişsin və şikayətə baxılmasından imtina etsin (?). Eyni zamanda sözügedən “əsas”ın gerçəkdə bəhanədən başqa bir şey olmadığı üzə çıxır. Nədən, birincisi, axı məhkəmənin 10 ildir qanuni qüvvəyə minmiş qərarı şikayətçinin xeyrinədir və bu qərara görə əlil-sahibkara sahibkarlıqla məşğul olmağa yer ayırmağa borclu ƏMDK və Nizami RİH, Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri borcludur .İkincisi, burada korrupsiya faktı göz önündədir və bu faktla bağlı daxil olan şikayətin baş prokurorluğa göndərilməsi qanunun tələbidir. Ən başlıcası, axı, sözügedən bənd əsasnaməyə 2 il 2 aydan sonra daxil edilib, niyə bu 26 ayda şikayət araşdırılmayıb? ƏMDK Apellyasiya Şurasının bu qanuna zidd cavabından Prezident yanında Apellyasiya Şurasına şikayət verilib və 4-cü aydır araşdırılır ..
Sadaladığımız və sadalamadığımız faktlar Apellyasiya Şuralarının nəinki sahibkarlığa dəstək olmalarını, əksinə mane olduğunu deməyə əsas verir. Fikrimizcə, formal xarakter daşıyan belə şuralardansa korrupsiya ilə mübarizə komissiyasının işini gücləndirmək daha effektli olardı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-05-2019, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-05-2019, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01