reklam
Regionxeberlericom.az » Gündəm » Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ

reklam

Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ


Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib.

Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.


Paylaş:


Müəllif : Tarix:
17-10-2020, 09:12
Sikayət   


loading...
Загрузка...