reklam
Regionxeberlericom.az » Gündəm » “Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” – Rus ekspert

reklam

“Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” – Rus ekspert


“Azərbaycanın Dağlıq Qarabağda xarici döyüşçülərdən istifadə etməsi barədə məlumatlar əsassız şayiələrdir”.

Bu sözləri rusiyalı jurnalist, eyni zamanda politoloq Maksim Şevçenko Ura.ru-ya açıqlamasında deyib. Onun sözlərinə görə, əksinə, erməni tərəfi antitürk koalisiyası yaratmaq üçün başqa ölkələrdən olan könüllülər müraciət edib.

“Mən sizin vasitənizlə bütün jurnalistlərə müraciət edirəm. Böyük maliyyə ehtiyatına, müasir silahlara və NATO standartlarına uyğun olaraq qurulmuş orduya sahib olan müasir bir dövlətin bu (xarici döyüşçülər istifadə) nəyinə lazımdır? Heç kim bu suala cavab verə bilməz, çünki Azərbaycanın buna ehtiyacı yoxdur ”, - deyə Şevçenko vurğulayıb.

Politoloq əlavə edib ki, Ermənistanın Türkiyəyə qarşı vahid cəbhə yaratmaq üçün muzdlulara ehtiyacı var. “Xüsusilə kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur. Bundan əvvəl Ermənistan elan etmişdi ki, Azərbaycan Dağlıq Qarabağda əfqan yaraqlılarının xidmətlərindən istifadə edir. Əfqanlar Əfqanıstandan kənarda döyüşməyə son dərəcədə həvəssiz yanaşırlar. Deməli, onların döyüşlərdə iştirakı yalandır”, - deyə Şevçenko bildirib.


Paylaş:


Müəllif : Tarix:
19-10-2020, 16:37
Sikayət   


loading...
Загрузка...