Düşmənin son çırpıntıları və üstəlik: “Artıq 5+2 planı mümkün deyil” - GƏLİŞMƏ
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları uğurla davam edir. Azərbaycan Ordusu davam edən əməliyyatlar çərçivəsində çox sayda kənd, strateji əhəmiyyətli obyekt və yüksəklik, həmçinin Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini işğaldan azad edib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda görə, Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib. 400 nəfərlik hərbi birləşmənin əksər hissəsinin zərərsizləşdirildiyi bildirilir.
Bu tərəfdən isə, Rusiya və bəzi xarici dairələr hələ də 5+2 formatında (“Lavrov planı”) üzərində israr edir. Məlumat üçün qeyd edək ki, “Lavrov planı” Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın 2012-ci ildə Tatarıstanın Kazan şəhərində keçirilən görüşü zamanı razılaşdırılıb. Plana əsasən, ilk mərhələdə 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib.
Digər diqqət çəkən məqam isə Emənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın bugünlərdə, Azərbaycan Ordusunun son uğurları ilə bağlı verdiyi açıqlamasıdır. Belə ki, Ovannisyan Ermənistanın “Birinci kanal”ına müsahibəsində Azərbaycan Ordusunun cəbhənin cənub istiqamətində güclü zərbələr endirdiyini və genişmiqyaslı hücuma keçdiyini deyib. Bildirib ki, şəxsi heyət sayı və müasir hərbi texnika baxımından Azərbaycan Ordusu üstün vəziyyətdədir.
Belə bir məqamda, yenidən 5+2 formatına qayıtmaq realdırmı? Bu qədər hərbi uğurdan sonra “Lavrov planı”na razılıq verməyimiz mümkündürmü?
Hərbi ekspert Ədalət Verdiyev AYNA-ya açıqlamasında deyib ki, sözügedən plan indiki halda mümkün görünmür: “Çünki əvvəlki dövrlərdə müzakirə edilən status-kvo bizim üçün keçərli idi. Amma Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən vurulması və Azərbaycana dəyən böyük zərərlərdən sonra bu danışıqların predmeti ortadan qalxır. Artıq gedişat 5+2 planı ilə olmayacaq. Əgər, ermənilər təkliflərlə razılaşıb, ilkin atəşkəsdə qoşunlarının işğal olunmuş ərazilərdən çəkilməsinə razılıq versəydilər, hansısa danışıqlar və qəbul olunmuş prinsiplərdən söhbət gedə bilərdi”.
“Amma Prezidentin də dediyi kimi, artıq status-kvo yoxdur və Azərbaycan Ordusu status-kvonu dağıdıb. Yəni, biz həmin mövzunun danışıqlarında yoxuq. Sadəcə, meyitlərin və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəsə razılıq verilə bilər ki, bu da müharibələrdə mümkün olan proseslərdir. Amma əvvəlki danışıqlara və formata qayıtmaq mümkün görünmür. Çünki bu, indiki məqamda Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana”, - müsahibimiz bildirib.
“Real planlar haqqında təbii ki, heç kimin dəqiq məlumatı ola bilməz. Amma hadisələrin məntiqi gedişatı göstərir ki, Azərbaycan Ordusu əvvəllər yalnız Füzuli və ya Cəbrayıl rayonları istiqamətində əməliyyatlar aparıb kəndləri işğaldan azad edirdisə, indi 4 rayon istiqamətində eyni vaxtda mübarizə aparır və bir şəhər mərkəzini qonşu rayonların kəndləri ilə birgə azad edir. Bu da onu göstərir ki, temp artıb, Ermənistanın qüvvəsi əvvəlki ilə müqayisə olunmaycaq dərəcədə azalıb və müqaviməti qırılıb. Qubadlı və Xocavəndin isə azad edilən yaşayış məntəqələrinə qonşu rayonlar olması, hər ikisinin də çox yaxın günlərdə azad edilməsi ilə nəticələnəcəyini deməyə əsas verir və bu, labüddür”, - Verdiyev vurğulayıb.
Ekspert Ermənistan rəhbərliyinin artıq öz məğlubiyyətlərini qəbul etdiyini də diqqətə çatdırıb: “Çünki onların başqa yolları qalmayıb. Ermənistan tərəfi 30 ilə yaxın işğal edilən ərazilərdə oturub özlərinin məğlubedilməz olması ilə bağlı mif yaratmışdılar. Lakin bu mif Ordumuzun qısamüddətli hücumları nəticəsində darmadağın edildi və buna heç bir şübhə yoxdur”.
“Ovannisyanın da bunu etiraf etməkdən başqa çarəsi qalmayıb. Çünki vizual görüntü çox şeyi həll edir. Ermənistanın məhv edilən texnikasının sayına baxanda bunu açıq-aşkar görmək mümkündür. Məsələn, yayılan görüntülərdə təkcə bir kadrda ermənilərə məxsus 50-yə yaxın zirehli texnikanın vurulduğu görülür. Bu, artıq Ermənistan üçün ölümcül nəticələr deməkdir. Göründüyü kimi, yaxın günlərdə onların döyüşmək və müqavimət göstərmək üçün qüvvələrinin yetərli olmayacağı birmənalıdır və bu, artıq şərtə çevrilib”, - mütəxəssis fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11