Kamikadze PUA-larımız hərb tarixini dəyişdi - Düşmənin məhv edilən “S-300”ləri
Ermənistanın silahlanmasında "S-300" PS və "S-300" PT modelləri mövcuddur. Bunlar köhnə modellərdir, atış uzaqlığı elə də çox deyil. "S-300" PT-in yaradılmasına 1978-ci ildə başlanılıb. Seriyalı istehsala isə 1981-ci ildə qəbul edilib. Bunların 75 km-ə qədər məsafəsi var. Məhv etdiklərimizin arasında "S-300" PS var idi. Bunlar isə 1983-cü ildə silahlanmaya qəbul edilib. 90 km-ə qədər məsafədə hava hədəflərini məhv etmək üçün nəzərdə tutulur.
Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov düşmənin dörd “S-300” zenit-raket kompleksinin məhv edilməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan silhalı qüvvələrinin məhv edilən raket kompleksləri arasında ən bahalıları S-300-lər hesab olunur:
"S-300"lərin Ermənistan ərazisində həm İrəvan ətafında, həm də işğal altında olan Azərbaycan ərazilərində çıxış nöqtələri var. Şuşa ətrafında, Qubadlı istiqamətində yerləşdirilməsinə dair məlumatlar var idi. Həmçinin, onun radiolokatoru Xocalı istiqamətində idi. Azərbaycan Ordusu döyüş əməliyyatlarının ilk günündən başlayaraq "S-300"ləri hədəfə aldı. Onun görüntülərini Azərbaycan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videolardan da gördük. Bu hava hücumundan müdafiə sistemləri kamikadze PUA-ların tətbiqi ilə məhv edildi. "S-300" zenit-raket komplekslərinin əsas təyinatlarından biri təyyarə, helikopter, ballistik raketlərlə mübarizə olmaqla yanaşı, eyni zamanda PUA-ların da məhv edilməsidir. Bu gün Azərbaycan Ordusu kamikadze PUA-ların tətbiqi ilə "S-300"ləri məhv edərək hərb tarixində dəyişikliyə imza atdı. "S-300" sıradan zenit-raket kompleksi deyil. Dünyada brend sayılan komplekslərdəndir. Bunun məhv edilməsi qarşıdakı döyüşlərin də taleyində yeni yanaşmaların tətbiqinə imkan verir. Burada "S-300"lərin tək özünün deyil, eləcə də radiolokasiya qurğularının sıradan çıxarılmasına diqqət yetirməliyik. Müdafiə Nazirliyi bunlardan birini göstərdi. Bahalı radiolokasiya stansiyası idi. Oktyabrın 10-da Xocalı şəhəri yaxınlığında yerləşdirilmiş 19J6 (ST-68U) radiolokasiya stansiyası da məhv edildi. Keçmiş sovet istehsalı olan RLS Ermənistanın “Patenş” zavodunun Rusiya müəssisəsi ilə əməkdaşlığı çərçivəsində təkmilləşdirilib. Ermənistan mediasında yer alan məlumatlara görə, modernləşdirildikdən sonra “Qarni” adı almış RLS-in analoq blokları yeni rəqəmsal bloklarla əvəz edilib, həmçinin, müasir elektron avadanlıqlar tətbiq olunub. Rəsmi məlumatlara görə, müasirləşdirmədən sonra RLS Ermənistan HHM qoşunlarının avtomatlaşdırılmış idarəetmə sistemi ilə inteqrasiya edilib. Bu radiolokasiya sistemi S-300 kompleksindən xeyli uzaq məsafədə yerləşdirilmişdi. Azərbaycan Ordusu yüksək dəqiqliklə onu məhv etdi".
Hərbi ekspert bildirib ki, "S-300"lərin qiyməti ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Onun sözlərinə görə, modellərdən asılı olaraq adıçəkilən zenit-raket kompleksinin qiymətləri fərqlənir:
"Ermənistan üçün bu bahalı sistemdir. Təxminən 200 milyon dollara qədər sistemləri məhv edildi. "S-300" zenit-raket kompleksi potsovet məkanında Azərbaycan, Ermənistan, Qazaxstan, Ukrayna və Belarus hava hücumundan müdafiə qoşunlarının silahlanmasında mövcuddur. Onun fərqli modifikasiyaları var. Ölkəmizdə olan daha müasir "S-300 PMU2"dir. Bu, 1990-cı illərdə istehsal olunub. Ermənilərdə isə 1980-ci ilin əvvəllərində istehsal olunan komplekslərdir. İndiyə qədər dünyada hərbi əməliyyatlarda "S-300"lərdən yalnız Suriyada istifadə edilib. Orada "S-300"ün vurulmasına dair məlumatlar olsa da, rəsmi olaraq təsdiqini tapmayıb. Belə ki, vurulması ilə bağlı görüntü və təsdiqedici faktlar göstərilməyib".
"Ermənilər müəyyən dövrlərdə xəritə hazırlayıb yaymışdılar ki, guya "S-300"lər nəin ki, Ermənistan səmasını, hətta Gorus və Qafan tərəfdə yerləşdirilənlərlə Naxçıvanın hava məkanına da təhdid yarada bilirlər. Düşünürəm ki, müəyyən sayda "S-300"ün məhv edilməsindən sonra düşmən bu kompleksləri Qarabağda yerləşdirməyəcək. Bu bahalı kompleksləri respublikanın öz ərazisini qorumaq üçün saxlayacaq. Onlar "S-300"lərin radiolokasiya sistemlərini divizionlardan tam uzaq məsafədə müxtəlif ərazilərdə yerləşdiriblər. Düşmənin məhv etdiyimiz "S-300" PS versiyalarından başqa "S-300" PT versiyaları da var. Onlar İrəvanın cənubunda bəlli mövqelərdə yerləşdirilib. Onların fotoları da yayılmışdı. 2012-ci ildə Ermənistan tərəfi modernizasiya edilən "S-300" PT buraxıcı sistemlərini təlimlərdə istifadə etdiyini açıqlamışdı. Bundan başqa Ermənistanın ölkəmizlə sərhəddə 2 ədəd "S-300" PS divizionu var. Onlardan biri Gorusda, digəri isə Kaxmutda yerləşir", - deyə R.Süleymanov vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 17:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 17:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24