reklam
Regionxeberlericom.az » Gündəm » “Qeyd-şərtsiz atəşkəs ola bilməz” – Ali Baş Komandan

reklam

“Qeyd-şərtsiz atəşkəs ola bilməz” – Ali Baş Komandan


“Qeyd-şərtsiz atəşkəs ola bilməz. Atəşkəs yalnız Ermənistan rəhbərliyinin öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracağı barədə bəyanatından sonra ola bilər”.

Bunu prezident İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərləri və hərbi birlik komandirləri ilə keçirdiyi operativ müşavirədə bildirib.

“Ermənistana havadarlıq edənlər bizdən atəşkəs istəyirlər. Biz bunu hansı səbəbdən etməliyik? 27-28 il daha başımızı aldatsınlar deyə? Biz boğaza yığılmışıq. Ermənistanı silahlandırırdılar və bu gün də silahlandırırlar. Bizdə Ermənistana silah göndərişlərinin davam etdirilməsi haqqında bütün məlumatlar var. Biz hansı reyslərin hansı şəhərlərdən uçduğunu və içində nə olduğunu bilirik.

Sentyabrın 27-də döyüş əməliyyatları başladıqdan etibarən Azərbaycan ordusu 300-ə yaxın Ermənistan tankını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir.

Haradandır bu? “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi,

çoxdan torpaqlarımız işğalçılardan azad olunardı”, deyə Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazisinə keçirməyi planlaşdırmır.

“Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik”.


Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 08:12
Sikayət   


loading...
Загрузка...