KTN-də 32 milyonluq maxinasiyanın başında kimlər durur? - Qarabağ Aqrar Sənaye Kompleksində müəmma
Bərdə rayonunda 2013-cü ildə istifadəyə verilən Qarabağ Aqrar Sənaye Kompleksi qısa zaman sonra proqnozları doğrultmadı. Dövlətin 32 milyon (o zamankı ekvivalentlə 40 milyon dollar) manat vəsaiti hesabına 30 hektarlıq ərazidə inşa edilən kompleksin həm inşası, həm də sonrakı istehsal prosesindəki maxinasiyalar Azərbaycanın ən böyük Aqrar Müəssisəsini iflasa uğratdı.
regionxeberlericom.az-un AzFakt.com-a istinadən əldə etdiyi məlumata görə Qarabağ Aqrar Sənaye Kompleksinə ötən ilin əvvəlində sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən ezam edilən Əhməd adlı türk iş adamının müəssisədə apardığı audit zamanı milyonlarla manatın büdcədən gizlədildiyi, kompleksin fermalarındakı xarici sort inəklərin kütləvi formada dəyişdirildiyi aşkar olunub. Aparılan auditdən sonra Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayevdən müəssisədən mənimsənilən külli miqdarda pulların geri qaytarılması tələb edilib.
Məlumata görə Vahid Rzayev paytaxtda ona məxsus olan bir neçə bahalı mənzillərini sataraq dövlətə olan külli miqdarda borcdan cüzi də olsa ödəyib. Lakin sonradan Kənd Təsərrüfatı nazirliyində olan yüksək vəzifəli şəxslərin (iddialara görə Kompleksin direktorunun həmin şəxslərlə qohumluq əlaqələri var) dəstəyi ilə Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayev dövlətə olan borcun ödənilməsini “dondura” bilib.
Xatırladaq ki, 2017-ci ildə “Aqrolizinq” ASC “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması, borcun tutulması” tələbi ilə Qarabağ Aqrar Sənaye Kompleksini məhkəməyə vermişdi. “Aqrolizinq” ASC-nin müəssisəyə qarşı qaldırdığı iddia məhkəmə tərəfindən qismən təmin edildi.
Hazırda Qarabağ Aqrar Sənaye Kompleksinin istehsal gücünün həddindən artıq zəiflədiyi, hətta öhdəliklərini, işçilərinin maaşlarını vaxtında ödəyə bilmədiyi qeyd edilir.
Qarabağ Aqrar Sənaye Kompleksi ətrafında baş verən digər şübhəli məqam isə ötən ilin yanvar ayında müəssisənin nizamnamə kapitalına dəyişiklik etməsidir. Belə ki, 2013-cü ildə 32 milyon manat nizamnamə kapitalı ilə təsis edilən Qarabağ Aqrar Sənaye Kompleksi 2018-ci ildə kəskin dəyişiklik edərək nizamnamə kapitalını 12 manata endirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2019, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2019, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36