Döyüşmək istəmədiyi üçün ayağından güllələnən erməni əsgəri: - “Övladlarınızı Qarabağa göndərməyin!..”
Ermənistan rəhbərliyi hər cür yalan və əyri yollarla öz vətəndaşlarını Qarabağda müharibəyə getməyə, daha doğrusu, ucuz ölümə göndərməyə çalışarkən, zorla cəbhəyə çağrılanlar arasında narazılıq qartopu kimi getdikcə böyüyməkdədir.
Musavat.com artıq müharibə bölgəsində yerdəyişmə əmrini yerinə yetirməkdən açıq şəkildə imtina edən erməni hərbi hissələrdəki iğtişaşlar barədə məlumat verib. Təhdid və həbs hədələri altında adamları cəbhəyə getməyə məcbur etməyə çalışan Ermənistanda bundan ötrü hərbi polis qüvvələrindən istifadə olunur. Lakin hərbi polis ilk fürsətdə erməni əsgərlərinin qaçıb dağıldığı Qarabağda bu işin öhdəsindən gəlməkdə acizdir.
Sosial mediada həmin hərbçilərdən birinin erməni dilində müraciəti yayılıb. Belə ki, Ermənistanın Çarentsavan şəhərindən hərbi xidmətə çağırılan Vahe Abrahamyan Qarabağdakı cəbhənin bir hissəsində döyüşməkdən imtina etdiyinə görə ölümün onu labüd olaraq gözlədiyi ən bərbad yerə, məqsədli şəkildə köçürülüb. Abrahamyan silahını səngərdə qoyub oranı tərk etmək istəyib. Lakin komandiri bunu görüb. Müharibə dövrünün qanunlarına görə, o, sadəcə güllələnməli idi. Ancaq erməni komandir sözün həqiqi mınasında dəhşətli bir qərar verib: Vahenin ayaqlarına güllə atıb və səngərdə onu ölmək üçün qan içində ataraq gedib.
Fəqət, tale başqa cür gətirib və o, sağ qalıb. Ardınca erməni səfərbərliyi ilə bağlı qəddar gerçəklikləri ifşa edib. Bu da ondan ibarətdir ki, Ermənistandan olan gənclər öz vətənləri hesab etmədikləri Qarabağ uğrunda vuruşmaq istəmirlər. Onlar artıq başa düşdülər ki, Qarabağ Azərbaycandır! Ermənistan rəhbərliyinin də bunun anlamasına çox az qalıb.
Vahe Ermənistanın gənc vətəndaşlarının həyatını xilas etməyə və onları Qarabağ cəbhəsinə göndərilməsinə icazə verməməyə çağırır.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2020, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-10-2020, 12:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01