Terrorçu elan edilən Vova Vartanov kimdir? – “Kəlbəcəri vermək intihardır”
Noyabrın 3-də Azərbaycan Baş Prokurorluğu VOMA təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərəfində döyüşən terrorçular adlandırıb.
Öz növbəsində ermənilər iddia edirlər ki, VOMA, sadəcə, gənclərin tərbiyəsi ilə məşğul olan hərbi-vətənpərvərlik birliyidir.
2019-cu ilin fevralında Vova Vartanov Yerevanda Turan agentliyinə verdiyi müsahibədə öz fəaliyyətinin detallarını, təşkilatının məqsədlərini açıqlamışdı və öz döyüş təcrübəsindən danışmışdı.
Beləliklə, Qarabağ hərəkatının başlanması ilə hərbi təcrübəsini nəzərə alaraq, Vartanova Ermənistanda və Qarabağda özünümüdafiə dəstələrinin təşkili tapşırılıb (BKİ xüsusi təyinatlı qoşunlarında xidmət edib).
“1989-cu ilin noyabr-dekabr aylarında biz ilk dərin kəşfiyyat dəstəsini yığdıq və ilk dəfə 1990-cı ilin yanvarında Azərbaycanın Qazax rayonuna çıxdıq. Digər əməliyyatlarımız haqqında danışmayacağam” deyən Vartanov müxtəlif əməliyyatlarda və döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqləyib, amma onlar haqda məlumatı açıqlamayıb.
“1992-ci ilin yanvarında döyüş dəstələrinin formalaşdırılmasına başlanıldı, sonradan onlar erməni ordusunun tərkibinə daxil oldular. O zaman mən müdafiə naziri Vazgen Sarkisyanın müşaviri idim və onun yanında xüsusi dəstənin üzvü idim. Bizim vəzifəmiz erməni kəşfiyyatının taktiki və strateji məsələləri idi”, -Vartanov deyib.
Döyüş əməliyyatlarından birinin məzmununu açıqlamaq xahişinə cavab olaraq Vartanov bir qədər düşündükdən sonra deyib ki, 1990-cı ilin yanvarında onun qrupu sovet ordusunun hərbi sursatların çıxarılması haqda məlumatı yoxlamaq üçün Qazax rayonuna daxil olub. “Rəsmi versiyaya görə, sovet qoşunları hərbi sursatları və silahları Gürcüstana aparırdılar. Amma biz Qazaxa daxil olduq və müəyyən etdik ki, hərbi sursatlar Ermənistandan Azərbaycana, Qazaxdan onlarla kilometr məsafədə yerləşən anbarlara daşınıb”, - Vartanov deyib.
Bu gün o, niyə gəncləri hərbi əməliyyatlara hazırlayır, sağ qalmaq məharəti öyrədir, Azərbaycanla müharibə aparmaq zərurətindən danışır? Bu suala cavabda Vartanov deyib ki, o, döyüş yoldaşları ilə birlikdə sağ qalmaq kursları təşkil edib, onların hərbi təyinatı da var: soyuq və odlu silahla davranış, ekstremal şəraitdə sağ qalmaq bacarığı.
Yetişdirdiyi gənclərin Azərbaycanla mümkün müharibədə iştirak edib-etməyəcəyi barədə dəqiqləşdirici sualın cavabında Vartanov deyib ki, onlar artıq 2016-cı ilin aprel müharibəsində iştirak ediblər.
“Yetirmələrim Qarabağın cənubunda və şimalında döyüşlərdə könüllü kimi iştirak ediblər və özlərini yaxşı göstəriblər və Azərbaycan qüvvələrinin irəliləməsini dayandırmağa kömək ediblər”, - o qeyd edib.
“Azərbaycan ordusunun bugünki döyüş qabiliyyətini necə qiymətləndirirsiniz?” sualına Vartanov belə cavab verib: “Düzünü desəm, ciddi qiymətləndirirəm. Sizin orduya xərclədiyiniz pul nəticə verməyə bilməzdi. Ordunuz pis deyil - normal silahlar, təlim. Xoşuma gəlir, amma sizdə motivasiya problemi var”.
Ermənilərin belə müasir silahları yoxdur və Azərbaycanda olduğundan azdır, ancaq bizim də silahımız çatır və biz yüksəkliklərə nəzarəti saxlayırıq. Bu isə təkcə sizin yox, Osmanlı ordusunu da dayandırmaq üçün ən vacib şeydir. Ermənilərin və azərbaycanlıların motivasiyası nə ilə fərqlənir? Sizin motivasiyanız incimiş heysiyyatınızdır, belə ki, say üstünlüyünüzə baxmayaraq, müharibədə sizə qalib gəldilər, bizdə isə sağ qalmaq arzusu”,- Vartanov deyib.
1994-cü ildə atəşkəs imzaladıqdan sonra 1995 və 2016-cı illərdə və Naxçıvan istiqamətində döyüşlər zamanı ermənilərin yalnız geri çəkilməsini və ərazi itirməsini necə izah etmək olar? Onların motivasiyası güclüdürsə, niyə belə oldu?
Vartanov bunu Azərbaycan qüvvələrinin dəfələrlə üstün olması ilə izah edir. “Yalnız ilk dövrlərdə belə ola bilər. Bu, ilk hücum edənin üstünlüyüdür. Amma sonradan motivasiya, qoşunların təlim səviyyəsi işə düşür”.
“Mən insan itkisindən qaçmaq üçün 2016-cı ilin aprelində sizə təslim etdiyimiz məntəqələrə qarşıdan hücum etməyin əleyhinə idim. Sizin gözləmədiyiniz başqa yerləri götürmək və sonra mübadilə təklif etmək olardı. Amma Ermənistan rəhbərliyi bu ideyadan imtina etdi və Moskvadan daxil olan əmri yerinə yetirdi”.
Azərbaycanla razılıq əldə edib Qarabağ ətrafındakı əraziləri azad etmək və əvəzində nə isə almaq, münasibətləri yoluna qoymaq və normal şəkildə inkişaf etmək yaxşı olmazdı? Axı yeni müharibə olsa və ermənilər ərazi itirsələr, onda əvəzində çətin nə isə almaq olar. Ermənistanda belə bir ssenari ehtimalı var?
Həmsöhbətimiz belə deyib: “Mən razı deyiləm ki, istənilən sülh müharibədən yaxşıdır. Bu torpaqları götürsəniz, bununla kifayətlənməyəcəksiniz. Sizin Türkiyə ilə birləşməyinizə imkan verməyən Ermənistan var, siz isə Yerevanı götürməyə hazırlaşırsınız”.
Ermənistanda da Gəncənin və Kürə qədər olan ərazilərin götürülməsi, talışları və ləzgiləri ayağa qaldırıb Azərbaycanda federasiya yaradılması haqda danışıldığı barədə iradla bağlı Vartanov birbaşa cavabdan yayınaraq deyib ki, Azərbaycanda İsveçrə kimi milli kantonlardan ibarət olan federasiya yaratmaq lazımdır.
“Bu, sizin təcavüzkar olmağınıza imkan verməyəcək. Niyə ermənilərə, talışlara, ləzgilərə və avarlara muxtariyyət yoxdur? Sizin yeganə variantınız Qarabağ ermənilərini Azərbaycanda qalmağa cəlb edərək, federativ dövlətə çevrilmək idi”, - Vartanov hesab edir.
Ermənilərin və azərbaycanlıların bir-biri ilə uyğunsuzluğunun nədə olduğu barədə suala cavabda o deyib ki, mentallıq fərqlidir. “Sizdə köçərilik, bizdə isə oturaqlıq mentallığı var. Buna görə bizim birlikdə yaşamağımız çətindir”, - o dəqiqləşdirib.
Bəs Ermənistanda azərbaycanlılara qarşı qanunsuz əməllər olmayıb? Bu suala cavabda həmsöhbətimiz belə cavab verib: “Bilmirəm, bəlkə də olub. Amma Bakıdakı, Sumqayıtdakı kimi vəhşiliklər olmayıb”, - o inandırmağa çalışıb.
Quqarkda azərbaycanlıların kütləvi qətli haqda suala cavabda o deyib ki, belə bir şey olmayıb.
Bu, ermənilərin azərbaycanlılara qarşı hərbi cinayətlər törətmədiyi deməkdirmi? Bu sualın cavabında o deyib: “Əminəm ki, törədiblər, çünki hamıya nəzarət etmək mümkün deyildi. Əminəm ki, hərbi cinayət adlandırıla biləcək aktlar olub. Amma bizdə mülki əhaliyə qarşı cinayət olmayıb”, - Vartanov iddia edib.
Sabah yenə müharibə olsa, onun yetişdirmələri, Ermənistana gedib onun hərbi düşərgələrində təlim keçən ermənilər cəbhədə döyüşəcəklərmi? Bu suala cavabda Vartanov deyib ki, “hamısı döyüşəcək”.
Sülh bağlayıb, ərazilərin bir hissəsini qaytarıb Azərbaycanla münasibət qurmaq daha yaxşı olmazdı? Buna cavabda Vartanov deyib ki, bu, qeyri-mümkündür. “Hansı rayonu və nə ilə dəyişdirmək olar? Heç birini.
Kəlbəcəri vermək intihardır. Bu, bizi bölmək və ayrı-ayrılıqda məhv etmək imkanı əldə etmək deməkdir. Biz bu axmaqlığı etməyəcəyik. Qubadlı, Laçın, Zəngilan da eyni şeydir.
Cəbrayıl, Füzuli Kür çayının vadisidir, onları güzəştə getsək, bu, sizə böyük zirehli texnika, piyada, artilleriya qüvvələri ilə manevr etmək, Qarabağı cinahdan mühasirəyə almaq imkanı vermək deməkdir. Füzulini götürməklə siz elə bir yerə çatacaqsınız ki, ən primitiv mərmilərlə Qarabağı atəşə tuta bilərsiniz, Ağdam da eynilə”, - Vartanov bildirib.
Yəni, ermənilər Qarabağ ətrafında heç nəyi qaytarmayacaqlar? Buna həmsöhbətimiz belə cavab verib: “Nəyisə qaytarmaq olar, sizin bütün zirehli texnikanıza - 560 tank, bütün artilleriya və raketlərinizin müqabilində sizə nə isə güzəştə gedə bilərik”, - Vartanov konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Ermənilərin neçə faizinin belə düşündüyü barədə suala həmsöhbətimizin cavabı 85 faiz olub.
Bu müsahibəyə Vartanovun demədiyi bir şeyi də əlavə etmək lazımdır. O, fevralın 25-26-da Naxçıvanik kəndi ərazisində yerləşən dəstələrdən birinin komandiri olub və azərbaycanlı əhalinin Xocalıdan deportasiyasını izləyib. Belə güman etməyə əsas var ki, onun dəstəsi təkcə Azərbaycan qüvvələrinin əks-hücumunun qarşısını almayıb, hətta yüzlərlə dinc sakinin məhv edilməsində iştirak edib.
YouTube-da özünün çoxsaylı video-müsahibələrində Vartanov açıq şəkildə Azərbaycandakı milli azlıqları Azərbaycan hakimiyyətinə qarşı silahlı üsyana çağırır. O həmçinin bəyan edir ki, ermənilər yeni əraziləri tutmalı və Ermənistanın Azərbaycanla yeni sərhəddi Kür çayı olmalıdır.
2020-ci ilin sentyabrında hərbi əməliyyatlar başlamazdan öncə Vartanov ildə bir neçə dəfə Kəlbəcərdə toplanışlar təşkil edib, xarici erməniləri dağlarda və konkret olaraq Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarında təxribat işləri və döyüş əməliyyatları aparmağı öyrədirmiş.
Bütün bu hərəkətlər və çağırışlar Azərbaycan Cinayət Məcəlləsinin (həm də təkcə Azərbaycanın yox) terrorizmə, milli ədavətin qızışdırılmasına, ölkənin ərazi bütövlüyünün pozulmasına və muzdluluğa görə cəza nəzərdə tutan maddələrinə düşür.
Nəhayət, son olaraq sentyabrın 27-də Vartanov hərbi dəstənin tərkibində Qarabağa gedib və oktyabrın 2-dən hərbi əməliyyatlarda iştirak edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2020, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-11-2020, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25