AZƏRBAYCAN ORDUSU DÜŞMƏNİN “HƏYAT YOLU”nu BAĞLAYIB - “Ermənistan Qarabağın mərkəzi hissəsi uğrunda savaşda da məğlub olub”
Şanlı Ordumuzun zəfərləri xarici mətbuatın və hərbi ekspertlərin də diqqət mərkəzindədir.
Tanınmış ukraynalı hərbi ekspert Yuri Butusov son günlər Qarabağ cəbhəsində baş verənlərlə bağlı Ukrayna mətbuatında çıxış edib.
Ekspert hazırda cəbhədə baş verənlərlə bağlı malik olduğu məlumatlara əsaslanaraq yazdığı məqalədə Azərbaycan Ordusunun Qarabağdakı ermənilərin “həyat yolu”nu bağladığını” bildurib. Yazıda bildirilib ki, Azərbaycan Ordusu faktiki olaraq, Qarabağdakı əsas strateji mövqelərə yiyələnib: “Ermənistan Qarabağın mərkəzi hissəsi uğrunda savaşda da məğlub olub. Noyabrın 5-i gecə Azərbaycan Ordusunun hissələri həlledici Laçın-Şuşa magistralını bağladı və strateji uğura nail oldu. Çünki bu yola giriş erməni müdafiəsini iki yerə bölür.”
Y.Butusov yazır ki, Qarabağdakı erməni hərbi birləşmələrinin yeganə təchizat yolu olaraq, “Vardenis-Mardakert yolu”(Vardenis-Ağdərə yolu-red.) qalıb: “Bu yol isə müharibənin əvvəlindən Azərbaycan tərəfinin atəşi altındadır.”
Ekspert sonda bildirir ki, erməni tərəfi nə qədər müqavimət göstərməyə çalışsa da, Azərbaycan Ordusu irəliləməkdə davam edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 14:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01