“Keşiçki Dağ” ətrafında gərginlik – pərdəarxsındakı dirijor kimdir?
Son günlər Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” (“David Qareci”) monastır kompleksi ətrafında gərginlik davam edir. Daha doğrusu, Gürcüstandakı bir sıra dairələr bilərəkdən, yaxud bilməyərəkdən gərginliyi körükləyirlər. Belə ki, mayın 6-da Gürcüstanın bir qrup gənc fəalı kompkeksə yaxın ərazidə simvolik zəncir aksiyası keçiriblər. Əl-ələ tutan gürcülər Gürcüstanın dövlət himnini oxuyub, “Bu ərazilər Gürcüstanındır” şüarını səsləndiriblər.
Onların təşkilatlandırıldığı və yüksək səviyyədə himayə olunduğu isə şübhəsizdir. Ən azı ona görə ki, ortada rəsmi Tiflisin iradəsi olmasa, mülki şəxslər dövlət sərhədinədək irəliləməz, burada icazəsiz aksiya keçirməzdilər. Aktivistlər yaydığı açıqlamalarında iddia ediblər ki, bu aksiya ilə monastırın olduğu ərazinin “Gürcüstanın tarixi ərazisi” olduğunu “sübut ediblər”.
Gürcülər Gürcüstanda və Azərbaycanda yaşayan əhaliyə “Keşikçidağ”ın “Gürcüstanın olduğunu” göstərmək məqsədilə sözügedən əraziyə toplanıblar və orada monastıra gedən yolun bağlanmasının iki dost, qonşu olan ölkələrə zərər gətirəcəyini iddia ediblər. Amma əslində Gürcüstan gəncləri nə qədər ciddi səhv etdiklərini anlamayıblar. Onların hərəkətlərinin özü iki qonşu ölkənin münasibətlərinə xələl gətirən davranışdır. Üstəlik, sərhəddə hər hansı təxribat faciəvi sonluqla bitə bilərdi.
Gürcüstan tərəfdəki təxribatçı davranışlara baxmayaraq, Azərbaycan təmkinli siyasətini davam etdirir və məsələnin sakit şəkildə tənzimlənməsinə çalışır. Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Ponlisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətnlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gönrüşü keçirilib. DSX xəbər verir ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb. Görüşün dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyi bildirilir. Şübhə yox ki, görüş zamanı Keşikçidağ ətrafındakı vəziyyət əsas müzakirə mövzusu olub.
Azərbaycan xalqının necə sülhpərvər, dövlətin nə qədər tolerant olduğunu sübut etməyə ehtiyac yoxdur, tarix bunu dəfələrlə isbat edib. Elə mayın 6-da Qax rayonunda həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba bayramının qeyd olunması faktı növbəti sübut sayıla bilər. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edib. Bayram günü qədim alban məbədi olan Kürmük məbədi ziyarət olunub.
Kürmükoba bayramının qardaşlıq və sülh bayramı olduğunu deyən hüquq müdafiəçisi Əhməd Şahidov tədbirə qatılaraq multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirib və Qax rayonunu Azərbaycanda birgə yaşayışın parlaq örnəyi adlandırıb.
Qeyd edək ki, Kürmükoba bayramının adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Keçmişdə bu məbədin ən böyük ziyarətgahlardan biri olduğu və yerli əhalinin də burada mövsümi bayram kimi Kürmükoba bayramını qeyd etdiyi deyilir. Ziyarətə yerli sakinlərdən başqa, yaxın bölgələrdən, eləcə də Gürcüstandan gələn zəvvarlar da qoşulur. Ziyarət günü məbədə gələnlər Allaha sitayiş və dualar edir, şamlar yandırır, qurbanlar kəsirlər. Zəvvarlar məbədin yaxınlığında yerləşən qədim daşın üzərinə arzularını söyləyərək şam yandırırlar.
Düzdür, bir sıra hallarda gürcü şovinistləri alban məbədini də gürcüləşdirməyə cəhd göstərirlər, ancaq Azərbaycan dövləti yenə də gürcülərin bu ünvanı ziyarətinə mane olmur, əksinə, şərait yaradır. Üstəlik, müsəlmanların Ramazan ayına təsadüf etsə belə, məbəddəki tədbirə “yox” deyilməyib. Lakin gürcülər Qaxdakı alban məbədində bayram keçirdiyi zaman Gürcüstanın bir qrup şovinist gənci Azərbaycanla sərhəddəki “Keşikçidağ” məbədi ətrafında təxribatçı şüarlar səsləndirirdilər. Azərbaycan hökuməti dostluq və qardaşlıq üçün meydan ayırdığı halda, Gürcüstan tərəf nifaq salanlara aksiya izni vermişdi, bu da iki ölkənin fərqidir.
Xatırladaq ki, “Keşikçidağ” monastır kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiyasına dair danışıqlara hazır olduqlarını bildiriblər. Lakin yenidən aranı qızışdıran qüvvələr sakitliyi pozaraq ortaya ərazi iddialarını atıblar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Gürcüstan üçün bəzi xatırlatmalar etdi: “Gürcüstan hakimiyyəti və şəxsən prezident Salome Zurabişvili Azərbaycanla münasibətlərdə süni gərginlik yolunu seçib. Zurabişvili Bakıda bu mövzunu Prezident İlham Əliyevin diqqətinə çatdırdı. O, bununla kifayətlənmədi, daha sonra sərhədə gələrək ”34 faiz" söhbətini təkrarladı. Yəni rəsmi Bakı Zurabişvilini mesajını aldı, bununla məsələyə nöqtə qoymaq olardı. Azərbaycanın da marağındadır ki, strateji tərəfdaşı ilə sərhədin tamamını müəyyənləşdirsin. Məhz elə bu məqsədlə prezident sərəncam verərək peşəkar diplomat Xələf Xələfovu yenidən köhnə vəzifəsinə qaytardı. Əslində bu təyinatın özü Bakının Tiflisə mesajı idi ki, sərhədin müəyyənləşdirilməsi ilə bağlı danışıqları intensivləşdirəcəyik. Buna baxmayaraq, Gürcüstan hakimiyyəti və cəmiyyəti Azərbaycanla sərhəd mövzusunu gündəmin başlıca mövzusuna çevirib. Zurabişviliyə bütün rəsmilər və siyasi spektrin digər təmsilçiləri də qoşularaq Azərbaycana qarşı hədələyici açıqlamalar verirlər. Bu açıqlamaların ardı-arası kəsilmir, sanki Gürcüstanın bundan başqa ayrı problemi yoxdur. Zurabişvili artan gərginliyi yumşaltmaq əvəzinə, cəmiyyətin müxtəlif təbəqələrinin sərhəddə təxribatlarına şərait yaradıb".
E.Şahinoğlu bildirdi ki, Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyiblər, heç zaman azərbaycanlılar üçün muxtariyyət tələb etməyiblər: “Halbuki soydaşlarımız tarixi Azərbaycan torpaqlarında yaşayırlar. Ancaq azərbaycanlılar gürcülərə heç zaman arxadan zərbə vurmayıblar, bu haqda düşünməyiblər, abxazlar, osetinlər və ermənilərdən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünə qarşı xain planlar qurmayıblar. Üstəgəl, Azərbaycan Gürcüstanı özünə dost bilib, qonşu ölkəni bütün enerji layihələrinə cəlb edib, ucuz qaz satırıq, qazlaşdırmanı həyata keçirmişik, investisiyalar yatırmışıq. Yəqin rəsmi Tiflis düşünür ki, bu elə belə də olmalıdır, onsuz da Azərbaycan enerji layihələrinin dünya bazarlarına çatdırılmasında Gürcüstandan asılıdır və onlar bizə qarşı hansı tələbi irəli sürsələr, biz yerinə yetirmək məcburiyyətindəyik. Bunun belə olmadığını Gürcüstan hakimiyyətinə anlatmaq lazımdır”.
Politoloq rəsmi Bakının mövqeyindən də bəhs etdi: “Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bütün bəyanatları müdafiə mövqeyinə söykənir. Halbuki Gürcüstandan bizə yönələn təxribatlara gərəkli cavab verilməlidir, onlara diplomatik dildə izah edilməlidir ki, Azərbaycana qarşı bu cür davranış yolverilməzdir, torpaq güzəşti olmayacaq. Biz susduqca orada bəziləri azğınlaşır. Qeyri-diplomatik dildə isə onlara deyilməlidir ki, elə etməsinlər, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək. Əgər onlar məbədin az hissəsinə iddia edirlərsə, biz də tarixi torpaqlarımıza iddiamızı ortaya qoya bilərik”.
E.Şahinoğlu tarixə ekskurs edərək bunları xatırlatdı: “Gürcüstan yeni müstəqilliyini qazandıqda ilk prezidentləri Zviad Qamsaxurdiya millətçi şüarlarla çıxış edirdi, azərbaycanlıların sıxışdırılması prosesinə start verilmişdi. Ancaq Gürcüstanda hərbi çevriliş olanda Qamsaxurdiyanın ilk qaçdığı yer Gəncə oldu, bizə sığındı. Gürcüstanın indiki hökuməti də anlamalıdır ki, qonşularından yalnız Azərbaycana və Türkiyəyə etibar edə bilər, yox, əgər bunu anlamırsa, deməli, biz onlara bunu müxtəlif vasitələrlə anlatmalıyıq. Biz zamanında ermənilərə çox torpaq payı verdik, iştahları artdı, doymadılar, silahlandılar və minlərlə günahsız insanımızın qətli hesabına başqa torpaqlarımızı da işğal etdilər. Bu, bizə yaxşı dərs olmalı idi. Ona görə də Azərbaycan bundan sonra daha heç kimə torpaq payı verə bilməz və verməyəcək. Bunu gürcülərə qəti şəkildə anlatmaq lazımdır”.
Politoloq Qafar Çaxmaqlı isə bu fikirdədir ki, bəzi siyasi patronlar üçün Cənubi Qafqazda yeni münaqişələr yaratma imkanları tükənməyib: “Azərbaycanla Gürcüstan, yaxud Ermənistanla Gürcüstan arasında istənilən an münaqişəni alovlandırmaq olar. Bəlkə də müəyyən məqamlarda bunlar olacaq. Məsələ burasındadır ki, Gürcüstanı buna sövq etmək istəyirlər. Həm də həssas məsələ olan torpaq iddiaları ilə. Həmin ölkədə bəzi milliyyətçi qrupları bu illər ərzində hazırladılar. Balakən, Qax, Zaqatala rayonlarına rəsmi olmasa da, iddialar mövcuddur”.
“Keşikçidağ”la bağlı iddialara gəlincə, Q.Çaxmaqlı məsələnin bununla bitməyəcəyinə əmindir: “Görəcəksiniz, ardınca o birilər gələcək. Dediyimiz qüvvələr bilirlər ki, Azərbaycan da buna adekvat cavab verəcək. Borçalı məsələsi hazırdır. Gürcülər Qamsaxurdiya vaxtı Borçalını boşaltmaq, buradakı azərbaycanlıların gücünü azaltmaq istədilər. Amma Qamsaxurdiyanın zamanı yetmədi bunları başa çatdırsın. Azərbaycanın Gürcüstan üçün həyati əhəmiyyət kəsb etdiyi illərdə onlar çox məsum görünürdülər. Amma Avroatlantik məkana inteqrasiya söz konusu olandan sonra arxalarında ABŞ kimi bir güc hiss edirlər. Rusiyaya gücləri çatmadığını anlayırlar, amma qonşuların zəif məqamlarından istifadə etmək istəyirlər. Gürcüstanın yeni rəhbərliyi Avropanın adamıdır, məlum çevrələrdə yetişib və zənn edir ki, Azərbaycana qarşı hücumlarına dəstək alacaq. Amma nəzərə almır ki ətrafında Türkiyə var. Türkiyə Gürcüstanın bu şıltaqlığına hələ ki, dözür. Amma Türkiyənin də bəzi Qara dəniz bölgələrinə ərazi iddialarını səsləndirən ölkə yerində otuzdurulacaq. Gürcüstan, sadəcə, qaza gəlir. Onu ram edib əvvəlki illərdəki məsum duruma gətirməyin yolları yox deyil. Məncə, ”Keşikçidağ" iddiasına kiçik məsələ kimi baxmaq olmaz".
Gürcülərin məbəd yaxınlığındakı aksiyasını izlədiyini deyən Q.Çaxmaqlı bildirdi ki, onların arxasında dayanan qüvvələr var: “Hansısa qüvvə bu olayı Azərbaycan-Gürcüstan qarşıdurmasına sürükləmək istəyir. Erməni mətbuatı da buna yetərincə diqqət ayırır. İşin təşkil edildiyinə şübhə yoxdur. Belə anda mən təmkinli olmağı və bu məsələ yoxmuş kimi baxmağı tövsiyə edərdim. Amma ara-sıra vaxtilə sovetlərin Gürcüstana verdikləri əraziləri də onların gözünə soxmaq lazımdır. Məncə, Borçalı məsələsi bir az aktivləşdirilməlidir. Gürcüstanla bağlı dövlət siyasəti və əlaqələrə də yenidən baxılmalıdır. Ərazisində erməni terrorçuya abidə qoyulmasına göz yuman və onun götürülməsinə çalışmayan bir rəhbərliyə münasibət də yenilənməlidir”.
Artıq heç kimin şübhəsi yoxdur ki, gərginliyi körükləyən qüvvə pərdə arxasındadır, nə prezident Salome Zurabişvili, nə də gürcü şovinistlərinə məxsus deyil, onlar bu prosesdə, sadəcə, oyunçulardır. Gürcüstanı qışın şaxtasında donmaqdan xilas edən ölkəyə qarşı namərdcəsinə davrananlara qarşı isə bundan sonra ənənəvi siyasətin sərgilənməsi təbii ki, mümkün olmayacaq. Elə üçüncü qüvvənin məqsədi də budur, gürcülərin bunu anlaması gərək...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2019, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2019, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18