reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun atəşə tutulması ilə bağlı cinayət işi başlanıb

reklam

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun atəşə tutulması ilə bağlı cinayət işi başlanıb


Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gecə konsulluq binasının atəşə məruz qalması ilə bağlı məlumat yayıb.

Konsulluqdan verilən xəbərə görə, bu gecə saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb: “Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb”.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri hadisə ilə bağlı araşdırma aparır.


Paylaş:


Müəllif : Tarix:
7-11-2020, 12:10
Sikayət   


loading...
Загрузка...