Ermənistan ordusuna “geri çəkil” çağırışı: “Yaxşı xəbərlər gəlir”
“Azərbaycan Ordusu Ermənistanın gözləmədiyi şəkildə cənubdan – Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində irəliləyərək İranla sərhədlərini işğaldan azad etdi. Azərbaycan ordusu həmin vaxt şimal cəbhəsində Talış və Murovdağla Tərtər yönündə Ermənistanın başını qatdı. Beləliklə, Kəlbəcərdən gələn təhlükənin qarşısını aldı. Azərbaycan ordusu əməliyyatların ağırlığını Füzuli və Şuşa istiqamətinə saldı. Hərbi qüvvələrini cənubun coğrafi relyefinə uyğunlaşdıran Azərbaycan qüvvələri Şuşanı işğaldan azad etdi”.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Nəşr Azərbaycan ordusunun gözlənilmədən erməni qüvvələrini mühasirəyə aldığını bildirib:
“Azərbaycanın əvvəlcə Laçın dəhlizini bağlayacağını düşünən Ermənistan öz qüvvələrinin əsas hissəsini bura yığmışdı. Şuşada erməni müdafiəsi barədə lazımi məlumatları topladıqdan sonra Azərbaycan ordusu Ermənistanı təəccübləndirdi və bu bölgəni ilk hədəf olaraq müəyyən etdi. Azərbaycan xüsusi təyinatlıları çətin coğrafi şərtlərə baxmayaraq, Şuşaya daxil ola bildi. Bölgədəki müdafiəsini PKK terrorçularının çəkdiyi strateji xətt üzərində quran Ermənistan meşələri yandırıb tələ qursa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Qeyri-adi taktiki və strateji planla Azərbaycan bayrağı Şuşada ucaldıldı. Bu, Azərbaycanın zəfəri, Ermənistanın məğlubiyyətinin elanı oldu”.
“Yeni Şafak” qeyd edir ki, Şuşadan sonra Azərbaycan ordusunun yeni hədəfi - şərqdə Xocalı üzərindəki Xankəndi və qərbdə Laçın dəhlizidir:
“Şərq-qərb istiqamətində genişləndiriləcək əməliyyatla 28 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Xocalı azad ediləcək. Şuşaya çox yaxın olan Xocalıda qazanılacaq qələbə Azərbaycan ordusu üçün mənəvi hədəf kimi önə çıxır”.
Nəşrin iddiasına görə, Şuşa qələbəsindən sonra bu bölgədə işğalçı qüvvələrdən güclü müqavimət gözlənilmir:
“Ermənistan ordusuna Qarabağdan çəkilmək çağırışı edilir. Hərbi mənbələr bu andan etibarən Ermənistanın bölgədə nizami qoşun əməliyyatları həyata keçirə bilməyəcəyini, PKK ilə birlikdə artilleriya və raket atışları xaricində özünü göstərə bilməyəcəyinə diqqət çəkirlər. Azərbaycan Qarabağdakı terrorçuları təmizləmək üçün güclü mübarizə apardığı vaxt, şimaldan – Ağdam istiqamətindən yaxşı xəbərlər gəlir”. /Teleqraf.com
Paylaş:
Müəllif : Fuad
Tarix:9-11-2020, 20:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-11-2020, 20:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01