İrəvan xaos içində: Müxalifət liderlərinin həbsləri fonunda Paşinyanın istefası tələb edilir - VİDEO
Yerevanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir. Erməni müxalifəti Paşinyana ultimatum verib.
Baku TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz gecəyarısına qədər gözləyəcəyik, əgər istefa olmasa, mətbuat konfransı keçirəcək və gələcək addımlarımızı bəyan edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
Ermənistan müxalifəti qanunverici orqanın təcili iclasının çağırılması ilə bağlı qərarı qəbul etməli olan parlament şurasının toplantısının ləğvini parlament böhranı kimi qiymətləndirib.
“Çiçəklənən Ermənistan” partiyasının müşaviri, parlament şurasının üzvü Arman Aboyan deyib ki, şuranın iclasının keçirilməsi ilə bağlı yetərsay olmayıb. Bu, o deməkdir ki, ölkədə parlament böhranı var.
“Biz konstitusiya imkanlarından istifadə edib, mübarizəmizi davam etdirəcəyik”, - deyə o əlavə edib.
Arman Aboyan qeyd edib ki, bu gün iclasın çağırılması ilə bağlı növbəti cəhd olacaq.
Paşinyan isə bütün bunlardan qorxuya düşərək, müxalifət liderlərinin və üzvlərin həbsi ilə bağlı göstərişlər verib.
Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan, parlamentin sabiq vitse-spikerləri Eduard Şarmazanov və Ara Saakyanı həbs edib. Saxlanılan şəxslər Ermənistanda müxalifət liderləri kimi tanınır.
Həbslərdən dərhal sonra müxalifət nümayəndələri Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşaraq, etiraz aksiyası keçirib.
Aksiya zamanı isə polis və etirazçılar arasında qarşıdurma da yaşanıb. Polis iştirakçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2020, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-11-2020, 13:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti