Zərdabda məmur özbaşınalığı... - QALMAQAL
Zərdab rayonunun Dəli Quşçu kənd sakini Rahib Bayramov vəzifəli qohumu Vidadi Bayramovdan şikayətçidir. O, bildirib ki, Kənd Təsərrüfatı İdarəsinin rəisi olan Vidadi Bayramov vəzifə səlahiyyətindən sui-istifadə edərək onun atasından qalan həyətyanı torpağındakı hasarı sökdürmək istəyir:
“Torpaq sahəmizin yaxınlığından beton su kanalı keçir. Həmin kanal dövlət tərəfindən Dəkkəoba və Dəli Quşçu kəndlərinin pay torpaqlarının suvarılması məqsədilə inşa olunub. Vidadi Bayramov həmin kanaldan su çəkdirmək üçün ərazidə qazıntı işləri aparıb. Hadisə ötən ilin yayında baş verib. Nəticədə qardaşıma məxsus üçotaqlı evə ciddi ziyan dəyib. Evin divarlarında dərin çatlar əmələ gəlib, qəzalı vəziyyət yaranıb. Onu da deyim ki, qazıntı zamanı həyətimizdə olan meyvə ağacları da qırılıb. Qazıntı kanalın üzərində yerləşən kollektorun yaxınlığına kimi aparılıb. Harada görünüb ki, kanaldan öz həyətinə arx çəkəsən? Həmin ərazidə mənim hasarım yerləşir, bu adam oranı sökdürmək istəyir”.
Rahib Bayramov məsələ ilə bağlı Zərdab Rayon Məhkəməsinə, daha sonra isə Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Hər iki məhkəmənin qərarı qarşı tərəfin xeyrinə olub: “Vidadi Bayramov rayonda tanınan şəxs olduğu üçün hamı onun sözünü deyir. Saxta sənəd düzəldiblər ki, həmin ərazi bələdiyyə torpağıdır. Apelyasiya şikayəti zamanı tələb etdik ki, bələdiyyə sədri Allahverdi Qəhrəmanov ərazinin xəritəsini gətirsin, lakin o, bunu etmədi. Çünki xəritə gətirilsəydi, bələdiyyə torpağını zəbt etmədiyim bəlli olacaqdı. Vəkilim Suvarma Sistemləri İdarəsinə müraciət etdi ki, məhkəməyə həyətyanı torpaqlara aid suvarma kanalları sxemi ilə bağlı arayış təqdim olunsun. Onlardan da cavab gəlmədi. Çünki Vidadi Bayramovun rayonda havadarları çoxdur. Ona görə də müraciət etdiyim qurumlar məsələyə qeyri-obyektiv yanaşır. Vidadi Bayramovun əlində torpağın bələdiyyəyə aid olmasına dair heç bir sənəd-sübut yoxdur”.
Rahib Bayramov Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Noyabrın 18-də məhkəmə prosesi olacaq. Şikayətçi iddia edir ki, bələdiyyə sədri Allahverdi Qəhrəmanov Dəli Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayevlə əlbir olaraq saxta akt tərtib ediblər: “Həmin aktda Dəli Quşçu kəndinin sakini Vidadi Bayramovun qardaşı Namizəd Bayramov həyətyanı sahəsinə gələn su arxının mənim tərəfimdən zəbt edildiyini deyir. Namizəd su kanalının üzərində tikinti işlərinin aparılmasından narazılıq edir. İcra Hakimiyyətinin nümayəndələri də əraziyə baxış keçirəndə, məlum olub ki, guya mən orada tikinti işi aparmışam. Tərtib edilən aktda mənə tikilini sökmək tövsiyə edilib. Məsələ ilə bağlı icra başçısı Mərdan Camalzadənin qəbulunda olmuşuq. Başçı özü bizim kənddə gələndə həmin adamlarla da danışıb. Bildirib ki, bu çəkişməyə son qoyulsun. Lakin yenə də “köhnə hamam, köhnə tas”, heç bir faydası yoxdur. Tək ümidimiz Ali Məhkəmənin çıxaracağı ədalətli qərardır”.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Vidadi Bayramov bildirib ki, həmin ərazidəki 1 hektar 78 sot yer bələdiyyə torpağıdır və Rahib Bayramov tərəfindən qanunsuz olaraq hasarlanıb: “Qanuna görə, hətta pay torpağında belə su bərəsinin hasarlanması qadağandır. Bələdiyyə torpağı qanunsuz zəbt olunaraq, hasarlanıb. Həmin ərazidə mənim qardaşım yaşayır. Biz həmin ərazidə heç bir qazıntı işi aparmamışıq. Hər iki məhkəmənin qərarı da ədalətlidir”.
Bələdiyyə sədri Allahverdi Qəhrəmanov torpağın bələdiyyənin balansında olduğunu bildirib: “Əvvəllər həmin ərazi Kürdəmir Rayon Su-Kanal İdarəsinin balansında idi. Sonradan bələdiyyəyə verildi. Rahib Bayramov kanalın üzərini köndələn hasarla kəsib. Bununla da ərazidə gediş-gəliş yolu bağlanıb. Akt icra hakimiyyətinin işçiləri, region torpaq şöbələrinin nümayəndələri tərəfindən tərtib olunub”.
Dəli Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayev isə deyir ki, torpağın Rahib Bayramova, yaxud da bələdiyyəyə aid olması ilə bağlı sənəd yoxdur: “Çünki həmin ərazidə əsaslı şəkildə ölçü aparılmayıb. Kassasiya məhkəməsinin yekunundan sonra həmin ərazi ölçüləcək. Bundan sonra həmin ərazidə torpaq sahəsinin zəbt olunub-olunmadığı ortaya çıxacaq. Həmin ərazidə üç-dörd ailəyə gedən su yolunun bağlanması isə faktdır”.
Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev də deyir ki, hər iki məhkəmənin çıxardığı qərara əsasən, torpaq bələdiyyəyə aiddir.(dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2020, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-11-2020, 12:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01