“Əlbəyaxa döyüşə girərkən poqonlarını açaraq cibinə qoyub ki…” - Şəhidin qayınatası
“Turalın vətən sevgisi çox güclü idi. Biz onunla nərd oynayanda deyirdi ki, sən məni nərddə uda bilməzsən. Çünki mən ermənilərlə Lələtəpə uğrunda döyüşmüşəm. Amma bir dəfə də şans olsaydı onlara göstərərdim Azərbaycanın gücünü”.
Bu sözləri şəhid zabit Tural Rəhimovun qayınatası Şahgəldi Əliyev Yeniavaz.com-a onun haqqında danışarkən deyib.
Birinci Qarabağ Müharibəsinin iştirakçısı olan Şahgəldi Əliyev bildirib ki, Tural sonuncu dəfə Ağbənd alınandan sonra zəng edəndə hamıyla vidalaşdı, dedi darıxmayın qayıdacağam:
“Elə bil hiss eləmişdi ki, Qubadlıdakı döyüşü sonuncu olacaq. Zabit yoldaşlarından biri danışıb ki, Qubadlı şəhərinin azad olunması uğrunda ordumuz hücuma keçib. Şəhəri almaq mümkün olmasa da, ətraf kəndləri azad ediblər. Düşmən həmin vaxt Turalın da içərisində olduğu maşını raketlə vurub. Şəhid olanlar olub. Tural sağ qalıb. Gecə yenidən Qubadlı şəhərinin alınması üçün əmr verilib. Qubadlının mərkəzində şiddətli döyüşlər gedib. Biri də Tural olmaqla bizdən üç nəfər şəhid olub”.
Şahgəldi Əliyev onun şəhid olmaq arzusundan da danışıb:
“Həmişə deyirdi ki, 2016-cı il Aprel döyüşlərində Lələtəpə uğrunda döyüşsəm də şəhidlik zirvəsinə ucalmaq qismətim olmadı. İnşallah torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalacam".
Tural haqqında sosial şəbəkələrdə ilk yayılan xəbər döyüşə girərkən poqonlarını açaraq cibinə qoyması oldu. Şahgəldi Əliyev bu barədə də danışdı:
“Döyüş yoldaşlarının dediyinə görə Tural əlbəyaxa döyüşə girərkən poqonlarını açaraq cibinə qoyub ki, düşmən onu əsgər bilsin. Zabit kimi əsir götürərək sevinməsinlər”.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü leytenant Rəhimov 27 sentyabrda Bakıdakı işlərini yarımçıq qoyaraq könüllü şəkildə döyüşə yollanıb. Rəhimov Tural Arif oğlu əslən Lerik rayonunun Orand kəndindəndir. Sonradan ailəsi Cəlilabad rayonunun Söyüdlü kəndinə köçüb. Tural həmin kənddə orta məktəbdə oxuyub. Ali təhsilini kimya müəllimliyi üzrə Lənkəran Dövlət Universitetində alıb.
2014-cü ildə Universiteti bitirərək hərbi xidmətə yollanıb. Qısa müddətdə təlim-tədris mərkəzində təhsilini davam etdirərək zabitlik rütbəsini alıb. Azərbaycan Respublikasının müxtəlif bölgələrində zabit kimi xidmət edib. Bir müddət nazirliyin Sülhməramlı qoşunlarının tərkibində zabit kimi fəaliyyət göstərib. 2016-cı ildə aprel döyüşlərindən bir gün öncə on günlük məzuniyyətə göndərilib. Lakin Aprel döyüşlərinin başlanması xəbərini eşidən kimi dərhal hərbi hissəyə geri qayıdıb. Əmrə əsasən döyüş bölgəsində xidmətini müəyyən müddət davam etdirib. 2 il zabit kimi xidmət etdikdən sonra ehtiyata buraxılıb. 2016-cı ildən oxuduğu sahə üzrə fəaliyyətini davam etdirib.
Şəhidin Qumru adında 5 aylıq körpəsi var. Ailə üzvlərinin ən böyük arzusu zabitin təhsil aldığı orta məktəbə onun adının verilməsidir.
Allah rəhmət eləsin!
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2020, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2020, 12:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |